Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Fevral 2010 - 07

 
Ötənilki test sualları müəllimlər üçün də çətin oldu
 

Ölkənin ən tanınmış məktəblərinin yüksək titullu müəllimləri test suallarını nəzərdə tutulan vaxtda həll edə bilmədilər. 

Ötən il ali məktəblərə keçirilmiş qəbul imtahanlarındakı test tapşırıqlarının çətin olması barədə fikirlər ictimaiyyət arasında hələ də birmənalı qarşılanmır. Əksər mütəxəssislər, təhsil işçiləri, o cümlədən də bilavasitə məktəb proqramları ilə işləyən müəllimlər ötənilki qəbul imtahanlarına salınmış test suallarının əvvəlki illərlə müqayisədə azı 2 dəfə çətin olduğunu desələr də, həmin testləri tərtib edənlər sualların çətinlik dərəcəsinin artırılmadığı, əksinə, abituriyentlərin hazırlıq səviyyəsinin aşağı düşdüyü qənaətindədirlər.

 Testlərin səviyyəsi barədə deyilənlərə aydınlıq gətirmək üçün qısa bir eksperiment keçirməyi qərara aldıq. ötənilki qəbul imtahanlarında I ixtisas qrupu üzrə riyaziyyatdan D variantında olan və çətinlik dərəcəsi test tərtibçiləri tərəfindən orta və çətin qiymətləndirilən 2 sualı cavablandırmaq üçün müəllimlərə təklif etməyi qərara aldıq.  ölkənin ən tanınmış iki ümumtəhsil müəssisəsinin - 6 nömrəli məktəb-liseyin və Elitar Gimnaziyanın ən yaxşı riyaziyyat müəllimlərinə müraciət etdik.

Hər iki məktəbin müəllimlərinə təklif olundu ki, verilmiş test tapşırıqlarını mümkün qədər tez və ən qısa yolla həll etsinlər. Yeri gəlmişkən qeyd edək ki, müəllimlərin hamısı paytaxtın say-seçmələri idi. Onların arasında hətta "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri, əməkdar müəllimlər də vardı.

Müəllimlərə təklif olunan testlər bunlar idi:

 

tənliklər sistemindən

 

cəmini tapın. 

 

inteqralını  hesablayın.

Baxmayaraq ki, ötənilki qəbul imtahanlarındakı test suallarının ictimaiyyətə açıqlanmasından artıq 7 ay keçir və müəllimlərin əksəriyyəti onlarla tanışdır, hətta yetirmələri imtahan vermiş müəllimlər imtahandan dərhal sonra şagirdlərinin düz yazıb-yazmadıqlarını müəyyənləşdirmək üçün testləri həll ediblər, habelə eksperimentə cəlb etdiyimiz pedaqoqların 90 faizi indi də repetitorluqla məşğuldur və hərəsi ən azı 5-10 şagird hazırlaşdırır, yalnız 2 müəllim tapşırıqları qəbul imtahanlarında 1 sual üçün nəzərdə tutulmuş vaxt ərzində (1,5 dəqiqə) yerinə yetirə bildi. Onların əksəriyyəti iki misalın həllinə 10-17 dəqiqə intervalında vaxt sərf etdi. 2 müəllim isə ümumiyyətlə misalları həll edə bilmədi.

Onu da qeyd edək ki, müəllimlərin bəzisi misalları eyni qaydada həll etsələr də, bir neçəsinin həll üsulu tamamilə fərqlənirdi. Nəticələr də tam eyniyyət təşkil etmirdi. Yaranmış mübahisəli vəziyyətdə misalları onların hansının düz, hansının isə səhv həll etdiyini müəyyənləşdirmək çətin idi. Təbii ki, bizim müəllimlərin səviyyəsini yoxlamaq niyyətimiz olmadığından nə o cavabları düzgün variantla tutuşdurmağa, nə də hansısa bir mütəxəssisə verib məsələyə aydınlıq gətirilməsinə ehtiyac görmədik. Bizi maraqlandıran fakt ortada idi: müəllimlərin əksəriyyəti misalların həllinə nəzərdə tutulandan xeyli çox vaxt sərf etmişdi.

Hələ üstəlik bəzi müəllimlər təklif olunan misalları qısa yolla həll etsələr də, bəziləri uzun-uzadı riyazi əməliyyatlar apararaq verilən 1 vərəq ağ kağızdan əlavə bir neçəsindən də istifadə etmişdilər. Halbuki qəbul imtahanı verən abituriyentin buna imkanı olmur, ona imtahana boş vərəq aparmağa icazə verilmir. O, misalı ancaq test kitabçasındakı ağ sahədə həll etməlidir.

Sonda onu da bildirək ki, test tapşırıqlarını həll edən müəllimlərin demək olar ki, hamısı onların çətin olduğunu və çox vaxt apardığını qeyd etmişdilər. Bir müəllimin qeydləri isə bu baxımdan xüsusilə diqqəti cəlb edirdi. Həmin qeydi olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

"I.Bu cür çalışmalara (söhbət I çalışmadan gedir - red.) şagirdlərin çox hissəsi adət etməyib. Şagirdlərin məntiqi duyumu da əsasdır. Xüsusi hazırlığı olmayan şagirdlərin az bir hissəsi bu çalışmanı yerinə yetirə bilər. Vaxt baxımından da bu çalışmanı 3 dəqiqəyə yerinə yetirmək olmaz.

II.çalışma ilə (İkinci çalışma - red.) şagirdlər tanışdır. Ancaq uzun əməliyyatlar tələb edir. Vaxt çatışmazlığı hiss olunur. 5 dəqiqəyə ancaq həll etmək olar. İmtahanın gətirdiyi daxili narahatlığı da nəzərə alsaq, əlavə gərginlik yaradır. Test tapşırıqları baxımından verilməsini düzgün hesab etmirəm".

Bütün bunlar ötənilki test suallarının çətinlik dərəcəsinin artırıldığını deyənlərin sözlərində həqiqət olduğunu söyləməyə əsas verir.  

Y.ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Fevral 2010 - 07
Prezident İlham Əliyev Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbində olub
 

Ötənilki test sualları müəllimlər üçün də çətin oldu

 

Bu il 25 məktəbin inşası başa çatdırılacaq

 
Təlim kurslarının 2-ci mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar verildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənildi
 
Mütəxəssislər tarix fənni üzrə test suallarının da mürəkkəb olduğunu bildirirlər
 
"Uğurlarıma görə müəllimlərimə borcluyam"
 
Dünya universitetlər: Kyoto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov