· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
      1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28

 

 

A.M.Paşayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayev "Şərəf" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 fevral 2009-cu il

 

 

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin əziz xatirəsi heç vaxt unudulmayacaq

Azərbaycan Prezidenti İlham Əliyev vida mərasimində iştirak edib

 

Fevralın 14-də ölkəmizin ictimaiyyəti müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, görkəmli şair, dramaturq və ədəbiyyatşünas, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadəni son mənzilə yola salmışdır.

Müasir Azərbaycan ədəbiyyatının qüdrətli şəxsiyyətlərindən olan Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı ideya-məzmun və janr-forma baxımından zəngin bir sənət dünyasıdır. Bütün varlığı ilə sevdiyi doğma Azərbaycan xalqının arzu və istəkləri, hiss və duyğuları həmişə onun ədəbi-bədii yaradıcılığının mayası, cövhəri olmuşdur. Şairin mübariz qələmi bütün dövrlərdə onun saf məslək və əqidəsinə xidmət etmişdir.

Ulu öndər Heydər Əliyev unudulmaz şairimizin ədəbiyyatımız və xalqımız qarşısında xidmətlərini çox yüksək qiymətləndirirdi. 

 

  

Milli Aviasiya Akademiyasında akademik Arif Paşayevin 75 illik yubileyi münasibətilə tədbir keçirilib

Milli Aviasiya Akademiyasında bu təhsil müəssisəsinin rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Akademik Arif Paşayevin qızı - Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və digər ailə üzvləri, görkəmli alimin yubileyi ilə bağlı Bakıda "Elmi-texniki tərəqqi və müasir aviasiya" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən xarici qonaqlar, həmçinin hökumət üzvləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri Milli Aviasiya Akademiyasının inzibati binasının foyesində yubilyarın həyat və elmi fəaliyyətinə həsr olunmuş "İşıqdan törəyənlər" adlı sərgi, Azərbaycan mülki aviasiya muzeyinin eksponatları və akademiyanın kitabxanası ilə maraqla tanış olmuşlar.

 

Bəxtiyar Mahmud oğlu Vahabzadə

Azərbaycan xalqına ağır itki üz vermişdir. Müasir Azərbaycanın görkəmli şairi, dramaturq və ədəbiyyatşünası, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq şairi, əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Bəxtiyar Mahmud oğlu Vahabzadə 2009-cu il fevralın 13-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Bəxtiyar Vahabzadə 1925-ci il avqust ayının 16-da Şəki şəhərində anadan olmuşdur. O, 1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və burada orta məktəbi bitirdikdən sonra 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Bəxtiyar Vahabzadə 1947-ci ildə universiteti, 1950-ci ildə isə onun aspiranturasını bitirmişdir.

Görkəmli alim, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı olub

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən "Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu"nun ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri, şair-publisist Mirkazım Seyidovun Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş "İnsanlığın düz ünvanı" poemasının təqdimatı olmuşdur. "Nurlan" nəşriyyatında nəfis şəkildə çap olunmuş kitabın redaktorları Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Nizami Cəfərov, xalq şairi Nəriman Həsənzadə və Vaqif Abbasovdur.

Müsabiqə qalibləri mükafatlandırıldı

Bir neçə ildir ki, təhsil sistemində idman və fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq, bu sahədə çalışan istedadlı gənc idmançıları, məşqçi-müəllimləri aşkar etmək və rəğbətləndirmək məqsədilə ayrı-ayrı nominasiyalar üzrə respublika müsabiqələri təşkil olunur.

Təhsil naziri Misir Mərdanovun "Respublika müsabiqəsinin keçirilməsi haqqında" 4 dekabr 2008-ci il tarixli əmri ilə ötən ilin sonlarında keçirilən növbəti müsabiqəyə artıq yekun vurulmuş, qaliblərin adları müəyyən edilmiş və nazirin "Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması haqqında" 16 fevral 2009-cu il tarixli əmri olmuşdur. Fevralın 17-də Təhsil Nazirliyində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

ümumi təhsil sistemində islahatların yeni mərhələsi

Azərbaycanın ümumi təhsil sistemində islahatlar  yeni mərhələyə qədəm qoymuşdur. Hazırda qazanılmış nailiyyətləri möhkəmləndirmək, islahatın istiqamətləri üzrə fəaliyyətləri genişləndirmək başlıca vəzifə hesab olunur. İndiyədək həyata keçirilən islahatyönümlü tədbirlərin mahiyyətinə aydınlıq gətirilməsi və bu sahədə müəyyən edilən perspektiv vəzifələrin açıqlanması üçün Azərbaycan Respublikasının təhsil naziri, "Kurikulum" jurnalının baş redaktoru, professor Misir Mərdanova ictimaiyyəti maraqlandıran suallarla müraciət etmişdik. Hörmətli nazirimizin həmin suallara cavabları əsasında hazırlanmış müsahibəni oxuculara təqdim edirik.

Fənn kurikulumlarının tətbiqi vəziyyəti valideynlər tərəfindən də müzakirə olundu

2008-2009-cu dərs ili  ümumtəhsil sistemində yeni mərhələnin -   birinci siniflərdə kurikulumla tədrisə  başlanması, təhsil tariximizdə ilk dəfə olaraq yeni fənn kurikulumları əsasında hazırlanmış  dərslik, müəllimlər üçün  vəsait və şagirdlər üçün isə iş dəftərindən ibarət dərslik komplektlərinin tətbiqi ilə əlamətdardır. I siniflərdə dərs deyən müəllimlər  yeniliyi müsbət qarşılayaraq istifadə etdikləri dərslik komplektlərini yüksək qiymətləndirirlər.

Bəs valideynlər necə, bu  işin mahiyyətindən, onun məqsəd və məzmunundan nə dərəcədə məlumatlıdırlar?

Bəxtiyar Vahabzadə:

"Hər millətin övladı orta təhsilini ana dilində almalıdır"

Xalq şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan müəllimi" qəzetinə müsahibəsi

19 mart 1994-cü il

 

- Bəxtiyar müəllim, təhsilimizin indiki vəziyyətini necə qiymətləndirərdiniz?

- Narazı olmaq asandır, amma "necə olsun" sualına cavab vermək çətindir. Təhsilimizin indiki vəziyyəti qənaətbəxş deyil. Bunun bir çox səbəbləri var, mən onları sadalamaq istəmirəm, çünki hamıya məlumdur. Amma hər şeyimiz pisdir və təhsilimiz də pis vəziyyətdədir, - demək də düz deyil.

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2009-cu ilin yanvarında daxil olan müraciətlərə dair xülasə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə" 29 dekabr 2008-ci il, 1377 saylı əmrinə müvafiq olaraq nazirliyin "Qaynar xətt"i qış imtahan sessiyasında ali və orta ixtisas məktəblərində tələbələrin biliyinin obyektiv qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə iş günlərində fasiləsiz olaraq müraciətləri qəbul etmişdir. Belə ki, "Qaynar xətt" xidmətinə   496-37-61;   496-34-82 nömrəli  telefonlara və [email protected]   e-mail ünvanına gələn müraciətlər nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan QHT könüllüləri tərəfindən qəbul edilmiş və araşdırmaya  yönəldilmişdir.

Dünya təhsili

 

Şotlandiyada təhsil

 

Təhsil dünyada daha yaxşı yaşamaq üçün vacibdir. çünki o, insanların həyat tərzini dəyişdirir, biliyi genişləndirir, idrakı dərinləşdirir, parlaq gələcəyə və həyat vərdişlərinin formalaşmasına şərait yaradır. Fasiləsiz təlim bizim xəyalımızda yaşatdığımız yüksək inkişaf etmiş, bütün sahələrdə uğur qazanmış Şotlandiyanın təməlidir. Biz dərk edirik ki, mühüm qlobal iqtisadi və texnoloji dəyişikliklər fonunda öz bacarıq və vərdişlərimizi daim təkmilləşdirmək imkanı əldə etməliyik. Odur ki, vərdişlərimizin müntəzəm  müasirləşdirilməsi üçün bizə şərait yaradılmalıdır. Bu halda iqtisadiyyatımız daha yaxşı təchiz olunar və biz bir şəxsiyyət kimi gələcək inkişafımıza nəzarəti gücləndirə bilərik.

Birgə əməkdaşlıq çərçivəsində

Beynəlxalq Miqrasiya Təşkilatının (İOM)  Azərbaycan nümayəndəliyinin rəhbəri Vasiliy Yucanin,  Naxçıvandakı ofisinin rəhbəri  Lüsi Düpertüis  və bir qrup nümayəndə Naxçıvan Dövlət Universitetində oldu. Görüşdə universitetin rektoru, akademik İsa Həbibbəyli universitet haqqında qonaqlara ətraflı məlumat verdi.

Rektor təmsil etdiyi ali məktəbin beynəlxalq təşkilatlarla əlaqələrə xüsusi əhəmiyyət verdiyini qeyd edərək Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) ilə onillik tarixə malik tərəfdaşlığı xüsusi dəyərləndirdi.

Tədbirdə Naxçıvan MR-in təbii su ehtiyatlarından səmərəli istifadə və kəhrizlərin tədqiqi sahəsində son zamanlar həyata keçirilən uğurlu layihələrdən danışıldı, Naxçıvan Dövlət Universitetinin əməkdaşları tərəfindən kəhrizlərlə bağlı dərsliyin hazırlanmasından bəhs olundu.