Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Fevral 2010 - 07

 
"Uğurlarıma görə müəllimlərimə borcluyam"
 

Beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil etmək hər bir azərbaycanlı gəncin arzusudur. Bu arzunu reallaşdırmaq üçün gənclərimizdə yüksək savad və bacarığın olması isə vacib amillərdəndir.

Azərbaycanımızı elm sahəsində beynəlxalq olimpiadalarda uğurla təmsil edənlərdən biri də  Sənan Eminovdur. O, 1987-ci ildə Bərdə rayonunda dünyaya göz açıb. Orta məktəbə Bərdədə qədəm qoyan Sənan sonra təhsilini Mingəçevir özəl Türk Liseyində başa vurub. Hələ məktəbdə oxuyarkən kimya fənninə olan həvəsi onu bu elmin sirlərinə dərindən yiyələnməyə sövq edib. Elə bu həvəs də Sənanın gələcəkdə böyük kimyaçı olmasına, beynəlxalq olimpiadalarda uğur qazanmasına stimul verib.

Sənan ilk uğurunu 2003-cü ildə Yunanıstanda keçirilən beynəlxalq kimya olimpiadasında əldə edib. O, həmin olimpiadada ölkəmizə bürünc medal qazandırıb. 2004-cü ildə Almaniyada keçirilən beynəlxalq kimya olimpiadasında isə daha da irəli gedərək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala sahib çıxıb. Həmyerlimiz 2005-ci ildə Tayvanda keçirilən olimpiadada yenidən qızıl medal qazanaraq üçrəngli bayrağımızı yüksəklərə qaldırmış, himnimizi səsləndirmişdir. Bütün bu uğurlardan sonra dünyanın bir çox tanınmış universitetləri Sənanı öz təhsil ocaqlarında oxumağa dəvət edib. Lakin Sənan Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul olunmuş, I kursu bitirdikdən sonra təhsilini Almaniyanın  Beynəlxalq Bremen Universitetində davam etdirib. Universitetdə də öz çalışqanlığı və mübarizliyi ilə seçilən Sənan bakalavr pilləsini bitirdikdən sonra magistraturanı oxumadan birbaşa doktoranturaya qəbul edilib. Hazırda həmyerlimiz Beynəlxalq Bremen Universitetinin doktorantıdır.

Sənanın dediklərindən: Hər bir gənc kimi mənim də arzum hər hansı bir sahəni mükəmməl öyrənmək və bu sahədə respublikamıza şərəflə xidmət etməkdir. Orta məktəbdə oxuyarkən həmişə fikirləşirdim ki, hansı sahədə ölkəmizə daha çox fayda verə bilərəm. Həmin vaxt qərara gəldim ki, kimya sahəsində daha çox dəyərli ola bilərəm. çünki kimya gündən-günə inkişaf edən neft sənayemizdə aparıcı yer tutur. Biz indi çalışmalıyıq ki, neft sənayesini daha da mükəmməl inkişaf etdirək. Mənə elə gəlir ki, peşəsindən asılı olmayaraq hər bir şəxs ölkəsinin inkişafında az da olsa, fayda verməyə çalışmalıdır.

Olimpiadalarda respublikamızı  təmsil edərkən çox həyəcanlı idim.   İndi qürur hissi keçirirəm ki, ölkəmizi layiqli təmsil etmişəm.  Bu uğurlarıma görə professor  Vaqif Abbasov və Mütəllim Abbasov olmaqla bütün müəllimlərimə borcluyam. Düşünürəm ki, bu, təkcə mənim uğurum deyil, ümumilikdə Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin uğurudur. Fürsətdən istifadə edib bütün gənclərə üzümü tutaraq deyirəm ki, dövlətimizin başçısı cənab İlham Əliyevin bizə göstərdiyi qayğıdan, diqqətdən faydalansınlar. çünki bu dövlətin gələcəyi biz gənclərin üzərində qurulur. Biz bu məsuliyyəti dərk edərək gələcəyə doğru inamla addımlayırıq.  

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Fevral 2010 - 07
Prezident İlham Əliyev Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbində olub
 

Ötənilki test sualları müəllimlər üçün də çətin oldu

 

Bu il 25 məktəbin inşası başa çatdırılacaq

 
Təlim kurslarının 2-ci mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar verildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənildi
 
Mütəxəssislər tarix fənni üzrə test suallarının da mürəkkəb olduğunu bildirirlər
 
"Uğurlarıma görə müəllimlərimə borcluyam"
 
Dünya universitetlər: Kyoto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov