Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

8 Yanvar 2010 - 01

 
Dünya universitetləri:

Miçiqan Universiteti

 
  Yerləşir: ABŞ, Miçiqan ştatı,  Enn Arbor şəhəri  
Yaranma tarixi: 1817-ci il
Tipi: Dövlət
İllik gəlirləri: 4,1 milyard ABŞ dolları
İanə fondu: 7,57 milyard ABŞ dolları
İşçi heyəti: 6238 (akademik heyət), 38000 (inzibati heyət)
Tələbələrin sayı: 56000 nəfər
Rəsmi saytı: www.umich.edu

Miçiqan Universiteti (University of Michiqan) Amerikanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet ABŞ-ın Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Miçiqan Universiteti 100 ən yaxşı ali məktəb arasında 19-cu yerdə sıralanıb. Bu ali təhsil müəssisəsi Amerika Universitetləri Assosiasiyasının ilk üzvlərindən biridir.   

Tarixi 

Miçiqan Universiteti 1817-ci ildə Detroyt şəhərində Miçiqan ştatının qubernatoru və hakimləri tərəfindən yaradılıb. Universitetin banilərindən olmuş Con Monteyt təhsil ocağının ilk prezidenti kimi tarixə düşüb. 1837-ci ildə Miçiqan ştatının I qubernatoru Stivens Mason universitetin Enn Arbor şəhərinə köçürülməsinə nail olur. Burada universitetə 40 akrlıq (16 hektar) ərazi ayrılır. Enn Arbor şəhərində fəaliyyətə başlayan universitetdə ilk dərslər 1841-ci ildə keçirilir və burada çalışan iki professor yeddi tələbəyə dərs keçir. 1845-ci ildə Miçiqan Universitetini 11 məzun bitirir. 1871-1909-cu illərdə universitetə rəhbərlik etmiş Ceyms Encl xüsusi səy göstərərək stomatologiya, memarlıq, mühəndislik, idarəetmə və tibb fakültələrini yaradır. Miçiqan Universiteti seminar məşğələsini tətbiq etmiş ilk Amerika universitetidir.

1900-1920-ci illərdə universitetin kampusunda stomatologiya və əczaçılıq, kimya, təbiət elmləri üçün binalar, Hill auditoriyası, böyük hospital və kitabxana kompleksləri, iki yataqxana tikilir.

İkinci Dünya müharibəsi zamanı Miçiqan Universitetində torpeda gəmiləri hazırlanır, hərbi dəniz qüvvələri, hava və quruda müdafiə, radiolokasiya qurğuları yaradılır.  1950-ci ildə burada təhsil alan tələbələrin sayı 21000 nəfərə çatır. 1959-cu ildə "Ford Motor" kampaniyası Miçiqan ştatının cənub-şərq hissəsində müvafiq tələbatı nəzərə alaraq ali təhsil müəssisəsinə 196 akrlıq ərazi bağışlayır. Həmin ərazidə universitetin Derborn kampusu salınır. Soyuq müharibə və kosmik rəqabət dövründə strateji tədqiqatlar məqsədilə Miçiqan Universiteti əsas dövlət subsidiyası alan tədqiqat mərkəzinə çevrilir və nüvə enerjisinin istifadəsində dövlətə köməklik göstərir.

14 oktyabr 1960-cı ildə ABŞ prezidentliyinə namizəd Con Kennedi "Miçiqan İttifaqı" adlı tələbə klubunun binasında hazırda Sülh Korpusu (ABŞ-da müstəqil federal agentlik) adlanan konsepsiyanı irəli sürür. 1965-ci ildə Miçiqan Universitetinin 3000 tələbə və müəllimi ABŞ-ın Cənub-Şərqi Asiyadakı siyasətinə qarşı aksiya keçirir. Universitetə ilk qız tələbələr 1871-ci ildə qəbul olunur. 1980-ci illərdə universitetdə ictimai və dəqiq elmlər üzrə tədqiqatların aparılması üçün yardımın məbləği artırılır. 1980-1990-cı illərdə Miçiqan Universitetində xəstəxana kompleksi, inzibati binalar tikilir, kompüter və informasiya texnologiyaları sürətlə inkişaf edir.

2000-ci ilin əvvəllərində universitetə dövlət tərəfindən edilən yardımların məbləği xeyli aşağı düşür, bu da universitet administrasiyası və həmkarlar ittifaqları arasında qarşıdurmaya gətirib çıxarır. 2009-cu ildə universitet daha 30 böyük bina, kosmik laboratoriya istifadəyə verir. Hazırda universitetdə 2,5 milyard dollar dəyərində olan tikinti layihəsi həyata  keçirilir.  

Miçiqan Universitetinin elmi nailiyyətləri 

Miçiqan Universiteti kompüter şəbəkəsi (Merit Network) yaradan ilk elmi-tədqiqat mərkəzlərindən biridir. Universitetin məzunu olmuş Klod Şenon riyaziyyatda mövcud olan informasiya nəzəriyyəsinə önəmli yeniliklər gətirib, Conas Solk poliomielit xəstəliyinə qarşı vaksin kəşf edib. Miçiqan ştatının Nortern Louer yarımadasında yerləşən Bioloji stansiya ABŞ-dakı 47 biosfer qoruqlarından biridir. Universitet optika, virtual yaddaş modeli, simsiz kompleksli mikrosistem və sosial elmlər sahəsində böyük uğurlar əldə edib. Miçiqan Universitetində müharibə, silahlı qüvvələr sahəsi xüsusi öyrənilir və bu məqsədlə yeni-yeni qurğular yaradılır. Ali təhsil müəssisəsinin nəzdində Qrup dinamikası, Siyasi tədqiqatlar, Əhalinin məskunlaşması tədqiqatları mərkəzləri, Siyasi və sosial tədqiqatlar konsorsiumu fəaliyyət göstərir.

2006-cı ildə Miçiqan Universiteti Miçiqan Ştat Universiteti və Veyn Ştat Universiteti ilə birgə tədqiqatlar koridoru yaradıb. Nəticədə bu universitetlər və  Miçiqan ABŞ-ın yüksək sürətli kompüter şəbəkə infrastrukturu olan LambdaRaillə elektron şəbəkə yaradılıb.  Miçiqan Universiteti, Miçiqan Ştat Universiteti və Veyn Ştat Universiteti ilə Moskva Dövlət Universiteti arasında saniyədə 10 milyard bit verilənlərin ötürülməsi həyata keçirilir, bu da adi İnternetdən 1000-10000 dəfə sürətlidir.  

Büdcə xərcləri və təhsil haqqı 

ötən il Miçiqan Universitetinin illik gəlirləri  4 milyard 104 milyon 608 min ABŞ dolları təşkil edib. Universitetin büdcəsi əsasən qrantlar, donorların ödəniş və yardımları sayəsində formalaşır. ötən il tələbə və müdavimlərin təhsil haqlarından gələn gəlirlər 791 milyon 221 min, Federal Hökumət tərəfindən verilmiş qrantlar 712 milyon 963 min, Yerli Ştatın verdiyi qrantlar 9 milyon 649 min  ABŞ dolları təşkil edib. İanə (yardım) fondu isə 7 milyard 570 milyona çatıb. Universitetin ianə fondu ABŞ-ın yeddinci, ABŞ dövlət universitetləri arasında isə üçüncü ən böyük fondudur. Lakin son zamanlar universitetin xərcləri də az olmayıb.

2008-2009-cu tədris ilində Miçiqan Universitetində illik təhsil haqqı, orta hesabla, Miçiqan ştatının sakinləri üçün 11037, başqa yerlərdən gələnlər üçün 33069 ABŞ dolları təşkil edib. ümumiyyətlə, bu məktəbdə tələbələrə bir cox güzəştlər olunur - maliyyə yardımları, qrantlar, iş yerləri, kreditlər və s.  

Universitet bu gün 

Miçiqan Universiteti üç tələbə şəhərciyindən ibarətdir: Enn Arbor, Derborn və Flint. Universitetin bu ərazilərdə 524-dən çox inzibati binası var. Enn Arbor şəhərində Miçiqan Universitetinin 4 kampusu yerləşir - Şimali, Mərkəzi, Tibbi və Cənubi kampuslar. Plimut Yolu adlanan ərazidə universitetin Tibb şəhərciyi salınıb. Burada tibbi məktəblər, ambulator qayğı və diaqnostika  mərkəzləri, bir neçə cərrahiyyə binaları və s. mövcuddur. Universitet ilk dəfə 1837-ci ildə Mərkəzi kampusda yerləşib. Kampusun binaları çox qədimdir və qotik, klassik üslubda inşa edilib. Şimali kampus 1952-ci ildə istifadəyə verilib. Burada müasir üslubda tikilmiş binalar, universitetin ən böyük yataqxanası olan Bursli Holl və çoxlu sayda kompüter laboratoriyaları, videostudiyaları, 3D virtual otaqları özündə birləşdirən Duderstadt mərkəzi yerləşir.

Miçiqan Universiteti yataqxana sisteminin böyüklüyünə görə ABŞ-da altıncı yerdə durur. Yataqxanalar üç ərazidə cəmlənib - Mərkəzi (Betsi, Kembric, Şərqi, Qərbi, Cənubi, Şimali Dördbucaq, Fletçer, Helen Nyuberi, Marta Kuk rezidensiyaları) Şimali (Beyts I və II, Bursli, Nortvud yataqxanaları) kampuslar və Hill Ərazisi (Kouzens, Alisa Loyd, Meri Markli, Moşer-İordaniya, Stokvell və Oksford yataqxanaları). Universitetin yataqxana sisteminə, eyni zamanda Henderson Haus, Hüquqşünaslar Klubu da daxildir. Elmi mərkəzlər Miçiqan Universitetinin yataqxanalarında da mövcuddur. Moşer-İordaniya Holl rezidensiyasında elmi-tədqiqat cəmiyyəti, Rezidensiya Kollecində ədəbiyyat, elm və incəsənət, şərqşünaslıq bölmələri fəaliyyət göstərir. 2006-cı ildə universitet Mərkəzi kampusun şimal hissəsində yeni yataqxana kompleksinin tikintisinə başlayır və hazırda bu iş davam etdirilir.

Miçiqan Universitetinin nəzdində Memarlıq və şəhərsalma (1906), İncəsənət və Dizayn (1974), Ross biznes (1924), Təhsil (1921), Mühəndislik (1854), Rekhem ali (1912), İnformasiya (1969), Kineziologiya (1984), Hüquq (1859), Ədəbiyyat, elm və mədəniyyət (1841), Musiqi, teatr və rəqs (1880), Tibb (1850), Tibb bacısı (1893), Səhiyyə (1941), Stomatologiya (1875), Əczaçılıq (1876), Təbii resurslar və ətraf mühitin mühafizəsi (1927), İctimai siyasət (1914), Sosial fəaliyyət (1951) məktəbləri vardır. ümumilikdə, universitetdə 3000 fakültə mövcuddur. Miçiqan Universitetinin Tibbi kampusunda məktəblərdən başqa üç xəstəxana, onlarla ambulator poliklinika, tibbi yardım və tədqiqat mərkəzləri yerləşir.

Miçiqan Universitetinin kitabxana sisteminə 8 milyondan çox kitab daxildir. Bu rəqəm hər il 177000 artır. Universitetdə 19 kitabxana vardır. Kitabxanalar, həmçinin təhsil müəssisəsi kimi fəaliyyət göstərərək tələbə, müəllim və tədqiqatçılara kurslar, proqramlar təklif edir. "JSTOR" adlanan verilənlər bazasında 75000 rəqəmsal səhifə yerləşdirilib. Universitet bu yaxınlarda kitablarını şəbəkəyə qoşmaq üçün "Google" axtarış sistemi ilə birgə razılaşma imzalayıb. 31 avqust 2006-cı ildə universitet, ilk mərhələ kimi, kitabların bir hissəsini artıq bu şəbəkədə yayımlayıb. Miçiqan Universitetinin nəşriyyatı və mətbuatı bu təhsil müəssisəsinin kitabxana sisteminin bir hissəsini təşkil edir.

Miçiqan Universitetinin muzeyləri Enn Arbor şəhərciyində cəmlənib. Mərkəzi kampusda Təbii tarix (eləcə də Paleontologiya), Kelsi arxeologiya və Təsviri incəsənət muzeyləri, Şimali kampusda isə Uorren Robbins və Slasser qalereyaları yerləşir. Təbii tarix muzeyinin Rutven binasında geologiya, paleontologiya, antropologiya sahəsinə, hindu mədəniyyətinə aid eksponatlar saxlanılır. Eləcə də burada quşların, həşəratların, suda-quruda yaşayan, sürünən canlıların əksər nümunələri, Miçiqanda tapılmış dinozavr qalıqları saxlanılan Zoologiya muzeyi mövcuddur.

2002-ci ildən Miçiqan Universitetinə ixtisasca həkim olan Meri Syu Koulman rəhbərlik edir. O, universitetin sayca 13-cü prezidentidir. M.S.Koulmanın ofisi Enn Arbor şəhərciyində qədim binada yerləşir. ümumilikdə, universitetdə 6200-dən çox akademik heyət, 38000 inzibati işçi çalışır. Onların əksəriyyəti ABŞ Milli Akademiyasının üzvləri, Nobel, Pulitser mükafatları laureatlarıdır. Hazırda Miçiqan Universitetində 56000 tələbə təhsil alır. Onların 65%-i ədəbiyyat, elm və mədəniyyət, 20%-i Mühəndislik məktəblərində təhsil alır. Magistrların əksəriyyəti Biznes, doktorantların çoxu isə Ədəbiyyat, elm və mədəniyyət məktəblərində təhsil alır.

Miçiqan Universiteti dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir. Bundan irəli gələrək, gələcəkdə mükəmməl təhsil verən bu elm ocağında azərbaycanlı gənclərin də təmsil olunmağını arzu edirik.  

Miçiqan Universitetinin məşhur məzunları

  Cerald Ford   ABŞ-ın 38-ci prezidenti  
  Henri Ho  Tayvanın maliyyə naziri  
  Marvan Qassem İordaniyanın xarici işlər naziri  
  Xalid Toukan  İordaniyanın təhsil naziri  
  Kamal Əhməd Qənzouri  Misirin sabiq baş naziri  
  Lamberto Dini   İtaliyanın sabiq baş naziri  
  Culio Frenk  Meksikanın səhiyyə naziri  
  Raul Vallenberq məşhur İsveçrə diplomatı (II Dünya müharibəsi dövründə minlərlə yəhudini xilas edib)    
  Lerri Peyc  "Google" axtarış sisteminin yaradıcısı  
  Mozes Homberq Amerika alimi, "radikallar kimyasının atası"  
  Stenli Koen tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Marşall Nirenberq tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Tomas Ueller tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  
  Devid Pulitzer  fizika üzrə Nobel mükafatı laureatı  
  Tinq  fizika üzrə Nobel mükafatı laureatı  
  Cerom Karl  fizika və kimya üzrə Nobel mükafatı laureatı  
  Riçard Smolli  kimya üzrə Nobel mükafatı laureatı  

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
8 Yanvar 2010 - 01
Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Heydər Əliyev Fondu dmanisili şagirdlər arasında bilik yarışı keçirib
 
Heydər Əliyev Fondu fiziki qüsuru olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir
 
20 Yanvar faciəsinin iyirminci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib
 
Uşaq evlərində çalışan ixtisaslı kadrlar Almaniyada təcrübə keçəcəklər
 
Kurikulum mərkəzində "dəyirmi masa"
 
Mikayıl Müşfiq yad edildi
 
Arzusu böyüyəndə rəssam olmaqdır
 
Summativ qiymətləndirmənin tətbiqi ilə aparılan bilik yarışı
 
Şərur şəhər 1 nömrəli məktəbin binası yenidənqurmadan sonra istifadəyə verilib
 
Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr kompüter vasitəsi ilə imtahanları verdilər
 
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının qalibləri
 
Bakı məktəblisinin dünyada tanınan rəsm əsəri
 
Dünya universitetləri: Miçiqan Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov