Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Fevral 2010 - 08

 

Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında

 

Müasir dünyada yaxşı ali məktəb elmi tədqiqatlara geniş yer verməklə, maddi-texniki bazasını və kadr potensialını daim inkişaf etdirməklə, keyfiyyətli təhsil verməklə tanınır. Çağdaş dünyamızda ali məktəb də müasir, modern olmalıdır, dünyanın inkişaf meyillərini nəzərə almalı, əslində bu inkişafın hazırlanmasında iştirak etməli, dünyada görünməlidir. Bir ali məktəbin adı-sanı onun beynəlxalq aləmdə tanınması, dünya universitetləri, şirkətləri, və mediası tərəfindən bəyənilməsi ilə birbaşa bağlıdır. Müasir tanınma elektron dünyada, İnternetdə, çap olunmuş əsərlərin dünyaya yayılmasında özünü göstərir. Kölgə adamın boyu ilə mütənasib olduğu kimi, ali məktəbin gücü və səviyyəsi də onun dünyaya düşən kölgəsində, onun gördüyü işlərin dünyada tanınmasında özünü göstərir. Bir ali məktəb haqqında uzaqlarda, elm və təhsil dairələrində söhbət getmirsə, deməli, orada görülən işlər dünya ilə ayaqlaşmır, o ali məktəb müəyyən mənada dünyaya lazım deyil. Ali məktəblərimizin müasirləşməsi yavaş getdiyi üçün onlar az tanınır və müxtəlif kriteriyalar əsasında dünyada aparılan çoxsaylı reytinq araşdırmalarında Azərbaycan ali məktəbləri görünmür.

Azərbaycanın müstəqillik əldə etdiyi dövr dünyada informasiya texnologiyalarının inqilabi dəyişikliklərə uğradığı və qloballaşmanın aparıcı gücə çevrildiyi dövrə təsadüf edir. Az da olsa, qlobal gücə malik olmaq səviyyə ölçüsünə çevrildi.

Dövlət ali təhsili ilə yanaşı, özəl ali məktəblərin yaranması ali təhsilə bir rəqabət, yarış xarakteri gətirdi. Yeni yaranmış özəl ali məktəblər uzun illər Azərbaycanda olan yüksək kadr potensialına malik dövlət ali məktəbləri ilə bəzi kriteriyalar üzrə (məsələn, ştatda olan müəllimlərin sayı, elmi məqalələrin sayı) rəqabət aparmaqda təbii çətinlik çəksələr də, bəzi özəl universitetlər bir sıra məsələlərdə - keyfiyyətli təhsil, müasir tədris proqramları, müasir təhsil modellərinin tətbiqi, dil siyasəti, beynəlxalq əlaqələrin inkişafı, informasiya texnologiyalarının tətbiqi kimi məsələlərdə daha fəal olub daha müasir görünürlər.

2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı professor Ramon y Cajal tərəfindən yaradılmışdır.

Əvvəlki illər 15-17 min ali məktəb araşdırılır və onlardan ən yaxşı 5 mini elan olunurdu. 2010-cu ilin əvvəlində isə 18 min ali məktəb öyrənildi və onlardan 8 min ən yaxşısı elan olundu. Universitetlərin qiymətləndirilməsi dörd nominasiya üzrə aparılmışdır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.

2010-cu il Webometrics reytinqində dünyanın 8 min ən yaxşı universiteti sırasına Azərbaycandan 2 universitet - Qafqaz və Xəzər universitetləri daxil edilmişlər.  

Hamlet İSAXANLI,
Xəzər Universitetinin rektoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Fevral 2010 - 08
Bu gün Xocalı soyqırımının on səkkizinci ildönümüdür
 
Kaliforniyanın Berkli Universitetində Xocalı faciəsinin on səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib
 

Xocalı faciəsinin on səkkizinci  ildönümü təhsil müəssisələrində qeyd olundu

 
"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə
 
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb
 
Amerikalı qonaqlar ADU-da olublar
 
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans
 
Muğam ustadları ilə görüş
 
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi
 
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu
 
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında
 
"Poliqlot" qəzetinin 10 illik yubileyi qeyd olundu
 
"Müəllim hazırlığı: Türkiyə təcrübəsi" Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur
 
"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər
 
Azərbaycan Müəllimlər İnstitutunda konfrans
 
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"
 
Təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti
 
"Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda respublika seminarı keçirildi
 
Qafqaz Universitetində seminar
 
Ana dilim, yaşa, dilim!
 
Bu il Göygöl rayonunda üç yeni məktəb binası tikiləcək
 
Yeganənin ecazkar dünyası
 
Yubilyar şair məktəbin qonağı olub
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 
Dünya universitetləri: Mançester Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov