Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Fevral 2010 - 08

 

"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"

 

Həmsöhbətim Xocalı sakini, 33 yaşlı Musayev Ramil Səlim oğludur. Onunla Xocalı soyqırımının on səkkizinci ildönümü ərəfəsində görüşdüm. Qəlbində yurd həsrəti, Xocalı yanğısı olan Ramil özünün və bu şəhərin sakinlərinin ermənilər tərəfindən başlarına gətirilən müsibətlərdən, vəhşiliklərdən söhbət açdı:

- Həmin gün axşam saat 9-da atışma yenidən şiddətləndi. Həmişəki kimi yenə də atamın həyətimizdə düzəltdiyi tunelə doluşduq. Qonşularımız Zinyət xala, Hüseyn dayı, Qaraş dayıgilin ailəsi də tuneldə idi. Gecə saat 12-yə kimi tuneldə qaldıq. Atəş səsi kəsilmirdi. Bu zaman polis işləyən dayım Tahir qaça-qaça gəldi ki, ermənilər şəhəri hər tərəfdən mühasirəyə alıb. Artıq Xocalının kənarında yaşayan Məhsəti türklərinin yaşadığı evləri ailələrlə birlikdə yandırdılar. Yanan uşaqların, qocaların ah-naləsi bütün şəhəri bürüyüb. Tuneldə qorunmaq artıq mənasızdır. Vaxt itirmədən tuneldən çıxdıq. Zinyət xala ilə Hüseyn dayı yaşlı olduqlarından orada qaldılar. Mən, atam Səlim, qardaşım Teymur, bizdə qalan əmim oğlu Emin, ata nənəm Məhluqə birlikdə Qarqar çayına doğru qaçdıq. Buz kimi suyu olan çayı keçdik. Paltarlarımız tamam islandı. Hamımız soyuqdan əsirdik. Nəhayət, Kətik meşəsinə girdik. Oradakı hündür dağa dırmandıq. Dağın başına çatar-çatmaz ermənilər təpədən avtomat və pulemyotlardan bizi atəşə tutdular. İnsanlar ölümün pəncəsindən qurtulmaq üçün üzüaşağı qaçmağa başladılar. Bu sıldırım dağın yamacında ermənilərin atdığı güllə ayağımdan dəydi. Əvvəlcə nə ağrı, nə də axan qanı hiss etmirdim. Güllələrdən özümü qorumaq üçün meyitlərin arasında gizləndim.

- Onda sənin neçə yaşın var idi, bəs meyitdən qorxmadın?

- Onda mənim 13 yaşım var idi. 7-ci sinifdə oxuyurdum. Meyitdən də qorxmurdum.

- Hə, bəs sonra nə oldu?

- Sonra sağ qalanlar dərənin dibinə yuvarlandılar. Araya ani sükut çökdü. Atam 3 yerdə tonqal qaladı. Bir qədər qızındıq. Sonra yola düzəldik. Duman idi. Hara getdiyimizi bilmirdik. Yolda qarşımıza çıxan bir kişi bildirdi ki, siz Ağdama yox, Xankəndinə doğru gedirsiniz. Geri qayıdası olduq. Hamı taqətdən düşmüşdü. Bir qədər nəfəsimizi dərmək üçün qarın üzərində əyləşdik. Səhərə yaxın yola düşdük. Qarşıda bir dağ var idi. O dağı aşıb bütün günü yol getdik. 70-ə yaxın yaşı olan nənəm taqətdən düşmüşdü, yeriyə bilmirdi. Atam isə anasını zorla aparırdı. Mənim isə ayaqlarımı don vurmuşdu. Qarın, şaxtanın təsirindən əllərimiz də, bütün bədənimiz də sözümüzə baxmırdı. Əzablı yollar isə hamımızı üzmüşdü. Nəhayət, bir kəndə çatdıq. Kənd adamları bizi Azərbaycan dilində çağırdılar. Erməniləri də söyüb təhqir etdilər. Çox sevindik, düşündük ki, artıq canımız ermənilərin əlindən qurtarıb. Sevincimiz çox çəkmədi. Bizi atəşə tutdular. Mənimlə yanaşı dayanmış Telman Aslanov yanımdaca öldü. Zəhra xalanın da ölümü gözlərim önündən getmir. Erməni gülləsi onun ağzından dəymişdi. Sən demə bu, ermənilər yaşayan Dəhraz kəndi imiş. Bizi elə burada əsir götürdülər. Hamımızı qarın üstünə uzadıb başımızın üstündə atəş açmağa başladılar. Sonra hamımızı sıraya düzüb bir ferma tövləsinə gətirdilər. 60-70 nəfərə yaxın adam olardıq.

Ramil ani fikrə daldı... gözləri dolmuşdu... handan-hana nə isə yadına düşmüş kimi yenidən söhbətə başladı:

- Bir hadisə də heç yadımdan çıxmır, biz meşədə olanda bir məhsəti qadının qucağında körpə bir uşaq vardı. Uşaq aclıqdan, susuzluqdan, soyuqdan hey ağlayırdı. Gözlərimin önündə uşaq səs salmasın deyə ana öz övladını sakitləşdirmək istədi. Bir xeyli keçəndən sonra səs gəlmədiyini görən ana körpəsini bağrına basdı. Körpə ölmüşdü. Bu ara ermənilər ananı da vurdular.

Ermənilər 12-13 nəfər əynində Milli Ordu paltarında olan kişiləri güllələdilər. Onların arasında X sinifdə oxuyan Xaqani adında bir oğlan da var idi. Sonra əlində tank əleyhinə qumbara tutmuş Telmanı da güllələdilər. Növbə mənə çatdı. Ayaqlarımı soyundurdular. Özüm də güllə dəymiş sağ ayağımı, don vurmuş, qaralmış barmaqlarımı görəndə dəhşətə gəldim...

(O, iki əli ilə gözlərini tutdu... mən də qəhərdən üzümü yana çevirdim. Araya ani sükut çökdü...).

Hə, bu dözülməz vəziyyətə baxmayaraq bircə-bircə ayaq dırnaqlarımı kəlbətinlə çəkib-çıxartdılar. Bağırtım göylərə bülənd olmuşdu...

- Bəs bu vəhşilərin əlindən necə xilas oldunuz?

- Bir neçə gündən sonra bizi fermadan çölə çıxartdılar. Qadınları, uşaqları bir, kişiləri isə başqa bir sıraya düzdülər. Atam bizdən ayrı düşdü. Nənəm, qardaşım Teymurla məni öyrətdi ki, atanızın ayaqlarını qucaqlayıb onu buraxmayın. Ermənilərə deyin ki, anamız meşədə ölüb, heç olmasa atamızı buraxın. Elə də etdik. Bundan sonra atamı bizə tərəf itələdilər. Bizi sıraya düzüb Ağdamın Abdalgülablı kəndinə tərəf apardılar. Yolboyu ölüb-qalmış insanları görəndə bağrım qana dönürdü. Öldürülmüş ana əlini bir qədər aralıda donub qalmış övladına doğru uzatmışdı. Ana əllərini körpəsinin əlinə dəyənə qədər ona doğru sürünmüşdü... Eləcə də ölmüşdü...

Nə isə, bizi Abdalgülablı kəndinə qədər müşayiət edən erməni yaraqlıları geri döndülər. İnanmadıq. Elə bildik ki, arxadan bizi güllələyəcəklər. Amma atəş açılmadı. Gəldik Abdalgülablıya, oradan da Ağdama. Ayaqlarım tutulmuşdu. Bizi Bakıya gətirdilər. Düz 3-4 ay yeriyə bilmədim. Xəstəxanada əvvəl ayağımı kəsmək istədilər. Sonra bu fikirlərindən daşındılar. Mən dizlərim üstə gəzirdim. Uzun müddət müalicə aldım.  Təhsilimi də unutmadım. Bakıdakı 28 nömrəli məktəbin XI sinfini bitirdim. O müdhiş günlərdən 18 il ötsə də, indi də Xocalı sakinlərinin ermənilər tərəfindən soyqırımına məruz qalmalarını unutmamışam. Ömrümün sonuna kimi də unutmayacağam!

O gün Ramildən sağollaşıb ayrılsam da, onun Xocalı dəhşətləri, erməni vəhşilikləri barədə danışdığı epizodlar hələ də bir kino lenti kimi gözlərim önündə canlanır. Bir şeyə inanıram ki, bu qan yerdə qalmayacaq! Siz doğma Xocalınıza qaydacaqsınız! Onu yenidən bərpa edəcəksiniz! O günlər uzaqda deyil, Ramil! 

Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Fevral 2010 - 08
Bu gün Xocalı soyqırımının on səkkizinci ildönümüdür
 
Kaliforniyanın Berkli Universitetində Xocalı faciəsinin on səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib
 

Xocalı faciəsinin on səkkizinci  ildönümü təhsil müəssisələrində qeyd olundu

 
"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə
 
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb
 
Amerikalı qonaqlar ADU-da olublar
 
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans
 
Muğam ustadları ilə görüş
 
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi
 
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu
 
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında
 
"Poliqlot" qəzetinin 10 illik yubileyi qeyd olundu
 
"Müəllim hazırlığı: Türkiyə təcrübəsi" Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur
 
"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər
 
Azərbaycan Müəllimlər İnstitutunda konfrans
 
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"
 
Təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti
 
"Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda respublika seminarı keçirildi
 
Qafqaz Universitetində seminar
 
Ana dilim, yaşa, dilim!
 
Bu il Göygöl rayonunda üç yeni məktəb binası tikiləcək
 
Yeganənin ecazkar dünyası
 
Yubilyar şair məktəbin qonağı olub
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 
Dünya universitetləri: Mançester Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov