Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Yanvar 2010 - 03

 
Nazirlər Kabineti məzunların qızıl və gümüş medallarla təltif olunması qaydalarını təsdiq edib
 

Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş medallarla təltif olunması qaydalarını təsdiq etmişdir.

Qaydalara əsasən, ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri və nümunəvi davranışı ilə fərqlənən tam orta təhsilli məzunların qızıl və ya gümüş medalla təltif olunmaq üçün namizədliyi təqdim edilə bilər. Namizədlik verilən zaman respublika fənn olimpiadalarında, rayon, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə qazanılan mükafatlar da nəzərə alınmalıdır.

Məzunların qızıl və gümüş medallarla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxıldıqdan sonra müvafiq qərar qəbul edilməlidir. Qərara əsasən, ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlərin, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olanların, bütün fənlərdən illik qiymətləri "əla" olanların qızıl və gümüş medalla təltifi üçün namizədliyi verilə bilər.

Pedaqoji şuranın qərarı və həmin məzunların fərdi siyahısı Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq yerli təhsil orqanları tərəfindən nazirliyə təqdim edilməlidir.

Namizədlərdən attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi - tədris dili və riyaziyyat istisna edilməklə, "yaxşı" olanlar isə gümüş medala layiq görülürlər. Məzunların qızıl və ya gümüş medalla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.

Medala layiq görülənlərin adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılır. Qərara əsasən, medal sahiblərinə təntənəli şəraitdə təqdim edilməlidir.

AzərTAc

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
22 Yanvar 2010 - 03
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
 
Litvanın təhsil və elm nazirinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub
 
Nazirlər Kabineti məzunların qızıl və gümüş medallarla təltif olunması qaydalarını təsdiq edib
 
Türkiyənin milli təhsil naziri ilə görüş
 
Nazir bir sıra lisey və gimnaziyaların direktorlarını ciddi tənqid etdi 
 
"Tələbələrin sayına görə Avropada liderik" Litva Respublikasının təhsil və elm naziri cənab Gintaras Steponaviçiusun qəzetimizə müsahibəsi
 
İstedadlı alim, görkəmli elm və təhsil təşkilatçısı
 
Kamalı böyük, qəlbi sadə sənətkar
 
Dünya universitetləri: Edinburq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov