Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Fevral 2010 - 08

 

Yeganənin ecazkar dünyası

 

Sənətkar əsərləri ilə tanınır. Hər bir sənətkarın da öz dünyası, söz dünyası olur. Şair sözü hikmətə çevirərək poetik dillə qələmə alırsa, rəssam da duyduğunu, düşünüb təsəvvür etdiyini fırçasıyla ağ kətana köçürüb tarixdə qalacaq bir əsər yaradır.

Haqqında söz açacağımız Yeganə Ağayeva da belə sənətkarlardan biridir. Təbiət mənzərələrini xüsusi duyğu ilə təsvir etdiyini, gözəl portret əsərləri işlədiyini, bacarıqlı və istedadlı rəssam olduğu qədər də təvazökarlığını da eşitmişdim.

Eşitdiklərimin şahidi olmaq, haqqında yazmaq üçün vədələşdiyimiz kimi onunla Bakı şəhəri 42 nömrəli Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində rəhbərlik etdiyi qrupda - iş başında görüşdük. Qrupda tədris aparmaq üçün ayrılmış bu otaq rəsm qalereyasını xatırladırdı. Divarlar başdan-başa Yeganənin və onun rəhbərlik etdiyi qrup üzvlərinin müxtəlif çalarlı rəsm işləri ilə bəzədilmişdi. Qrupun şagirdlərdən ibarət bir neçə üzvü Yeganənin rəhbərliyi altında çəkdikləri əsərlər üzərində işləyirdilər.

Yeganənin rəsm işləri ilə tanışlıqdan məlum oldu ki, o, əsasən əsərlərində Səttar Bəhlulzadənin və Van Qoqun üslubuna üstünlük verir. Elə buna görə də sanki təbiətin dilbər guşələrindən bir parça bu otağa köçmüşdü. İnsan özünü burada gözəlliklərlə dolu sirli bir dünyada hiss edir. Rəssamın başqa işləri də maraqlı və düşündürücüdür. Yaratdığı portret əsərlərinə baxanda sanki canlı insanla üz-üzə qalırsan. Dəhlizdə yerləşdirilmiş böyük bir rəsm əsəri ağrılı yerimiz olan Xocalı soyqırımına həsr edilib. Onun yaratdığı rəngarəng əsərlərində insan nəfəsi, insan ürəyinin çırpıntısı duyulur. Rəsmlərində çalarları dəqiq verməsi, rənglərdən ustalıqla istifadə etməsi nəticəsində əsərləri daha canlı, daha cəlbedici olmaqla bərabər, baxanlar tərəfindən sevilir.

Ağayeva Yeganə Seyidrəsul qızı 1974-cü il fevralın 2-də Saatlı rayonunun Mollaəzizli kəndində anadan olub. 1991-ci ildə M.Əzizbəyov adına Saatlı şəhər 2 nömrəli orta məktəbi "əla" qiymətlərlə başa vurub. Həmin il bədii tərtibat ixtisası üzrə Bakı şəhər 84 nömrəli texniki peşə məktəbinə daxil olur. 1993-cü ildə peşə məktəbini "əla" qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəngkarlıq fakültəsinə qəbul olur. 1997-ci ildə bu təhsil ocağını da "əla" qiymətlərlə başa vuran Yeganə kənd həyatına həsr etdiyi bədii rəngkarlıq mövzusu ilə diplom işini yüksək səviyyədə müdafiə edib. Elə buna görə də diplom müdafiəsi komissiyasının qərarı ilə Yeganə Ağayeva universitetin magistraturasına qəbul edilib. Lakin müəyyən səbəblər üzündən təhsilini davam etdirə bilməyən Yeganə bir neçə il fərdi yaradıcılıqla məşğul olur. Vaxtilə təhsil aldığı kənd əsas məktəbi ilə əlaqə saxlayır, sifarişlərlə müxtəlif portret əsərləri yaradır.

2002-ci ildə qabiliyyət imtahanlarını uğurla verə bildiyi üçün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura pilləsinin rəngkarlıq şöbəsinə daxil olur. 2004-cü ildə xalq artisti Alim Qasımova impresionalizm üslubunda həsr etdiyi muğam əsəri ilə magistraturanı "əla" qiymətlərlə başa vuran Yeganə hazırda fəaliyyət göstərdiyi mərkəzdə işə düzəlir. Rəssamlar İttifaqı tərəfindən 2005-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda təşkil edilmiş gənc rəssamların əsərlərindən ibarət sərgidə xalq artisti Əminə Dilbaziyə və onun həyat yoldaşı Cövdət Hacıyevə həsr etdiyi "Sənət və məhəbbət" əsəri ilə iştirak edir və uğur qazanır. Buna baxmayaraq, keçirilən başqa sərgilərdə iştirak etməyə səy göstərməyən Yeganə xanım bilik və bacarığını şagirdlərinə öyrədir, rəngkarlığın sirlərini onlara aşılayır. Elə bunun nəticəsidir ki, şagirdləri həmişə Təhsil Nazirliyi üzrə keçirilən rəsm müsabiqə və sərgilərində fəal iştirak etməklə yüksək göstəricilərilə fərqlənirlər. Təsadüfi deyil ki, yetirmələrindən 70 nəfərdən çoxu müxtəlif sərgi və rəsm müsabiqələrində yüksək yer tutmaqla diplom və mükafatlara layiq görülüb.

Yeri gəlmişkən qeyd edək ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə keçirilmiş şagirdlərin rəsm müsabiqəsində iştirak edən yetirmələrindən Tərlan İsazadə və Tərlan Zülfüqarov I yeri tutaraq diplom və pul mükafatlarına layiq görülüblər. Hazırda Yeganə Ağayevanın qrupunda dərs alan 24 şagird rəssamlıq sənətinin sirlərini ondan öyrənir, gələcəkdə müəllimləri kimi istedadlı rəssam olmağa çalışır.

Yeganənin ən böyük arzusu şəxsi emalatxanası olması, yaxın gələcəkdə Şuşa qalasında oturub o yerlərin füsunkar təbiətini ağ kətana köçürməkdir.

Biz də, öz növbəmizdə, ona arzusunun həyata keçməsini dilədik, müxtəlif səpgili rəsm əsərlərinin füsunkar gözəlliyinə qərq olmuş bu balaca otağı bir də gözdən keçirdik, bütün bunlar "Yeganənin ecazkar dünyasıdır", - deyə düşünüb ondan xoş təəssüratla ayrıldıq. 

Nizami MİRZƏ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Fevral 2010 - 08
Bu gün Xocalı soyqırımının on səkkizinci ildönümüdür
 
Kaliforniyanın Berkli Universitetində Xocalı faciəsinin on səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib
 

Xocalı faciəsinin on səkkizinci  ildönümü təhsil müəssisələrində qeyd olundu

 
"Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə
 
İstedadlı uşaqlar üçün 32 pilot məktəbi yaradılıb
 
Amerikalı qonaqlar ADU-da olublar
 
Pedaqoji təcrübəyə həsr edilmiş konfrans
 
Muğam ustadları ilə görüş
 
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi
 
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu
 
Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında
 
"Poliqlot" qəzetinin 10 illik yubileyi qeyd olundu
 
"Müəllim hazırlığı: Türkiyə təcrübəsi" Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur
 
"Təhsilin əsasları" fənni üzrə təlimin təşkilinə dair bəzi qeydlər
 
Azərbaycan Müəllimlər İnstitutunda konfrans
 
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"
 
Təhsil müəssisələrində sahibkarlıq fəaliyyəti
 
"Təlim prosesi: ənənəvi və müasir yanaşmalar" mövzusunda respublika seminarı keçirildi
 
Qafqaz Universitetində seminar
 
Ana dilim, yaşa, dilim!
 
Bu il Göygöl rayonunda üç yeni məktəb binası tikiləcək
 
Yeganənin ecazkar dünyası
 
Yubilyar şair məktəbin qonağı olub
 
Məktəbdə metodiki işlərə geniş yer verilir
 
Dünya universitetləri: Mançester Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov