· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç C.a C. Ş. B.
  1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 28 30 31

 

 

 ölkəmizdə valideynsiz uşaqlar da vardır. Onlar uşaq evlərində saxlanılır, orada tərbiyə, təhsil alırlar, böyüyürlər. Bunlar hamısı bizim daim diqqətimizin mərkəzində olmalıdır. Biz uşaqlara qayğı, diqqət göstərərək, birinci növbədə, şəhid olmuş insanların uşaqlarına, valideynsiz uşaqlara, çadırlarda yaşayan, yerindən-yurdundan didərgin düşmüş, xəstələnmiş uşaqlara və xəstəlik nəticəsində fiziki cəhətdən zəif olmuş uşaqlara xüsusi qayğı göstərməliyik.

 

Heydər ƏLİYEV 

 

 

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Bakının Sabunçu, Nizami və Nərimanov rayonlarında bir sıra obyektlərin açılışında olub

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı çərçivəsində Bakının Sabunçu, Nizami və Nərimanov rayonlarında bir neçə obyektin açılışında iştirak etmişdir. Fondun prezidenti əvvəlcə Maştağa qəsəbəsindəki "Təbəssüm" uşaq sanatoriyasına gəldi. Mehriban xanım Əliyeva sanatoriyanın açılışını bildirən rəmzi qırmızı lenti kəsdi, foyedə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.

 "Sanatoriyamızın dünəni və bu günü" stendi ilə tanış olan Mehriban xanıma məlumat verildi ki, əsaslı yenidənqurmadan sonra istifadəyə verilən uşaq sanatoriyasının binası 1936-cı ildə inşa olunmuşdu. 1989-cu ildə yeni binaya köçürülsə də, son illərdə hər 3 korpusda əsaslı təmirə və yenidənqurmaya ehtiyac var idi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2007-ci ildə sanatoriyada başlanan təmir və yenidənqurma işləri artıq başa çatdırılmış, bütün korpuslar, o cümlədən kabinetlər, müalicə otaqları müasir üslubda əsaslı təmir olunmuş, qapı və pəncərələr, döşəmə, dam örtüyü, sanitariya qovşaqları təzələnmiş, müasir tipli qazanxana tikilib istifadəyə verilmiş, 110 kvt gücündə generator quraşdırılmışdır. 

 

  

Təhsil Nazirliyində görüş

Yanvarın 27-də Təhsil Nazirliyində Türkiyənin milli təhsil nazirinin müavini Sadettin Sabazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

Qonaqları səmimi salamlayan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov görüşün Azərbaycan təhsilinin inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini dedi və çoxdan gözlənilən bu səfərin təşkilatçılarına təşəkkürünü bildirdi.

Misir Mərdanov dost ölkədən gəlmiş nümayəndə heyətinə Azərbaycanın təhsil sistemi haqqında ümumi məlumat verərək son illər bu sahədə uğurla həyata keçirilən islahatlardan, əldə olunmuş nailiyyətlərdən söz açdı, lakin texniki peşə təhsili üzrə gözəçarpan bir irəliləyişin olmadığını təəssüf hissi ilə qeyd etdi.

Respublikada texniki peşə təhsilinin müxtəlif inkişaf mərhələlərində formalaşaraq ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynaması haqqında danışan nazir xatırlatdı ki, sovet dövründə bu sahə ilə bağlı tədbirlər dövlət tərəfindən həyata keçirilirdi, zavod və fabriklərin inşası ilə eyni vaxtda onlar üçün ixtisaslı fəhlələr hazırlayan texniki peşə məktəbinin binalar kompleksi tikilirdi.

İlk yoxlama imtahanı fevralın 22-də olacaq

 

Məlum olduğu kimi, dörd ildən bəri ölkənin ümumtəhsil sistemində tətbiq olunan və coğrafiyası ildən-ilə genişlənən mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları 2008-2009-cu dərs ilindən bütün ölkəni əhatə edəcək. Orta məktəblərin XI (XII) sinif şagirdləri ilə yanaşı, peşə liseylərində məzun olmağa hazırlaşanlar da buraxılış imtahanlarını yeni qayda ilə verəcəklər.

Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə bu ilin fevral-aprel aylarında mərkəzləşdirilmiş qaydada bir yoxlama-sınaq imtahanının keçirilməsi nəzərdə tutulub.

Professor Kamal Abdullayevin 190 nömrəli məktəbdə "açıq dərs"i

 

ötən nömrələrimizdə xəbər verdiyimiz kimi, Bakıdakı 190 nömrəli orta məktəbdə 2008-ci ilin aprelində Bakı Slavyan Universitetinin "Ali və orta təhsilin koordinasiyası" adlı baza kafedrası yaradılmışdır. Bu təşəbbüs BSU-nun rektoru, AMEA-nın müxbir üzvi, professor Kamal Abdullayev tərəfindən irəli sürülmüşdür.

 Məktəbəqədər təhsil: təxirəsalınmaz addımların vaxtıdır

Bu yaxınlarda İctimai televiziyanın "Açıq dərs"ində məktəbəqədər təhsilin problemlərinə həsr olunmuş maraqlı müzakirə aparılmışdır. Təhsil naziri, professor Misir Mərdanov da canlı yayıma  telefon vasitəsilə qatılaraq Azərbaycanda məktəbəqədər təhsil perspektivlərinin mühüm məqamlarına toxundu, həmin sahə üzrə Təhsil Nazirliyinin   strategiyası barədə əhəmiyyətli açıqlamalar verdi. Bununla belə, konseptual baxımdan erkən yaşlı uşaqların inkişafı ilə əlaqədar çox mühüm saydığım məsələlərə dair "Açıq dərs"də səslənən bəzi fikirlər məndə müəyyən narahatlıq doğurdu.