Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Fevral 2010 - 05

 

Peşə təhsilinin inkişafı ilə əlaqədar seminar keçirilib

 

Fevralın 1-də Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun akt zalında "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonlarında pilot icrası" layihəsi ilə bağlı seminar keçirib. Seminarda Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, institutun rəhbərliyi, beynəlxalq ekspertlər, rayon icra hakimiyyətlərinin nümayəndələri və pilot texniki peşə məktəblərinin direktorları iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov rəhbərlik etdiyi elm ocağının fəaliyyətindən, respublikada təhsilin inkişafına göstərdiyi xidmətlərdən və texniki peşə təhsilinin günün tələbləri səviyyəsində qurulması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlərdən söz açıb. Bildirib ki, bundan sonra peşə ixtisas təhsilinin 3 mərhələdə - ilkin peşə təhsili, orta peşə təhsili və ali peşə təhsili mərhələlərində aparılacağı nəzərdə tutulub.

Seminarda çıxış edən Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin təhsilə qayğısından, 3 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın ardıcıl şəkildə həyata keçirilməsindən danışıb. Bu iclasda Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə çərçivəsində növbəti addımların müzakirə olunacağını və ümumi bir məxrəcə gəlməyin vacibliyini diqqətə çatdırıb. Natiq həmçinin regionların tələbatına uyğun yeni peşə məktəblərinin yaradılacağını, ümumiyyətlə peşə təhsilinin bazar iqtisadiyyatına xidmət edəcəyini vurğulayıb.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmununun inkişafı şöbəsinin müdiri Ayaz Abışov bu qurumun fəaliyyəti haqqında məlumat verib. O, 2008-ci ilin 10 iyununda Azərbaycan Respublikası Prezidentinin "Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-1012-ci illər)"nın təsdiq edilməsinə dair sərəncam imzaladığını və Dövlət Proqramını həyata keçirmək üçün həmin ildə Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradıldığını qeyd edib. İdarənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq etdiyini, müvafiq Dövlət Proqramının icrası nəticəsində orta məktəblərin kompüterlə təmin edildiyini, 20 pilot orta məktəbin fibrooptik xəttə qoşulduğunu, pilot məktəblərdə İP telefonun quraşdırıldığını, onun vasitəsilə müəllimlərin məktəblər arasında videozənglər etdiklərini seminar iştirakçılarının nəzərinə çatdırıb. 3 texniki peşə məktəbinin - Bakıdakı 7 və 13 nömrəli peşə liseylərinin, Sumqayıtdakı 3 nömrəli peşə liseyinin idarə tərəfindən kompüter və İnternetə çıxışla təmin edildiyini bildirib.

Təhsil siyasəti üzrə beynəlxalq ekspert Devid Hardi və Təhsil Problemləri İnstitutunun direktor müavini, təhsil siyasəti üzrə yerli ekspert Rəsul Əsgərov "Texniki peşə təhsili sistemində təlim-tədris prosesində informasiya və kommunikasiya texnologiyalarının seçilməsi və istifadəsi", "Texniki peşə təhsili sahəsinə cəlb edilmiş bütün tərəfləri lazımi dəstəklə təmin etmək üçün Bilik bazasının yaradılması" üzrə konseptual sənədləri seminarın müzakirəsinə təqdim ediblər.

Müzakirələrə təqdim edilən konseptual sənədlər seminar iştirakçılarının yaxından iştirakı ilə redaktə olunub qəbul edilməsi qərara alınıb.  

Nizami MİRZƏ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
5 Fevral 2010 - 05
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda zona müşavirəsi keçirib
 

Universal "alim"

 
Gürcüstan ombudsmanının aparatında Azərbaycanlı Tələbələr Assosiasiyasının təqdimatı keçirilib
 
Müasir elmin korifeyi
 
Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı
 
Bu il doqquzuncu siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün texnologiya fənni kurikulumu (V-IX siniflər) Təhsil pillələri üzrə təlim nəticələri
 
Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışıb
 
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası gənclərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirir
 
Qırğızıstanda fəaliyyət göstərən Beynəlxalq Atatürk-Alatoo  Universitetində Azərbaycan ədəbiyyatı fakültəsi açılıb
 
Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb
 
"Tələbələrin liderlik imkanlarının artırılması" layihəsi həyata keçirilir
 
Tərcümə xidməti  bölməsi fəaliyyətə başlayıb
 
ADPU-da aspirant, doktorant və dissertantların müşavirəsi keçirilib
 
Peşə təhsilinin inkişafı ilə əlaqədar seminar keçirilib
 
Dünya universitetləri: London Kral Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov