Bakıdakı 28 nömrəli orta məktəbin direktoru
Gülarə Verdiyeva bildirdi ki, əvvəlki illərdən
fərqli olaraq 2009-cu ildə "Uşaq ili"
çərçivəsində məktəbdə xeyli rəngarəng silsilə
tədbirlər keçirilib. Elə bu günlərdə məktəbin
I sinif şagirdi Əlihəsən Həbibovun rəsm
əsərlərindən ibarət sərginin açılışının
keçirilməsi xüsusi istedadlı uşaqlara
göstərilən qayğının bir nümunəsidir.
Sərginin açılışı günü Əlihəsəni təbrik edənlər
arasında sinif yoldaşları ilə bərabər,
müəllimləri də var idi.
Onun arzusu böyüyəndə rəssam olmaqdır.
Şakir Cəfərov |