Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Fevral 2010 - 08

 

"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər

 

Məlum olduğu kimi son illər müəllim hazırlığı sahəsində aparılan islahatlar çərçivəsində bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlanması üçün yeni kurikulum tərtib edilmiş və onun respublikamızın üç ali pedaqoji təhsil müəssisəsində eksperiment şəklində tətbiqinə başlanılmışdır. Yeni kurikulumda praktik müəllim hazırlığını təmin edən fənlərin sayı artırılmış və müəllim hazırlığına yeni yanaşmaları əks etdirən "Təhsilin əsasları" adlı fənnin tədrisi planlaşdırılmışdır. Bu fənnin tətbiq edilməsi haqqında qərar Azərbaycanda müəllim hazırlığı məsələlərinin təhlilinə və müəllim hazırlığına dair müasir dünya təcrübəsinə əsaslanaraq qəbul edilmişdir. Artıq eksperiment şəklində tədrisinə başlanılmış "Təhsilin əsasları" fənnində nəzərdə tutulmuş məqsədlərə nail olunması, vəzifələrin yerinə yetirilməsi və təlim nəticələrinin əldə edilməsi üçün təlimin təşkili məsələləri də xüsusi əhəmiyyətə malikdir. Bununla əlaqədar olaraq bu məqalədə "Təhsilin əsasları" fənninin təliminin təşkilində nəzərə alınması  daha çox əhəmiyyətli hesab edilən bəzi məsələlər qeyd edilir və fənni tədris edən müəllimlər üçün metodik tövsiyələr verilir.

Fikrimizcə "Təhsilin əsasları" fənninin təlimin təşkilində aşağıdakı məsələlərə daha çox fikir verilməlidir. 

          Təlim metodlarında, fənnin məzmun və əsas istiqamət xəttində  rraktik biliyə, pedaqoji bacarıq və vərdişlərin formalaşdırılmasına üstünlük verilməsi.

          İrəliləmə amili. Müəllimlər diqqətlərini şəxsiyyətyönümlü tədris üzərində cəmləşdirməzdən əvvəl öyrənənlərin özlərinə də öyrənmə rrosesində olan şəxs kimi yanaşmalıdırlar.  Bir çox müəllimlər belə hesab edirlər ki, onlar yaxşı müəllimlərdir, çünki onlar müxtəlif metodlardan istifadə edirlər. Əlbəttə, müəllimlər müxtəlif metodlardan istifadə edə bilərlər. Lakin əgər istifadə edilən metodlar öyrənmə rrosesinə yenilik gətirmirsə, bu metoddan istifadə etmək lazım deyil. Müəllimlər tədricən öyrənmə prosesinə yenilik gətirməyən ənənəvi metodlardan əl çəkməli və mümkün qədər yeni metodlar axtarmalıdırlar. 

          Nəzərə almaq lazımdır ki, "Təhsilin əsasları" fənni sosioloji, rsixoloji, tarixi və fəlsəfi əsaslara deyil,  daha çox təhsilə, sinifdə baş verən proseslərə  istinadlanmalıdır.

          Məsləhətləşmə, qarşılıqlı əlaqə və müzakirə rroseslərinə həvəs yaradılması. Müəllimlər bir faktı unutmamalıdırlar ki, tələbələr gələcəkdə şagirdləri özləri öyrəndikləri metodlarla öyrətməyə meyil göstərəcəklər. Müəllimlər məsləhətləşmə, qarşılıqlı əlaqə, müzakirə etməklə müəyyən nümunələr yarada bilərlər. Nəticədə tələbələr sual vermək, tənqid etmək və s. üsullarla öyrənməyə çalışırlar və gələcəkdə də öz fəaliyyətlərində bu metodlardan istifadə etməyə səy göstərirlər.

          Öyrənənlərin başa düşməsinə kömək etmək müəllimlərin qarşısında duran ən vacib məsələlərdən biridir. Müəllimlər öyrənənlərə sadəcə olaraq fənn haqqında bilikləri ötürməklə deyil, biliklərin mahiyyətini başa düşməkdə kömək etməlidirlər. Öyrənənlərə izah edilməlidir ki, onlar əzbərçiliyə deyil, biliklərin mahiyyətini başa düşməyə səy göstərməlidirlər. Əgər öyrənənlərə başa düşməkdə köməklik göstərilməzsə, onlar öz biliklərini müstəqil şəkildə tətbiq etməkdə çətinlik çəkirlər və buna maraq göstərmirlər. Müəllimlər bu məsələlərə dair nümunələr hazırlamalıdırlar.

          Öyrənmə prosesində öyrənənlərə kömək etmək üçün digər tərəflərlə məsləhətləşmələrin ararılması. Məlumdur ki, təhsil prosesinə bir çox insanlar qoşulmuş olur. Öyrənmə prosesini daha səmərəli etmək üçün müəllimlər daim bu insanlarla məsləhətləşmələr  ararmalıdırlar. 

          Tədris rrosesinin inkişafının bir hissəsi kimi  eksreriment ararılması və bu rrosesin dəstəklənməsi. Ümumiyyətlə götürdükdə tədrisin keyfiyyətli olması və tədris prosesinin inkişaf etdirilməsi müəllimlərin arardığı eksrerimentlər sayəsində mümkün olur. Eksrerimentlər aparmaq heç də o demək deyildir ki, müəllimlər tədris prosesində hər hansı bir ekstremal fəaliyyət növü göstərməlidirlər. Sadəcə olaraq onlar öz işlərini digərləri ilə birgə müzakirə etməli, öyrənənlər haqqında müxtəlif məlumatlar torlamalı və müxtəlif yanaşma metodları axtarmağa cəhd etməlidirlər. Üaxşı olar ki, yeni ideya barəsində ilk əvvəl öyrənənlərin özləri ilə məsləhətləşmələr ararılsın.

          Tədris rrosesi zamanı yaranan çətinliklərin aradan qaldırılması. Müəllimlər tədris prosesində yaranan çətinlikləri aradan qaldırmaq üçün yollar axtarmalıdırlar. Bu barədə digər təcrübəli müəllimlərlə müzakirələrin ararılması da faydalı olar.

          İnklüziv təhsil yanaşmalarının tətbiq edilməsi. Tələbələrin irqindən, dini mənsubiyyətindən, mədəniyyətindən, etnik tərkibindən, cinsindən, əqli qüsurundan, sosial-iqtisadi məsələlərdən asılı olmayaraq hamı üçün inklüziv təhsil imkanları yaradılmalıdır. Tələbələr inklüziv təhsil yanaşmaları ilə bilavasitə auditoriyada əyani formada tanış olmalıdırlar.

          Müəllimlər başa düşməlidir ki, öyrənənlərin dəstəklənməsi sadəcə olaraq texniki məsələ deyil, etik məsələdir. Öyrənmə prosesində öyrənənlərə qayğı göstərmək müəllimlərin mənəvi borcudur.  Texniki yanaşmada müəyyən mövzu haqqında bilik verilir, öyrənmə və dərketmə məsələsinə bir o qədər də diqqət göstərilmir.

          Öyrənənlərdə özünüqiymətləndirmə və özləri haqqında mühakimə yürütmək hissinin formalaşdırılması.

          Öyrənənlərin öyrənmə rrosesinə dəstək olmaq üçün dərs rrosesində müxtəlif dəyişkən yanaşmalardan istifadə edilməsi. Keyfiyyətli tədris dəyişkən xarakterlidir və tədrisdə dəyişikliklər edilməsi yalnız dəyişikliklər naminə deyil, öyrənənlər üçün geniş imkanlar yaradılması məqsədilə edilməlidir.  

Müəllimlər üçün tövsiyələr.

          Tələbələrin qarşısında  dayanaraq  uzun müddət danışmayın. Bu şərtə əməl etməyiniz xüsusilə vacibdir. Müəyyən mövzuları şagirdlərə təqdim etməyə çox vaxt ayırmayın və şagirdlərdən də müəyyən mövzuları danışmaq üçün çox vaxt sərf etməklərini tələb etməyin.Üaxşı olar ki, onların eksreriment ararmasına və müstəqil düşünüb nəticə çıxarmasına şərait yaradasınız. Əgər onlar özləri  düşünüb müstəqil nəticə çıxararkən yanlışlıqlara yol verirlərsə, onlara  istiqamət verin və ya düşünüb nəticə çıxarmaq üçün digər bir mövzu təklif edin.

          Öyrənənlərlə yumşaq rəftar etməyin. Özləri düşünüb nəticə çıxarmaq üçün tənbəllik edən tələbələri heç vaxt qəbul etməyin və onlara başa salın ki, gələcəkdə yaxşı müəllim olmaq üçün onlar indidən düşünüb nəticə çıxarmaq vərdişləri əldə etməlidirlər.

          Heç vaxt başqasının işindən üzü köçürülmüş və redaktə edilməmiş yazılı işləri qəbul etməyin. Belə tələbələrdən bu işi yenidən etməyi xahiş edin. Əgər bu işə laqeyd yanaşsanız, tələbələr də öz gələcək fəaliyyətlərində sizin etdiyiniz kimi, laqeyd olacaqlar.

          Tələbələri qrur halında və yaxud digər üsullarla diskussiya ararmağa həvəsləndirin. Belə diskussiyalar nəticəsində tələbələr bir-birindən çox  şey öyrənə bilərlər. Yaxşı olar ki, tələbələr "təbii öyrənmə" forması hesab edilən  diskussiyalarda  həvəslə iştirak etməyə cəlb edilsinlər. Belə diskussiyalarda siz diskussiya mövzusunu kurikulumda nəzərdə tutulmuş mövzulara yönəltməyə cəhd etməlisiniz.  

Aydın KAZIMZADƏ,
Bakı Dövlət Universitetinin professoru,
fizika-riyaziyyat elmləri doktoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Fevral 2010 - 08
Bu gün Xocalı soyqırımının on səkkizinci ildönümüdür
 
Kaliforniyanın Berkli Universitetində Xocalı faciəsinin on səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib
 

Xocalı faciəsinin on səkkizinci  ildönümü təhsil müəssisələrində qeyd olundu

 
"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə
 
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb
 
Amerikalı qonaqlar ADU-da olublar
 
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans
 
Muğam ustadları ilə görüş
 
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi
 
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu
 
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında
 
"Poliqlot" qəzetinin 10 illik yubileyi qeyd olundu
 
"Müəllim hazırlığı: Türkiyə təcrübəsi" Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur
 
"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər
 
Azərbaycan Müəllimlər İnstitutunda konfrans
 
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"
 
Təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti
 
"Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda respublika seminarı keçirildi
 
Qafqaz Universitetində seminar
 
Ana dilim, yaşa, dilim!
 
Bu il Göygöl rayonunda üç yeni məktəb binası tikiləcək
 
Yeganənin ecazkar dünyası
 
Yubilyar şair məktəbin qonağı olub
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 
Dünya universitetləri: Mançester Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov