Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Yanvar 2010 - ¹03

 
ABŞ Sülh Korpusu Təşkilatı Amerikadan gəlmiş Könüllülərin Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində  İngilis dilinin Tədrisi Proqramı üzrə  fəaliyyət göstərməsi üçün 2010-cu il üzrə ərizələrin qəbulunu elan edir:
 

ABŞ dövlətinin qeyri-dini, qeyri-siyasi təşkilatı olan Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən yaradılmışdır. Sülh Korpusu bütün fəaliyyət göstərdiyi ölkələrə yalnız yerli hökumətin dəvəti ilə gedir. Onun əsas məqsədi amerikalı Könüllülərin vasitəsilə dünyada sülh və  dostluğun bərqərar olmasına dəstək vermək, fəaliyyət göstərdiyi ölkənin ehtiyaclarından asılı olaraq təlim keçmiş ixtisaslı kadrlar vasitəsilə texniki bilik və bacarıqların ötürülməsindən ibarətdir.

Sülh Korpusu Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir. Hazırda Könüllülər Azərbaycanda "İngilis dilinin tədrisi",  "İcmanın iqtisadi inkişafı" və "Gənclərin inkişafı" proqramları üzrə fəaliyyət göstərir.

Sülh Korpusu Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə ingilis dili tədris olunan dövlət məktəbləri üçün müsabiqə elan edir. Könüllülər seçilmiş məktəblərdə 2010-cu ilin dekabr ayından başlayaraq ingilis dili müəllimi kimi iki akademik il ərzində təmənnasız fəaliyyət göstərəcək. Könüllülər azərbaycanlı ingilis dili müəllimləri ilə birlikdə dərs deyəcək, tələbələrin ingilis dilində danışıq bacarıqlarını təkmilləşdirəcək,  ingilis dili tədrisinin yeni metodlarını təqdim edəcək və məktəbdə ingilis dili mühitinin yaradılması istiqamətində fəaliyyət göstərəcəklər. 

Sülh Korpusunun Könüllüsü üçün müraciət etmək istəyən ən azı 2 və ən çoxu 12 ingilis dili müəllimi  olan  şəhər və kənd orta məktəbləri ərizə forması üçün müvafiq rayon təhsil şöbəsinin müdirinə müraciət edə bilərlər. Ərizə forması məktəb direktoru və ingilis dili müəllimləri tərəfindən doldurulmalı, məktəbin direktorunun imzası ilə təsdiq olunduqdan sonra təhsil şöbəsinin müdirinə təhvil verilməlidir. Rayon təhsil şöbəsinin müdiri həmin ərizə formasını təsdiq etməlidir.  Hər  məktəbdən   yalnız  bir  ərizə  gözlənilir.

Ərizələri yanvar ayının 18-dən başlayaraq  rayon  təhsil  şöbəsindən  əldə  etmək olar.

Fevral ayının 10-dan başlayaraq Sülh Korpusunun əməkdaşları ərizələri rayon təhsil şöbələrindən toplayacaqdır.

Sülh Korpusu Könüllüləri artıq bir çox rayonlarda çalışır.  Müvafiq rayonların siyahısını hazırlayarkən, Sülh Korpusu rayonda bu günəcən işləmiş,  hazırda işləyən Könüllülərin sayını, rayonda olan məktəblərin sayını və digər məsələləri nəzərə alır. Ərizələrin tam və düzgün doldurulması seçimdə böyük əhəmiyyətə malikdir.

Bu il keçirilən müsabiqədə aşağıdakı rayonlar üzrə  ingilis dili tədris olunan  məktəblər iştirak edə bilərlər:                                                                                                                         

Beyləqan, Biləsuvar,  Daşkəsən, Qusar, Quba, Xaçmaz, Goranboy, Göyçay,  Gədəbəy, Cəlilabad, Göygöl, İmişli, Mingəçevir, Masallı, Saatlı, Sabirabad, Şəmkir, Zərdab. 

 

Əlavə məlumat üçün rayon təhsil şöbəsinə müraciət etmək və ya Sülh Korpusu  İngilis dilinin Tədrisi  üzrə Proqram menecerləri ilə əlaqə saxlamaq olar. 

Əlaqə telefonları:

Tel.: (012) 596-17-20

Fax: (012) 596-17-24

Mobil: (050) 203-32-65,  (050) 250-54-12

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Elanlar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
22 Yanvar 2010 - ¹03
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
 
Litvanın təhsil və elm nazirinin başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunda olub
 
Nazirlər Kabineti məzunların qızıl və gümüş medallarla təltif olunması qaydalarını təsdiq edib
 
Türkiyənin milli təhsil naziri ilə görüş
 
Nazir bir sıra lisey və gimnaziyaların direktorlarını ciddi tənqid etdi 
 
"Tələbələrin sayına görə Avropada liderik" Litva Respublikasının təhsil və elm naziri cənab Gintaras Steponaviçiusun qəzetimizə müsahibəsi
 
İstedadlı alim, görkəmli elm və təhsil təşkilatçısı
 
Kamalı böyük, qəlbi sadə sənətkar
 
Dünya universitetləri: Edinburq Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov