Azərbaycan Tələbələr Birliyi Gənclər və İdman
Nazirliyinin dəstəyi ilə "Tələbələrin liderlik
imkanlarının artırılması" layihəsini həyata
keçirməyə başlamışdır.
Layihənin əsas məqsədi tələbələr arasından
gələcəyin liderlərini yetişdirmək və bununla
da vətəndaş cəmiyyətini inkişaf etdirməkdən
ibarətdir.
Layihə çərçivəsində məşğələlərin, "dəyirmi
masa"ların, ictimai xadimlərlə görüşlərin
keçirilməsi, beynəlxalq əməkdaşlığın
genişləndirilməsi və s. nəzərdə tutulur.
AzərTAc |