Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Yanvar 2010 - ¹01

 

Ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib

 

Yanvarın 7-də Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib. Müşavirədə "2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə", "Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası", "Ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında" məsələlər müzakirə olunub.

Müşavirəni açan təhsil naziri Misir Mərdanov müzakirəyə çıxarılan məsələlərin vacibliyini qeyd edib.

Gündəlikdəki birinci məsələdən danışan nazir bildirib ki, son illər həyata keçirilən bir sıra tədbirlər, xüsusən də Təhsil Nazirliyində Mərkəzi Operativ Qərargahın, "Qaynar xətt"in, ali məktəblərdə müvafiq qərargahların yaradılması, qeyri-hökumət təşkilatlarının Təhsil Nazirliyi ilə birgə imtahan sessiyasının gedişinə nəzarəti həyata keçirmələri, yol verilmiş neqativ halların aradan qaldırılması üçün görülmüş operativ işlər nəticəsində semestr və dövlət imtahanlarında obyektivlik və şəffaflığın təmin edilməsi istiqamətində mühüm uğurlar qazanılıb. Nazir həmin vasitələrdən istifadə olunmaqla builki qış imtahan sessiyasının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu vurğulayıb.

Köçürmələrlə bağlı yaranmış narahatlığı ali məktəb rəhbərlərinin diqqətinə çatdıran Misir Mərdanov son vaxtlar az da olsa köçürmələr edilərkən kredit sisteminin tələblərinin pozulduğunu, köçürülən tələbələr fənləri dinləmədən onlara göndərişlər verildiyini, fərq imtahanlarında qiymətlər yazıldığını və kreditlər hesablandığını, bütün bunların isə həmin tələbələrdə haqlı narazılığa səbəb olduğunu bildirib, bu məsələləri diqqət mərkəzində saxlamalarını ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıb.

Təhsil sənədlərinin alınması, saxlanılması, doldurulması, verilməsi və üçotuna toxunan nazir bunların çox ciddi məsələlər olduğunu bildirərək bununla bağlı mövcud qaydalara dəqiq əməl etmələrini ali təhsil müəssisələrinin rəhbərlərinə tövsiyə edib.

Təhsil naziri bir məsələnin də onu narahat etdiyini söyləyib. Bildirib ki, bu gün ölkəmizin ali məktəblərinə daxil olanların hamısına, layiq oldu, olmadı, onu bitirmələri barədə diplomlar verilir. Halbuki xarici ölkələrin universitetlərində oxuyanların, təxminən, 70 faizi diplom ala bilir. Misir Mərdanov mütəxəssis hazırlığının keyfiyyətinə, ali məktəblərin nüfuzuna mənfi təsir göstərən bu məsələ barədə də fikirləşməyin vaxtı çatdığını bildirib.

Sonra təhsil naziri müzakirəyə çıxarılmış ikinci məsələ - ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi barədə fikirlərini müşavirə iştirakçıları ilə bölüşüb. Nazir bildirib ki, ən ciddi məsələlərdən biri olan ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi ilə bağlı Təhsil Nazirliyində artıq ilyarımdır ki, iş aparılır. Müvafiq metodika hazırlanıb, rəy və təkliflərin bildirilməsi üçün ali məktəblərə göndərilib. Hazırlanmış metodika müşavirə iştirakçılarına təqdim edilib. Nazir vurğulayıb ki, təqdim olunan sənəd hazırlanarkən dünyanın bir sıra ölkələrinin bu sahədəki təcrübələri öyrənilib və nəzərə alınıb. Təqdim olunan metodikaya əsasən ali məktəbin reytinqinin üç meyarın - ali məktəbin potensialı; ali məktəbin fəallığı və təhsilin keyfiyyəti; beynəlxalq aləmdə tanınması - cəminə əsasən müəyyən olunduğunu bildirən Misir Mərdanov hər bir meyarı müəyyənləşdirmək üçün istifadə olunan indikatorlar haqqında da geniş məlumat verib.

Təqdim olunan metodika ətrafında müşavirədə geniş fikir mübadiləsi aparılıb. çıxış edən ali məktəb rektorları öz rəy və mülahizələrini söyləyib, təkliflərini bildiriblər.

Daha sonra müşavirə iştirakçılarına "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası barədə məlumat verilib. Qeyd olunub ki, proqramın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı hazırlanıb, Elmi-Koordinasiya Şurası və islahat istiqamətləri üzrə işçi qrupları yaradılıb.

Nazir proqramın aidiyyəti bəndinə uyğun olaraq ayrı-ayrı ali təhsil müəssisələrinin də İnkişaf Proqramlarının hazırlanmalı olduğunu bildirib və həmin proqramlarda öz əksini tapması məqsədəmüvafiq sayılan tədbirləri diqqətə çatdırıb.

Yusif Əliyev

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
8 Yanvar 2010 - ¹01
Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Heydər Əliyev Fondu dmanisili şagirdlər arasında bilik yarışı keçirib
 
Heydər Əliyev Fondu fiziki qüsuru olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir
 
20 Yanvar faciəsinin iyirminci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib
 
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Almaniyada təcrübə keçəcəklər
 
Kurikulum mərkəzində "dəyirmi masa"
 
Mikayıl Müşfiq yad edildi
 
Arzusu böyüyəndə rəssam olmaqdır
 
Summativ qiymətləndirmənin tətbiqi ilə aparılan bilik yarışı
 
Şərur şəhər 1 nömrəli məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr kompüter vasitəsi ilə imtahanları verdilər
 
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının qalibləri
 
Bakı məktəblisinin dünyada tanınan rəsm əsəri
 
Dünya universitetləri: Miçiqan Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov