Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

29 Yanvar 2010 - ¹04

 
 
Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-da çox mühüm sənəd yayıb
 

Sənəddə təhsil sistemlərinin getdikcə yaxınlaşması ilə əlaqədar onların ortaq dərsliklər və tədris üsullarına yiyələnməsi problemi geniş əksini tapıb.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov indiyədək ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra problemlərlə bağlı 80-dən artıq sənəd hazırlamışdır. Onların böyük əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olmuşdur. Bəzi sənədlər isə ümumavropa məsələlərinə həsr olunmuşdur. Əlamətdar haldır ki, tövsiyə üçün təqdim olunmuş təklif və qətnamələr ətrafında bir sıra məruzələr təyin edilmiş, bəzi məruzələrin müəllifi kimi Rafael Hüseynovun özü çıxış etmişdir.

AŞPA-nın qış sessiyasının ilk iş günündə R.Hüseynov ümumavropa əhəmiyyətli daha bir sənəd hazırlamışdır. Bu sənəddə Avropa ölkələrinin intellektual baxımdan daha da yaxınlaşmasını nəzərdə tutan maraqlı ideya irəli sürülmüşdür. Təhsil sistemlərinin getdikcə yaxınlaşması onların ortaq dərsliklər və tədris üsullarına yiyələnməsini tələb edir. Sənəddə bu problem geniş şəkildə əksini tapmışdır.

20-dən artıq deputatın imzaladığı bu sənəd Avropa Şurasının katibliyi tərəfindən nəşr edilmişdir. AŞPA büro iclaslarının birində sənədin növbəti mərhələsi ilə əlaqədar müzakirə keçirəcəkdir.

"Avropa təhsil şəbəkəsində ortaq dərsliklərdən istifadənin məqsədəuyğunluğu" adlı sənəddə deyilir: Avropa ölkələri arasında getdikcə artan çoxsahəli əməkdaşlıq bu ölkələrin bir-biri ilə daha artıq yaxınlaşmasını və qarşılıqlı anlaşmanın dərinləşməsini təmin etməklə bütöv Avropanın formalaşmasına aparan yolu da qısaldır. XX əsrin əvvəllərində biri digərindən qanlı müharibələrlə ayrılan bir sıra Avropa dövlətlərinin bu gün birlikdə ümumi məqsədlər uğrunda mübarizə aparması müştərək Avropa Evinin yaranması üçün ciddi bünövrə sayılmalıdır. Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər mühüm Avropa strukturlarının ardıcıl fəaliyyətləri ümumavropa məkanının təşəkkülü, ümumavropa qanunvericilik sisteminin bərqərar olmasına müsbət töhfələr vermişdir. Lakin həmin proseslərin daha da sürətlənməsi, Avropa xalqlarını ayıran ən müxtəlif sərhədlərin daha da intensiv şəkildə aradan götürülməsini təmin edəcək bir sıra imkanlar vardır ki, onlardan istifadə zəruridir.

Avropa ölkələrinin təhsil sistemində son illərdə ortaq prinsiplərin tətbiq edilməsində əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Xüsusən, uzun müddət qapalı rejimlər içərisində mövcud olan və yeni müstəqillik əldə etmiş dövlətlərin təhsil sistemində aparılan islahatlar, modernləşmə təmayülləri və Avropa standartlarına uyğunlaşma istiqamətində görülən işlər ümumavropa təhsil məkanında prinsipial fərqlərin tədricən aradan çıxmasına gətirib çıxarır.

Avropa ölkələrində bir sıra əsas fənlər üzrə ortaq dərsliklərin istifadə olunması həm qitənin təhsil sistemində, həm də Avropa xalqlarının bir-birlərini daha yaxşı tanımasına, intellekt və mənəvi keyfiyyətləri baxımından vahidləşməsinə təsirli təkan verə bilər.

Avropa ölkələrinin tarixi, ədəbiyyatı və mədəniyyəti ənənəvi olaraq qitə dövlətlərinin orta və ali məktəblərində tədris edilir. Lakin bu dərsliklər fərqli konsepsiyalar və yanaşmalar əsasında hazırlandığından bir Avropa ölkəsinin Avropa tarixi və ədəbiyyatı haqqında öz gənc nəslinə verdiyi biliklər başqa Avropa ölkəsininkindən bir çox təfərrüatları ilə seçilir. Avropanın hansısa xalqının tarixindəki ümumavropa inkişafı baxımından maraq kəsb edən səhifələr digər Avropa ölkəsinin öyrəncisinə naməlum qalır, yaxud hansısa Avropa xalqının ədəbiyyat və sənət tarixində misilsiz izləri olan klassikləri digərlərinə tanıdılmır.

İldən-ilə daha qabarıq görünən reallığa çevrilən Avropa məkanı, ortaq Avropa Evi ideyası özü tələb edir ki, bu qitənin insanlarının özünü tam mənada avropalı hesab edə bilməsi üçün nabələdlik sindromlarından daha çox təmizlənsin.

özünü Avropanın övladı saymaq bilikdən başlanır və bu təməl biliyi də, ilk növbədə, sabit təhsil sistemi ortaya qoymağa qadirdir.

Müştərək dərsliklərin hazırlanması müxtəlif üsullarla həyata keçirilə bilər. Bunun üçün ayrı-ayrı qitə ölkələrində olan müvafiq dərsliklərin ən yaxşıları seçilərək onlar zəruri fəsillərdə təkmilləşdirilməli, ya da sınaqdan keçmiş uğurlu dərsliklərin təcrübəsi ümumiləşdirilərək tamam yeni dərsliklər hazırlanmalıdır.

ümumavropa tədris məkanı üçün nəzərdə tutulmuş dərsliklərdə başlıca meyarlardan biri diqqətin Avropa xalqlarını bir-birinə yaxınlaşdıran məqamların əsas fon kimi götürülməsinə yönəldilməsindən ibarət olmalıdır.

Avropa Şurası üzv ölkələr arasında bu istiqamətdə ən nüfuzlu əlaqələndirici funksiyasını yerinə yetirmək iqtidarındadır.

İdeyanın gerçəkləşdirilməsi üçün tövsiyələr hazırlanmışdır: Problemi təfərrüatları ilə araşdırmaq və ortaq dərsliklərin konsepsiyalarını müəyyənləşdirmək üçün AŞPA-nın Mədəniyyət, elm və təhsil komissiyasında məruzəçi təyin edilməsi, üzv ölkələrin tanınmış mütəxəssislərinin iştirakı ilə xüsusi kollokviumun keçirilməsi və Nazirlər Komitəsinin səlahiyyətləri çərçivəsində üzv ölkələrlə müvafiq iş aparılması tövsiyələr sırasındadır.  

Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
29 Yanvar 2010 - ¹04
Y.Ə.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olublar
 

Azərbaycan ilə Rusiyanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişlənir

 
Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-da çox mühüm sənəd yayıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Regionlarda təhsilin inkişaf perspektivlərilə əlaqədar Ağstafa, Qazax və Tovuz  rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə  keçirilib
 
Türkiyə-Azərbaycan təhsil əlaqələrini genişləndirmək üçün böyük potensial var Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun qəzetimizə müsahibəsi
 
Birinci qrupun birincisi
 
Dünya universitetləri: Tokio Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov