Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Yanvar 2010 - ¹03

 

Litvanın təhsil və elm nazirinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub

 

Bakıda səfərdə olan Litvanın təhsil və elm naziri Gintaras Steponaviçiusun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 16-da Heydər Əliyev Fondunda olmuşdur.

Nümayəndə heyətinə ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi.

Bildirildi ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək edir.

Qonaqlara ulu öndərin şəxsi eksponatları barədə də məlumat verildi. Qeyd olundu ki, bütün eksponatlar ulu öndərin arxivindən götürülüb və onların arasında şəxsi əşyalar üstünlük təşkil edir.

ümummilli lider Heydər Əliyevin təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, təltif olunduğu müxtəlif ordenlər və medallar, dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə çəkilən fotoşəkillər qonaqların marağına səbəb oldu. Muzeydəki ekspozisiyanın hər biri böyük azərbaycanlının həyat salnaməsini əks etdirir.

Ulu öndərin neft strategiyasını əks etdirən eksponatlara baxan nümayəndə heyətinə bu barədə də ətraflı məlumat verildi. ümummilli liderin dünyanın böyük dövlətlərinin rəhbərləri, mədəniyyət, incəsənət xadimləri ilə keçirdiyi görüşlərdə çəkilmiş tarixi fotosənədlər də qonaqlarda maraq doğurdu.

Ekspozisiya ilə tanışlıqdan sonra Gintaras Steponaviçius Fondun Xatirə kitabına ürək sözlərini yazdı.

Qonaqlar Fondun nəşrləri ilə tanış oldular. Onlara Fondun nəşr etdirdiyi və Azərbaycanda keçirilən beynəlxalq muğam festivalına həsr olunmuş albom, Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı bukletlər hədiyyə edildi.

Litvalı qonaqlar Fondun fəaliyyətini əks etdirən filmə də baxdılar.

 
  Nömrənin müdəricatına dön"Heydər Əliyev Fondu" bölməsinə get

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
22 Yanvar 2010 - ¹03
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
 
Litvanın təhsil və elm nazirinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub
 
Nazirlər Kabineti məzunların qızıl və gümüş medallarla təltif olunması qaydalarını təsdiq edib
 
Türkiyənin milli təhsil naziri ilə görüş
 
Nazir bir sıra lisey və gimnaziyaların direktorlarını ciddi tənqid etdi 
 
"Tələbələrin sayına görə Avropada liderik" Litva Respublikasının təhsil və elm naziri cənab Gintaras Steponaviçiusun qəzetimizə müsahibəsi
 
İstedadlı alim, görkəmli elm və təhsil təşkilatçısı
 
Kamalı böyük, qəlbi sadə sənətkar
 
Dünya universitetləri: Edinburq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov