Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Fevral 2010 - 07

 
Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənildi
 

Fevralın 13-də Təhsil Nazirliyində Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənilib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Monitorinq və qiymətləndirmə şöbəsinin işinin bütün təhsil ictimaiyyəti üçün maraqlı olduğunu qeyd edib və ayrı-ayrı şöbələrin fəaliyyəti barədə vaxtaşırı dolğun məlumatlar verilməsinin zəruriliyini diqqətə çatdırıb.

Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva şöbənin 5 illik fəaliyyəti ilə bağlı hesabat-təqdimatla çıxış edib. 2004-cü ildən fəaliyyətə başlamış Monitorinq və qiymətləndirmə şöbəsinin əsas məqsədinin yeni qiymətləndirmə sisteminin işlənib hazırlanması olduğunu nəzərə çatdıran Təranə Hacıyeva yeni qiymətləndirmə sistemini həyata keçirmək üçün normativ-hüquqi sənədlərin hazırlanması, ölkədə şagird nailiyyətlərinin beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsinin təmin olunması, qiymətləndirmə və təhsil siyasətində müasir yanaşmaların tətbiqi və inkişaf etdirilməsi, qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi və digər mühüm məsələlərdən söz açıb. Şöbənin fəaliyyət planında nəzərdə tutulmuş əsas müddəalardan bəhs edən T.Hacıyeva 2004-2005-ci tədris ilində beynəlxalq qiymətləndirmə sahəsində görülən işlər barədə fikirlərini bildirib.

Şöbə müdiri ilk dəfə 2005-2006-cı dərs ilində Xətai və İmişli rayonlarının məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının keçirilməsi, 172 məktəbin 5011 şagirdinin iştirak etdiyi beynəlxalq qiymətləndirmənin aparılması məsələlərinə toxunub. 2006-2007-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının Bakı şəhərinin Xətai, Səbail rayonlarını, Təhsil Nazirliyinə tabe olan məktəbləri, Sumqayıt şəhərini və İmişli rayonunu əhatə etdiyini söyləyən Təranə Hacıyeva imtahanlarda iştirak edən 11866 şagirddən 10865-nin, yəni 91,56 faizinin müsbət qiymət aldığını vurğulayıb.

Ötən il respublikanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərinin şagirdləri, o cümlədən, əvvəlki dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxslər də əhatə olunmaqla, orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada  keçirildiyini diqqətə çatdıran Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri onu da bildirib ki, qazanılan təcrübə bu istiqamətdəki işlərin gələcəkdə daha yaxşı təşkilinə yol açır.

Milli və beynəlxalq qiymətləndirmə sahəsində həyata keçirilən tədbirlərin ilkin nəticələrindən söz açan Təranə Hacıyeva onu da qeyd edib ki, bütün bunların əsas qayəsi ölkənin təhsil sisteminin səviyyəsini öyrənmək və nəticələrdən asılı olaraq təhsildə planlaşdırma və proqnozlaşdırmanı  müəyyənləşdirməkdən ibarətdir.

Azərbaycanda təhsil islahatlarının uğurla nəticələnməsi üçün mütərəqqi yeniliklərin tətbiqinin əhəmiyyətinə toxunan təhsil naziri Misir Mərdanov bu baxımdan beynəlxalq və milli qiymətləndirmə sistemlərinin səmərəli tətbiqinə diqqətin artırılmasını gərəkli hesab etdiyini bildirib. Nazir onu da qeyd edib ki, bu barədə ölkənin təhsil ictimaiyyətində daha aydın təsəvvürlər yaradılması üçün müvafiq tədbirlərə diqqət artırılmalı, bu istiqamətdə zəruri tədqiqatların aparılması təmin olunmalıdır.

Sonda tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib və müvafiq təkliflər səsləndirilib.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Fevral 2010 - 07
Prezident İlham Əliyev Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbində olub
 

Ötənilki test sualları müəllimlər üçün də çətin oldu

 

Bu il 25 məktəbin inşası başa çatdırılacaq

 
Təlim kurslarının 2-ci mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar verildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənildi
 
Mütəxəssislər tarix fənni üzrə test suallarının da mürəkkəb olduğunu bildirirlər
 
"Uğurlarıma görə müəllimlərimə borcluyam"
 
Dünya universitetlər: Kyoto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov