Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Fevral 2010 - 08

 

"Müəllim hazırlığı: Türkiyə təcrübəsi" Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur

 

Buket Akkoyunlu 1963-cü il fevralın 13-də Türkiyənin Ankara şəhərində anadan olub. Bakalavr dərəcəsini 1983-cü ildə  Hacəttəpə Universitetinin sosiologiya  bölümündə, magistr  dərəcəsini isə 1986-cı ildə  təhsildə  proqramlama  bölümündə  alıb. 1988-1992-ci illərdə  İngiltərənin Leicester Universitetində "Təhsildə İKT-nin istifadə edilməsi"  mövzusunda dissertasiya müdafiə edib. 1993-1995-ci illərdə Türkiyə Respublikasının  Təhsil Nazirliyində təhsil texnologiyaları  üzrə müşavir  işləyib, müəllim hazırlanması proqramlarının iştirakçısı olub. 2004-2006-cı illərdə ibtidai  məktəb səviyyəsində  İKT təhsil proqramı və I-VIII siniflər üzrə  İKT  ilə bağlı  şagird və müəllimlər üçün dərsliklər hazırlayan 4 nəfərlik komissiyanın üzvü kimi fəaliyyət göstərib. Professor Buket Akkoyunlu  Hacəttəpə Universitetinin Boloniya Təhsil Komissiyası, Yüksək  Öyrətim  Kurumu (Ali Təhsil  Şurası, YÖK) - Milli Müəllim Yetişdirmə Komissiyası və Universitetlərarası  Qurul-Dosentlik  Attestasiya Ali Qurulunun üzvüdür. 2006-cı ildən  Hacəttəpə Universitetinin  pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışır. 1998-ci ildən etibarən Azərbaycan-Türkiyə arasında  həyata keçirilən  təhsil layihələrində yaxından iştirak edir. 300-ə qədər elmi  məqalənin və 4 kitabın müəllifidir.

Hazırda ölkəmizdə müəllim hazırlığı, pedaqoji kadrların hazırlıq səviyyəsi, onların peşəkarlıq və bacarıqlarına yenidən baxılması diqqətdə saxlanılan məsələlərdəndir. Təhsil Nazirliyinin  həmin istiqamətdə həyata keçirdiyi məqsədyönlü tədbirlər,  dünyanın inkişaf etmiş ölkələrinin bununla bağlı təcrübəsinin mütəxəssislərimiz tərəfindən öyrənilməsi, vaxtaşırı respublikamızda səfərdə olan xarici həmkarları ilə təcrübə mübadiləsi aparmaları öz müsbət nəticəsini verməkdədir. Qeyd etdiyimiz kimi, müəllim hazırlığı, ixtisasartırma təhsili ilə bağlı dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinin öyrənilməsi, ondan Azərbaycan reallıqları nəzərə alınmaqla səmərəli istifadə bu sahənin  daha  da təkmilləşməsinə,  yeniləşməsinə və inkişafına kömək edən amillərdən  biri sayıla bilər.

Elə bu yaxınlarda  Bakıda növbəti dəfə  səfərdə olan, artıq neçə illərdir ki, ölkəmizin təhsil mütəxəssisləri ilə yaxından əməkdaşlıq edən  Türkiyə Respublikası Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor  Buket Akkoyunlu ilə görüşümüzün əsas mövzusu da qardaş ölkədə   müəllim hazırlığı, ixtisasartırma təhsili və  təhsillə bağlı digər məsələlərin  necə həyata keçirilməsi ilə bağlı oldu. Pofessor Buket Akkoyunlunun qəzetimizə verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

- Buket xanım , Türkiyədə  ixtisasartırma təhsili ilə məşğul olan xüsusi qurum varmı?  Müəllimlərin ixtisasının artırılması necə həyata keçirilir? Ümumiyyətlə, müəllimlər neçə ildən bir ixtisasartırmadan keçməlidir?

- Məlumat üçün bildirim ki, müəllimlərin ixtisasının artırılması  Türkiyənin Milli Təhsil Nazirliyinin nəzdindəki İxtisasartırma Tədris İdarəsi (Hizmet İçi Eyitim Dairə Başqanlığı) tərəfindən həyata keçirilir. Adıçəkilən qurum nazirlik kadrlarının ölkə daxilində və ya xarici ölkələrdə ixtisasartırma yolu və digər üsullarla hazırlanması ilə əlaqədar  gərəkli bütün  fəaliyyət və vəzifələri yerinə yetirir.  İxtisasartırma Tədris İdarəsi müəllimlərin ixtisasının artırılması ilə bağlı hər il üçün plan və proqram hazırlayır. Bu zaman nə qədər müəllimin hansı ixtisaslar üzrə təhsil alması müəyyənləşdirilir. Qeyd edim ki, bizdə müəllimlərin sayı 900 000-dir. Onların hamısının ixtisasının artırılması, təbii,  çox çətin bir işdir.  Ölkəmizdə radikal dəyişikliklər olduğü zaman bizim təhsil  proqramlarında da  bir sıra yeniliklər öz əksini tapdı. 1999-cu ildə Türkiyədə kompüterləşmə başladı. Türkiyə orta məktəblərinin kompüterlərlə tam təchizatından sonra  şagirdlərə bununla bağlı mükəmməl bilik öyrədə biləcək  müəllimlərə  ciddi ehtiyac duyuldu.10-12 il ərzində bütün müəllimlər kompüter kurslarından keçdi. 2004-cü ildə universitetlərin  pedaqoji fakültələrinin proqramları dəyişdi, bura kompüter dərsləri salındı. 2004-cü ildə həmçinin  ibtidai təhsil (ilk öyrətim) proqramları, tədris planları dəyişərək müasir dövrün tələblərinə uyğun şəkildə hazırlandı. İxtisasartırma Tədris İdarəsi bununla bağlı bir sıra işlər həyata keçirməyə başladı. Belə ki, 2005-ci ildən etibarən adıçəkilən idarə ölkənin  tanınmış universitetləri ilə birlikdə razılığa gələrək  ibtidai sinif müəllimlərini  bir yerə topladı. Pedaqoji fakültələrin müəllimləri təhsil işçilərini yeni tədris proqram və planlar,  təhsildə baş verən yeniliklər, müasir təlim metodları, dərs materiallarının hazırlanması, təhsildə qiymətləndirmə meyarları, təhsilin məzmunu, fəlsəfəsi, mahiyyəti  və digər məsələlər barədə məlumatlandıraraq onlara bilgilər verdilər. Müəllimlər təhsildə baş verən ən son yeniliklərdən xəbərdar olmaqla yanaşı, dərslərdə müasir təlim metodlarından uğurla istifadə etməyi də öyrəndilər. Onu da bildirim ki, bizdə həmçinin ehtiyaclar nəzərə alınmaqla hər məktəbin özündə ixtisasartırma kursları təşkil olunur. Orta məktəblərdə tədris ilinin sonunda-15 iyunda şagirdlər yay tətilinə buraxıldıqdan sonra müəllimlər burada növbəti aya qədər  təşkil olunan ixtisasartırma kurslarında  bilik səviyyələrini, peşəkarlıqlarını artırırlar. Hər bir təhsil müəssisəsinin rəhbəri hansı fənn müəllimlərinin ixtisasartırma kurslarından keçəcəyini əvvəlcədən müəyyənləşdirir, həmin  zaman dediyim kimi, ehtiyaclar nəzərə alınır. Məsələn, məktəbin rəhbəri müəyyənləşdirir ki, bu il onun informatika  və yaxud ingilis dili fənlərini tədris edən müəllimlərinin ixtisasartırmadan keçməsi zəruridir. Direktor bununla bağlı il ərzində  proqram hazırlayır və görülən işlər barəsində İxtisasartırma Tədris İdarəsinə məlumat verir. İdarənin əməkdaşlıq etdiyi pedaqoji universitetlərdən müəllimlər həmin məktəblərdə  bu kursları aparırlar.  Kurslar sentyabrın 1-dən 15-dək yenidən təşkil olunur. Bundan əlavə,  İxtisasartırma Tədris İdarəsi  özü də ehtiyaca görə Türkiyənin tanınmış mərkəzlərində iyul-avqust aylarında  məktəb rəhbərləri tərəfindən müəyyənləşdirilərək göndərilən fənn müəllimlərini  ixtisasartırma kurslarından keçirir. Bu, hər il təşkil edilir. Gördüyünüz  kimi, bizdə İxtisasartırma Tədris İdarəsi ilə pedaqoji universitetlərin sıx əməkdaşlığı nəticəsində ixtisasartırma təhsili öz uğurlu həllini tapıb.

- Müəllimlərin işə qəbulu necə həyata keçirilir? Hansı  qurumlar bu prosesi tənzimləyir və hər tədris ilində neçə dəfə belə qəbul aparılır?

- Bizim universitetimizi hər il yüzlərlə gənc bitirir. Ancaq bu o demək deyil ki, gənclərin hamısı müəllim olacaq. Türkiyədə universitetləri bitirən məzunlar müəllimlik hüququ qazanmaq üçün  Öyrənci Seçmə Yerləşdirmə Mərkəzi  (ÖYSM) tərəfindən keçirilən  test imtahanında iştirak etməlidir. Test imtahanında məzunların  müəllimliyə xas bütün keyfiyyətləri, təhsil aldığı illər ərzində əldə etdiyi bilikləri, yeni metodlardan istifadə etmək bacarığı yoxlanılır. Bütün bunları  və  təhsillə bağlı digər məsələləri əhatə edən suallara cavab verən  gənclər 100 baldan ən azı 70-ni toplamalıdırlar.  Əgər tələb olunan balı toplayarsa, müəllim olmaq  hüququ qazanır. Bundan sonra həmin gənclər Türkiyənin Milli Təhsil Nazirliyinə işlə təmin olunmaq, həmçinin   harada işləmək istədikləri barədə yazılı şəkildə müraciət edirlər. Milli Təhsil Nazirliyi də, öz növbəsində, ölkənin təhsil müəssisələrinin fənlər üzrə ehtiyacını  öyrənərək onların sayını göstərməklə  siyahını açıqlayır. Bütün bu işlər kompüter vasitəsilə həyata keçirilir. Onu da  bildirim ki, test imtahanında tələb olunan balı toplamaq  hələ heç də  həmin il işlə təmin olunmaq demək deyil. Ola bilər ki, bir gənc  imtahanda daha yüksək bal toplayaraq az bal toplayan gəncin işləmək arzusunda olduğu məktəbdə  müəllim kimi çalışmaq hüququ qazansın və yaxud  hər hansı bir məktəbdə o fənn üzrə  müəllimə həmin il az tələbat olsun. Elə məktəblər də var ki, həmin fənn üzrə müəllimə o il  heç  ehtiyac olmur. İşlə təmin edilməyən müəllimlər 1il gözləməli olurlar. Növbəti il onlar test imtahanında iştirak etmədən  yenidən işləmək üçün Milli Təhsil Nazirliyinə müraciət edə bilərlər.  Test imtahanının nəticəsi 2 il etibarlı sayılır. Ümumiyyətlə, müəllim olmaq hüququnu qazanmaq üçün  Öyrənci Seçmə Yerləşdirmə Mərkəzi tərəfindən  ildə 2 dəfə - noyabr və may aylarında test imtahanı olur. Müəllimlərin işə qəbulu 2 cür həyata keçirilir: dövlət məmuru ( kadrolu) və müqavilə əsasında (sözləşməli).  Bunu isə Milli Təhsil Nazirliyi müəyyənləşdirir. Türkiyədə məktəbəqədər təhsil müəssisələrində çalışmaq uçun tərbiyəçilərə,  məktəblərdə  ingilis dili, informatika müəllimlərinə ehtiyac olduğundan onlar yerlərdə dövlət məmuru kimi işə götürülürlər. Digər fənlər üzrə müəllimlərin  dövlət məmuru kimi və ya müqavilə əsasında işə götürülməsi isə təbii ki, yenə də həmin fənlərə ehtiyacın nə dərəcədə olmasından asılıdır. Dövlət məmuru kimi  və ya  müqavilə əsasında işləyəcək  gənclərin hamısı eyni test imtahanında iştirak  edirlər və şərtlər hamı üçün birdir.

- Ümumi  təhsilin strukturu təhsil səviyyələri üzrə hansı sinifləri əhatə edir?

- Türkiyədə məktəbəqədər təhsil müəssisələri  və orta məktəblərdəki uşaqların sayı 15 352 000-dir. Həmin təhsil müəssisələrində müəllim sayı 679 373 nəfərdir. Bu 2008-2009-cu ilin statistikasıdır.   3-6 yaş məktəbəqədər dövr hesab olunur. I-VIII siniflər ibtidai (ilk öyrətim), IX-XII yuxarı siniflər (orta öyrətim), ali təhsil isə yüksək öyrətim adlanır. Ümumi təhsil məktəblərində müəllim-şagird nisbəti 1:44-dür. Siniflərdə şagird sıxlığı 50-55 olub, 70-75-ə çıxan yerlər də vardır.   

- Buket  xanım, pedaqoji təcrübə hansı kurslarda və hansı həcmdə keçirilir?    

- Məlumat  üçün bildirim ki, 4 il ərzində  tələbələrimiz  3 (140 saat) pedaqoji təcrübə keçirlər. Tələbələr   I kursun   2-ci   semestrində   hər həftə  (cəmi 14 həftə ) 2 saat  məktəbdə, 2 saat universitetdə təcrübə keçirlər.  2-ci təcrübə III kursun 2-ci semestrində olur. Tələbələr hər həftə  (cəmi 14 həftə)  hərəsi  2 saat olmaqla  məktəbdə və universitetdə  təcrübə keçirlər. Gənclər  3-cü təcrübəni  IV kursun  2-ci  semestrində hər həftə  (cəmi 14 həftə) 6 saat  məktəbdə, 2 saat universitetdə keçirir. Pedaqoji təcrübədə olarkən tələbələrin hamısı  hər həftə nə işlər görəcəkləri ilə bağlı plan tərtib edirlər. Plana uyğun həftə ərzində  öz fəaliyyətlərini qurur və nəticə olaraq görülən işlər barədə hesabat hazırlayıb  təcrübə rəhbərinə  təqdim edirlər. Təcrübə rəhbəri  hesabatla tanış olduqdan sonra tələbənin fəaliyyətinə qiymət verir, bununla bağlı öz fikir və təkliflərini söyləyir.  Hər kursun axırında isə  tələbələr  təcrübə vaxtı  hazırladıqları həftəlik hesabatları toplayaraq  onları təcrübə rəhbərinə təqdim edirlər. Pedaqoji təcrübə keçən tələbələrə daim nəzarət olunur.Təcrübə rəhbəri  məktəbin direktoru, oradakı müəllimlərlə sıx əlaqə saxlayaraq  tələbələrin dərslərdə iştirakı, hazırlıq səviyyəsi barədə mütəmadi olaraq onların  fikirlərini öyrənir.Tələbələr  bu hesabatları hazırlayarkən təcrübə rəhbərinin məsləhət  və təkliflərini nəzərə alır.  Artıq neçə illərdir ki, bizim birlikdə  əməkdaşlıq etdiyimiz məktəblər var. Müəllim hazırlığı ilə məşğul olan universitetlər pedaqoji təcrübə keçmək üçün tələbələrini istədikləri hər hansı  məktəblərə göndərməyi qabaqcadan  müəyyənləşdirərək bu təhsil ocaqlarının  siyahısını  Milli  Təhsil Nazirliyinə  təqdim edirlər.

- Pedaqoji fakültələrdə  fənnin tədrisi üzrə hazırlıq necə aparılır?

- Bizim universitetlərin pedaqoji fakültələrində tələbələr  hər bir fəndən   müəyyən siniflər üzrə hazırlanır. Məsələn, I-VIII və  IX-XII siniflər üzrə  müəllim hazırlığı ayrı aparılır. I-VIII siniflərdə dərs deyən  müəllim yuxarı siniflərdə  şagirdlərlə məşğul  ola bilməz. Çünki hər bir müəllim seçdiyi ixtisasdan  dərs deyəcəyi siniflər üzrə bilik alır, ixtisaslaşır,  o siniflərdə oxuyan  uşaqların  yaş psixologiyasını öyrənir. Onların tədris  proqramları  ayrı-ayrı siniflər üzrə  hazırlanır.

- Müəllim hazırlığında "Təhsilin əsasları"  fənni tədris olunurmu? Onun  əsas məzmunu nədən ibarətdir?

- Bizdə həmin fənn "Öyrətmənlik məsləyinə giriş" və ya  "Eyitimə  giriş" adlanır. Fənnin tədrisində  10 əsas mövzu öz əksini tapır.Belə ki, burada  təhsilin fəlsəfəsi,  müəllimlik öyrədilir,   müəllimliyə  xas olan keyfiyyətlər, məktəb direktoruna verilən tələblər açıqlanır, proqram tərtibi,  dərs planlarının hazırlanması, uşaqlarla işləmək bacarığı, qiymətləndirmə meyarları  göstərilir,  insanlarla ünsiyyət, təşkilatçılıq  və digər məsələlər barədə məlumatlar verilir.  Bundan əlavə,  tələbələrimizə  "Rəhbərlik psixoloji danışma"  dərsi də  keçilir ki, burada da məktəb direktorunun bilməsi vacib olan bir  sıra məsələlərdən söz açılır.

- Müəllimlər və məktəb rəhbərləri üçün   yaş həddi varmı? Onların təqaüdə  göndərilməsi  necə həyata keçirilir?

-  Türkiyədə bütün sahələrdə çalışanlar, o cümlədən müəllimlər  də 65 yaşa çatdıqda  təqaüdə çıxırlar. Bu zorunlu əməklilik sayılır və təqaüdə çıxanlar işləyə bilməz. Təkcə universitetlərdə çalışan müəllimlər 67 yaşında təqaüdə çıxa bilərlər. Bu isə orada dərs deyən müəllimlərin sayının çox az olması ilə əlaqədardır.

- Buket xanım, sonuncu sualımız sizin Azərbaycandakı fəaliyyətinizlə bağlıdır. Bilirik ki , Bakıya tez- tez səfərləriniz olur. Bizim təhsil mütəxəssisləri ilə sıx əməkdaşlıq edirsiniz,alim və pedaqoqlarımızla səmimi münasibətiniz var. Bu barədə  bir  qədər  məlumat verməyinizi xahiş edirik. 

- Düz qeyd etdiniz. Mənim Bakıya səfərlərim tez- tez olur. 1998-ci ildən etibarən Azərbaycan- Türkiyə arasında həyata keçirilən təhsillə bağlı layihələrdə yaxından iştirak edirəm.  Bu, mənim üçün olduqca xoşdur. Çalışdığım Hacəttəpə Universiteti ilə  Azərbaycan Dövlət Pedaqoji Universiteti  arasında  21 oktyabr 2006-cı ildə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Hər iki universitet arasında işgüzar əməkdaşlıq mövcuddur, ali təhsil ocaqları birgə  bir sıra işlər həyata keçirirlər.  Sizin  olduqca savadlı,  peşəkar, elmi potensialı güclü alim və pedaqoqlarınız,  təhsili gözəl bilən mütəxəssisləriniz var. Onu da qeyd edim ki,  son illər   ölkənizin  təhsili çox uğurla inkişaf edir. Bakıya hər gəlişimdə  mən bunun bir daha şahidi oluram. Azərbaycan Respublikası Təhsil Nazirliyinin ölkənin təhsil sistemində gördüyü işləri, həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirirəm.

- Buket xanım, suallarımızı belə ətraflı cavablandırdığınıza  görə sizə öz minnətdarlığımızı bildiririk.  

Müsahibəni apardı:
Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Fevral 2010 - 08
Bu gün Xocalı soyqırımının on səkkizinci ildönümüdür
 
Kaliforniyanın Berkli Universitetində Xocalı faciəsinin on səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib
 

Xocalı faciəsinin on səkkizinci  ildönümü təhsil müəssisələrində qeyd olundu

 
"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə
 
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb
 
Amerikalı qonaqlar ADU-da olublar
 
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans
 
Muğam ustadları ilə görüş
 
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi
 
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu
 
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında
 
"Poliqlot" qəzetinin 10 illik yubileyi qeyd olundu
 
"Müəllim hazırlığı: Türkiyə təcrübəsi" Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur
 
"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər
 
Azərbaycan Müəllimlər İnstitutunda konfrans
 
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"
 
Təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti
 
"Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda respublika seminarı keçirildi
 
Qafqaz Universitetində seminar
 
Ana dilim, yaşa, dilim!
 
Bu il Göygöl rayonunda üç yeni məktəb binası tikiləcək
 
Yeganənin ecazkar dünyası
 
Yubilyar şair məktəbin qonağı olub
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 
Dünya universitetləri: Mançester Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov