Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Fevral 2010 - 05

 
Bu il doqquzuncu siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq
 

Məlum olduğu kimi, təhsil nazirinin 5 oktyabr 2009-cu il tarixli, 1116 nömrəli əmri ilə cari dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərinin buraxılış siniflərində və peşə liseylərində mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama  imtahanlarının vaxtı müəyyənləşdirilmiş və ictimaiyyətə elan edilmişdir. Artıq bu bilik sınağına bir aydan da  az vaxt qalır. Yoxlama imtahanlarına hazırlıq məqsədilə nə kimi tədbirlər həyata keçirilib? 2009-20/10-cu dərs ilində mərkəzləşdirilmiş qaydada aparılacaq yoxlama və buraxılış imtahanlarında hansı yeniliklərin tətbiqi nəzərdə tutulub? Şagirdlər müvəffəq qiymət almaq üçün nə etməlidirlər? Bu və bu kimi digər suallarla Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevaya müraciət etdik. Onun dediklərini oxuculara təqdim edirik. 

Bildiyiniz kimi, son dörd ildə ölkənin  müxtəlif bölgələrində, 2008-2009-cu dərs ilində isə respublikanın bütün ümumtəhsil məktəblərində və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılmışdır. Bu dərs ilində həmin üsulla keçirilən buraxılış imtahanlarının əhatə dairəsinin daha da genişlənməsi - IX siniflərdə də mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə tutulmuş, imtahan prosesinin keçirilməsi qaydaları və mexanizminin təkmilləşdirilməsi istiqamətində müəyyən tədbirlər görülmüşdür.

Xatırladaq ki, ötən dərs ilində də hər bir məktəbin IX siniflərində buraxılış imtahanları məktəbdaxili qaydada Təhsil Nazirliyində hazırlanmış vahid imtahan materialları əsasında keçirildi. Lakin bu tədbir hazırlıq xarakteri daşıyırdı, həmin imtahanlarda cavab kartı tətbiq edilmədi və şagirdlərin nailiyyətləri məktəblər tərəfindən qiymətləndirildi. 

Yoxlama və buraxılış imtahanları nə vaxt keçiriləcək? 

Təhsil nazirinin müvafiq əmrinə əsasən, bu tədris ilində respublikanın ümumtəhsil məktəblərində əsas və orta təhsil kursları üzrə yoxlama imtahanları 2010-cu ilin 27 fevral - 4 aprel tarixləri arasında, peşə liseylərində yoxlama imtahanı isə 21 fevral tarixində keçiriləcək.

Orta təhsil kursu üzrə yoxlama imtahanlarının respublikanın 4 ayrı-ayrı bölgəsində aşağıdakı tarixlərdə təşkil edilməsi nəzərdə tutulub:

Bakı və Sumqayıt şəhərləri - 27 fevral;

Şirvan şəhəri,  Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonları - 13 mart;

Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonları - 27 mart;

Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonları - 3 aprel.

Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə yoxlama imtahanı martın 27-də, həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində isə bu imtahanlar məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün müvafiq əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.

Respublikanın şəhər və rayonlarında əsas təhsil kursu üzrə yoxlama imtahanları bu tarixlərdə aparılacaq:

Bakı və Sumqayıt şəhərləri - 28 fevral;

Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonları - 14 mart;

Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonları - 28 mart;

Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonları - 4 aprel.

Ağdam və Füzuli rayonlarının işğal olunmamış ərazilərində yerləşən ümumtəhsil məktəblərində əsas təhsil kursu üzrə yoxlama imtahanları martın 28-də, həmin rayonların işğal altında olan ərazilərində yerləşən və digər məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində isə bu imtahanlar məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün müvafiq əmrlə müəyyənləşdirilmiş tarixdə keçiriləcək.

ümumtəhsil məktəblərində və peşə liseylərində buraxılış imtahanları əsas təhsil kursu üzrə iyun ayında ana dili və riyaziyyat fənlərindən, orta təhsil kursu üzrə peşə liseylərində aprel, ümumtəhsil məktəblərində iyun aylarında ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılacaq.

ötən dərs ilində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən əsas və orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək istəyən şəxslər aprelin 20-dək bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər. 

Bir mərkəzdə imtahanın gedişinə bir neçə imtahan rəhbəri nəzarət edəcək 

Monitorinq və qiymətləndirmə şöbəsi yoxlama imtahanının keçirilməsinə, demək olar ki, hazırdır. Bu günədək artıq imtahanlara hazırlıqla bağlı zəruri olan bütün tədbirlər həyata keçirilib, ayrı-ayrı şəhər və rayonlarda şagirdlər, müəllimlər və valideynlər arasında təlimati işlər aparılıb, şagird bazası dəqiqləşdirilib, imtahan mərkəzləri müəyyənləşdirilib, şagirdlərin adlı siyahısı yerlərə göndərilib, onların kodu haqqında məlumat verilib və s.

2009-2010-cu dərs ilində əsas və orta təhsil kursu üzrə imtahanların keçirilməsi məqsədilə respublika ərazisində 299 imtahan mərkəzi yaradılıb. Bu il hər bir imtahan mərkəzinə keçən ildən fərqli olaraq bir deyil, bir neçə imtahan rəhbəri təyin olunub. Hər mərkəzdə öz biliyini 400-500 şagird sınayacaq. İmtahanlara ümumi respublika üzrə 140 minə yaxın doqquzuncu, 97 mindən artıq onbirinci sinif şagirdi cəlb edilib.

Doqquzuncular ana dili və riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla, cəmi 50 suala cavab verməlidirlər. Riyaziyyatdan sualların 18-i cəbrə, 7-si həndəsəyə aiddir. Orta təhsil kursu üzrə imtahanlar cəmi 120 sual olmaqla, yuxarıda adları çəkilən 8 fəndən keçiriləcək.

Yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahanının nəticələri nəzərə alınmaqla çıxarılacaq. 

Şagirdlərə kömək məqsədilə test külliyyatı yaradılıb 

 Bir məsələni xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm ki, indiyədək şagirdlərin imtahanlara hazırlaşması üçün testlər ümumtəhsil məktəblərinə elektron formada çatdırılırdı.

Şöbəmiz buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə başlanandan bu günədək mövcud olan bütün testləri təkmilləşdirmiş, redaktə etmiş və həm IX, həm də XI siniflər üçün test külliyyatı yaratmışdır.

Azərbaycan və rus bölmələrinin doqquzuncu sinifləri üçün bir kitabdan ibarət olan test külliyyatına hər iki bölmə üzrə ana dili və riyaziyyatdan suallar daxil edilib. Orta təhsil kursu üzrə 8 fənni əhatə edən testlər isə I və II hissələr olmaqla iki kitabda toplanıb. Rus bölməsinin onbirinciləri üçün də ayrıca olaraq iki kitabdan ibarət test külliyyatı hazırlanıb. Kitablar artıq çap olunur və yaxın günlərdə məktəblərə çatdırılacaq.

Əsas təhsil kursu üzrə yoxlama imtahanlarına bütün suallar test külliyyatından salınacaq. Doqquzuncular bilik sınağında ilk dəfə iştirak edirlər və onlara tanış olduqları sualların verilməsi daha məqsədəuyğundur. Yoxlama imtahanının məqsədlərindən biri də təhsilin səviyyəsini öyrənməkdir. Buna görə də orta təhsil kursu üzrə yoxlama imtahanlarına hər fəndən sualların yalnız 20-30 faizi test külliyyatından salınacaq. Qalanları isə tamamilə yeni suallar olacaq. Bu halda şagird öz qabiliyyətini yoxlayır, öz biliyi haqqında dəqiq məlumat alır və qarşıdakı həlledici mərhələdə hansı suallara daha ciddi hazırlaşmağın zəruri olduğunu öyrənir. Eyni zamanda müəllimlər də, valideynlər də, Təhsil Nazirliyi də real vəziyyətdən xəbərdar olur.

Əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarında isə sualların hamısı test külliyyatından salınacaq.  

Fənn üzrə elementar biliyi olan şagird müvəffəq qiymət ala bilər 

ümumiyyətlə, əsas və orta təhsil kursu üzrə yoxlama və buraxılış imtahanlarının qiymətləndirilməsinə gəlincə, qeyd etmək lazımdır ki, cari dərs ilində bu məsələdə yeniliyin tətbiq olunması nəzərdə tutulmur. Hər hansı bir fənn üzrə ən elementar biliyə malik olan şagird imtahana salınan testlərin heç olmasa, 20 faizinə asanlıqla cavab verərək müvəffəq qiymət ala bilər. Və ya yoxlama imtahanında "2" aldığı fəndən ciddi hazırlaşaraq buraxılış imtahanında  daha yüksək qiymət alar. Təbii ki, şagirdin bir fəndən hər iki imtahanda qeyri-müvəffəq nəticə göstərməsini təsadüf və ya həyəcanla izah etmək məntiqə uyğun deyil.

Əsas təhsil kursu üzrə buraxılış imtahanında fənlərin hər hansı birindən "2" alan şagird ümumtəhsil məktəblərində sinifdən-sinfə keçirmə qaydalarına əsasən yeni dərs ili başlananadək mərkəzləşdirilmiş qaydada təkrar payız imtahanı verir. Bu imtahandan da "2" alan şagird sinifdə qalır.

Onbirincilər isə "2" aldığı fəndən yalnız gələn il imtahan verə bilər. Uğur qazanmadığı təqdirdə həmin məzun növbəti ildə artıq bütün fənlərdən eksternat qaydada imtahan verməlidir.

Oxucuların diqqətinə çatdırmaq istərdik ki, mərkəzləşdirilmiş qaydada aparılan imtahanlarla bağlı görülən işlər barədə İnternetdə mütəmadi olaraq məlumat verilir. İmtahan səhifəsində (edu.gov.az) ötən dərs ilində aparılan buraxılış imtahanlarının nəticələri, istifadə olunan imtahan materiallarından nümunələr və s. yerləşdirilib. Həmin səhifədə hələ çapda olan test külliyyatı haqqında da məlumat veriləcək. Şagirdlər zəif bildikləri hər hansı fənn üzrə materialı götürüb qarşıdakı yoxlama imtahanına hazırlaşa bilərlər. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
5 Fevral 2010 - 05
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda zona müşavirəsi keçirib
 

Universal "alim"

 
Gürcüstan ombudsmanının aparatında Azərbaycanlı Tələbələr Assosiasiyasının təqdimatı keçirilib
 
Müasir elmin korifeyi
 
Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı
 
Bu il doqquzuncu siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün texnologiya fənni kurikulumu (V-IX siniflər) Təhsil pillələri üzrə təlim nəticələri
 
Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışıb
 
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası gənclərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirir
 
Qırğızıstanda fəaliyyət göstərən Beynəlxalq Atatürk-Alatoo  Universitetində Azərbaycan ədəbiyyatı fakültəsi açılıb
 
Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb
 
"Tələbələrin liderlik imkanlarının artırılması" layihəsi həyata keçirilir
 
Tərcümə xidməti  bölməsi fəaliyyətə başlayıb
 
ADPU-da aspirant, doktorant və dissertantların müşavirəsi keçirilib
 
Peşə təhsilinin inkişafı ilə əlaqədar seminar keçirilib
 
Dünya universitetləri: London Kral Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov