Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Yanvar 2010 - 02

 
Akademik Zərifə Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı olub
 

Yanvarın 11-də akademik Zərifə Əliyeva adına orta məktəbdə Azərbaycanda ingilis dili müəllimləri üçün ilk dəfə olaraq İngilis dilinin Onlayn tədrisi (ETTO) ixtsasartırma layihəsinin başlanmasına həsr olunmuş mərasim keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ayrı-ayrı regionlarda orta məktəblərdə işləyən  ingilis dili müəllimləri və KİV nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov  açaraq bildirdi ki, 2003-cü ildən indiyə kimi Təhsil Nazirliyi "British Council"in Azərbaycan nümayəndəliyi ilə xeyli faydalı layihələr həyata keçirib. Bizim ölkədə əvvəllər ingilis dilinin tədrisi intensiv olmamışdır. Sonralar Bakının 7 orta  məktəbində  ingilis dilinin intensiv tədrisinə geniş  yer verildi və  bu sahədə də böyük uğurlar əldə edilmişdir.

Təhsil naziri Misir Mərdanov qeyd etdi  ki, bu layihədə bütün fəaliyyətlər, tapşırıqlar, video və audiomateriallar  hələlik ibtidai siniflərdə  dərs deyən ingilis dili müəllimləri üçün nəzərdə tutulub.  Yanvarın 15-dən başlanan bu kursda  Gəncə, Zaqatala, İsmayıllı, Sumqayıt və Bakı məktəblərinin ibtidai siniflərində ingilis dilindən dərs deyən 48 müəllim  iştirak edəcək. Kurs boyu müəllimlərə onlayn təlimçi dəstək olacaq və  sonda müəllimlərə kursdan keçmələri haqqında sertifikatlar veriləcək. ümid edirəm ki, həyata keçirilən bu layihə Azərbaycan məktəblərində dərs deyən ingilis dili müəllimləri üçün daha uğurlu olacaq.

Təhsil naziri Misir Mərdanov bu işə rəhbərlik edən "British Council"in Azərbaycan nümayəndəliyinin  layihə rəhbəri Gülşən Hüseynovaya öz təşəkkürünü bildirdi və onlara bu işdə uğurlar arzuladı.

Tədbirdə iştirak edən xarici təşkilatın nümayəndəsi xanım Rozmari Arnot Təhsil Nazirliyi ilə  aparılan səmərəli  işin səviyyəsindən razı qaldığını dedi və gələcəkdə Azərbaycanın bütün  tədris müəssisələrində ingilis dilinin yüksək  səviyyədə öyrədilməsi üçün   bu fənnin tədrisi sahəsində daha böyük layihələr həyata keçiriləcəyindən danışdı. 

Şakir CƏFƏROV

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
15 Yanvar 2010 - 02
Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Ali məktəblər üçün "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olub
 
Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına
 
Peşə təhsilinin kurikulumlarının hazırlanmasına dair seminar
 
Məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi
 
NDU-da yubiley tədbiri keçirildi
 
Ali məktəblərdə qış imtahan sessiyası davam edir
 
BDU-da imtahanların gedişinə QHT-lər nəzarət edirlər
 
ADPU-da imtahanlar İKT-nin tətbiqi ilə aparılır
 
AMİ-də "Açıq qapı günləri" elan edilib
 
Kurikulum islahatı zamanın tələbidir
 
Akademik Zərifə Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı olub
 
Ali təhsildə maliyyələşdirmə mexanizmlərinə dair seminar
 
İnteraktiv təlim metodlarının tətbiqinin bəzi cəhətləri
 
Dünya universitetləri: İsveçrə Federal Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov