Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Yanvar 2010 - 02

 
Ali məktəblərdə qış imtahan sessiyası davam edir
 

Artıq bir neçə gündür ki, ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində 2009-2010-cu tədris ilinin qış imtahan sessiyası başlanıb. Təkcə təhsil sahəsində çalışanların deyil, geniş ictimaiyyətin belə həmişə diqqət və maraqla izlədiyi yay və qış imtahan sessiyalarının yüksək səviyyədə təşkili və obyektiv keçirilməsi üçün son illər Təhsil Nazirliyi tərəfindən bir çox məqsədyönlü tədbirlər həyata keçirilib.

Həmin tədbirlər builki qış imtahan sessiyası dövründə də davam etdirilib. Hələ sessiya başlamazdan xeyli öncə - ötən il dekabrın 18-də təhsil naziri "Ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında" əmr imzalayıb. Həmin əmrlə qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsini təmin etmək, imtahan qərargahları, "qaynar xətlər" yaratmaq, onların fəaliyyətləri  barədə ictimaiyyətə mütəmadi məlumat vermək ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb. Təhsil Nazirliyi ilə birgə qeyri-hökumət təşkilatlarının da imtahan sessiyasının gedişinə nəzarəti həyata keçirmələri təmin olunub. Ali təhsil müəssisələrinin rəhbərləri ilə yanvarın 7-də Təhsil Nazirliyində keçirilmiş müşavirədə qış imtahan sessiyasının keçirilməsi barədə ayrıca məsələ müzakirə olunub.

Hazırda davam etməkdə olan qış imtahan sessiyasının təşkili və gedişi vəziyyəti ilə tanış olmaq üçün üç ali məktəblə əlaqə saxladıq. öyrəndik ki, sessiyanın yüksək səviyyədə keçirilməsi, bu zaman obyektivliyin və şəffaflığın təmin olunması, baş verə biləcək nöqsanların, neqativ halların qarşısının alınması üçün ali məktəblərdə konkret tədbirlər həyata keçirilib.

Y.ƏLİYEV

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
15 Yanvar 2010 - 02
Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Ali məktəblər üçün "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olub
 
Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına
 
Peşə təhsilinin kurikulumlarının hazırlanmasına dair seminar
 
Məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi
 
NDU-da yubiley tədbiri keçirildi
 
Ali məktəblərdə qış imtahan sessiyası davam edir
 
BDU-da imtahanların gedişinə QHT-lər nəzarət edirlər
 
ADPU-da imtahanlar İKT-nin tətbiqi ilə aparılır
 
AMİ-də "Açıq qapı günləri" elan edilib
 
Kurikulum islahatı zamanın tələbidir
 
Akademik Zərifə Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı olub
 
Ali təhsildə maliyyələşdirmə mexanizmlərinə dair seminar
 
İnteraktiv təlim metodlarının tətbiqinin bəzi cəhətləri
 
Dünya universitetləri: İsveçrə Federal Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov