Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Yanvar 2010 - 02

 
ADPU-da imtahanlar İKT-nin tətbiqi ilə aparılır
 

Ölkənin pedaqoji kadrlar hazırlayan ən böyük ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetində semestr və dövlət imtahanları artıq üçüncü ildir ki, yeni qaydada, İKT-dən istifadə olunmaqla aparılır. Universitetin tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyevdən  aldığımız məlumata görə universitetdə builki qış sessiyasının imtahanlarını da əyani şöbənin tələbələri kompüterlərlə verirlər. Universitetdə 180 ən müasir kompüterlə təchiz olunmuş 5 zal var. İmtahanlar hər gün 2 növbədə (saat 9.00-dan 13.00-a və 14.00-dan 18.00-a qədər) olmaqla bu zallarda aparılır. Hər bir tələbənin kompüterə müraciəti üçün şəxsi kodu vardır. Tələbə əvvəlcə imtahan verəcəyi fənni seçir, bu zaman test sualları və beş cavab variantı monitorda əks olunur. Suallar 40 dəqiqə ərzində cavablandırılır və tələbə verdiyi cavablara əsasən neçə bal topladığını bilir. Sonra kompüter balı ilə semestr boyu toplanan ballar cəmlənərək yekun qiymət müəyyənləşdirilir.

Təlimata əsasən bütün kafedralarda əyani şöbə üzrə imtahan testləri hazırlanaraq bankda yerləşdirilmişdir. Bankda hər bir fənn üzrə belə testlərin sayı 500-dən, bir sıra fənlər üzrə isə hətta 1000-dən çoxdur.

İmtahanlarda obyektivliyi və şəffaflığı təmin etmək üçün ictimaiyyətlə sıx əlaqə saxlanılır. KİV nümayəndələri, valideynlər istənilən vaxt imtahanları izləyə bilərlər. Valideynlər övladlarının necə imtahan verməsini hətta universitetə gəlmədən İnternet vasitəsi ilə də öyrənə bilərlər.

öz qiymətlərindən narazı qalan neqativ hallarla üzləşən tələbələr, ilk növbədə, fakültə apelyasiya komissiyasına müraciət edir. Əgər verilən cavab onları qane etməsə, onda universitet üzrə  münaqişə komissiyasına müraciət olunur. Müraciətlərə çevik baxılır, araşdırılır və cavablandırılır.

Y.ƏLİYEV

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
15 Yanvar 2010 - 02
Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Ali məktəblər üçün "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olub
 
Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına
 
Peşə təhsilinin kurikulumlarının hazırlanmasına dair seminar
 
Məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi
 
NDU-da yubiley tədbiri keçirildi
 
Ali məktəblərdə qış imtahan sessiyası davam edir
 
BDU-da imtahanların gedişinə QHT-lər nəzarət edirlər
 
ADPU-da imtahanlar İKT-nin tətbiqi ilə aparılır
 
AMİ-də "Açıq qapı günləri" elan edilib
 
Kurikulum islahatı zamanın tələbidir
 
Akademik Zərifə Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı olub
 
Ali təhsildə maliyyələşdirmə mexanizmlərinə dair seminar
 
İnteraktiv təlim metodlarının tətbiqinin bəzi cəhətləri
 
Dünya universitetləri: İsveçrə Federal Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov