Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

05 Mart 2010 - 09

 

Alimin 80 illik yubileyi qeyd edilib

 

Martın 2-də "Avropa" otelində görkəmli alim,əməkdar müəllim,fəlsəfə elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tarix və sosial-siyasi fənlər kafedrasının müdiri, professor Nurqələm Mikayıl oğlu Mikayılovun 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.Tədbirdə universitetin professor-müəllim heyəti ilə bərabər, ölkənin bir çox təhsil müəssisələrinin nümayəndələri, ictimai-siyasi xadimlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Az.MİU-nun rektoru, millət vəkili, professor Gulçöhrə Məmmədova Nurqələm Mikayılov haqqında danışaraq alimin universitetin həyatında müstəsna xidmətləri olduğunu nəzərə çatdırıb. O qeyd edib ki, Nurqələm müəllim artıq 35 ildir bu təhsil ocağında kafedra müdiridir. N.Mikayılov ağsaqqal bir pedaqoq kimi həmişə gənc alimlərə dəstək olmuş, onların inkişaf etməsində yaxından köməklik göstərmişdir. Professor G.Məmmədova çıxışının sonunda bütün universitet kollektivi adından Nurqələm müəllimi yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək, belə şərəfli  ömür yolunun hamıya qismət olmasını arzulayıb, yubilyara gül buketi və hədiyyələr təqdim edib.

Sonra çıxış üçün söz təhsil nazirinin müavini, professor İradə Hüseynovaya verilib. O, tədbir iştirakçılarını salamlayaraq təhsil naziri Misir Mərdanov və təhsil işçiləri adından Nurqələm müəllimin 80 illik yubileyini təbrik edib. İ.Hüseynova Nurqələm müəllimin elmi fəaliyyətindən geniş söhbət açaraq bildirib ki,onun əhatəli və dərin məzmunlu tədqiqatları fəlsəfə elminin inkişafına dəyərli töhfə olmuşdur. Onun alimlik bacarığı təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da böyük maraq doğurub. Buna bariz nümunə kimi 1986-cı ildə Moskvada Kreml sarayında keçirilən ali təhsil müəssisələrinin Ümumittifaq müşavirəsində N.Mikayılovun başçılıq etdiyi kafedranın qabaqcıl kafedralardan biri kimi qiymətləndirilməsini qeyd etmək olar.Bu kafedranın fəaliyyəti SSRİ ali təhsil nazirinin məruzəsinə daxil edilib.

İ.Hüseynova çıxışının sonunda Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının 1 mart 2010-cu il tarixli qərarı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tarix və sosial-siyasi fənlər kafedrasının müdiri,professor Nurqələm Mikayıl oğlu Mikayılovun yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və anadan olmasının 80 illiyi münasibətilə Fəxri fərmanla təltif edildiyini bildirib.

Sonra çıxış üçün söz xalq şairi Nəriman Həsənzadəyə verilib. Şair N.Mikayılov haqqında xoş sözlər söyləyərək bildirib ki, o, böyük alim və pedaqoq olmaqla yanaşı, həm də gözəl insan, yaxşı ailə başçısı və sədaqətli dostdur. N.Həsənzadə çıxışını bir neçə şeir söyləməklə yekunlaşdırıb.

Mərasimdə digər çıxış edənlər alimin həyat yolundan, elmi fəaliyyətindən söz açaraq onu 80 illik yubileyi münasibətilə təbrik ediblər.

Sonda N.Mikayılov tədbir iştirakçılarına minnətdarlığını bildirərək mərasimin yüksək səviyyədə hazırlanmasına görə Az.MİU-nun rəhbərliyinə və kollektivinə xüsusi təşəkkür edib.

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
05 Mart 2010 - 09
F.Ə.Qasımovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş uşaq bağçası açılıb
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervordla görüşüb
 
Xarici ölkələrin ali məktəblərində azərbaycanlı tələbələrin təhsil alması üçün yeni imkanlar yaradılır
 
"BP-Azərbaycan" şirkəti ölkədə elm və təhsilin inkişafına yardım edir
 
Azərbaycanın uşaq və gənclər birliyi BMT mükafatına layiq görülüb
 
İstedadlı uşaqlar üçün informasiya bankı yaradılacaq
 
Təhsilin bütün pillələrində adambaşına düşən xərclər artıb
 
Əməkdaşlığa dair razılıq əldə olunub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində dərsliklərin hazırlanması ilə bağlı müşavirə keçirilib
 
Peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyəti vurğulanıb
 
Təhsil naziri Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru ilə görüşüb
 
Qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib
 
Səfir ADU-nun qonağı olub
 
"Azərbaycanın elmi diasporu" layihəsi çərçivəsində İnternet portalı yaradılıb
 
Alimin 80 illik yubileyi qeyd edilib
 
Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib
 
Müəllim hazırlığına yeni yanaşmalar.  "Təhsilin əsasları" fənninin pedaqoji təcrübə ilə inteqrasiyası
 
"Ana dili" dərsliklərimizin tərtibi və nəşri tarixindən Təravətini saxlayan dərsliklər
 
Ölkəmizin bir qrup təhsil işçisi ABŞ-da "Məktəb liderliyi" layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib
 
İkiqat bayram sevinci
 
Ziyalı alim
 
"Müasir dərsə verilən tələblər" mövzusunda  "açıq dərs"
 
Vətənə, xalqa xidmət tədrisə münasibətdən başlanır
 
Daha bir məktəbdə Valideyn-Müəllim Assosiasiyası yaradıldı
 
Yeniyetmə rəssamlarımız beynəlxalq müsabiqələrdə uğur qazanırlar
 
Ənənəvi əl işləri sərgisi keçirilib
 
AMİ-də Ümumdünya Mülki Müdafiə gününə dair tədbir keçirilib
 
NDU-da yubiley tədbiri
 
Əlil və kimsəsiz uşaqlar üçün yeni layihə
 
Turnirin qalibləri mükafatlandırılıb
 
Tennis üzrə ölkə birinciliyi Şəkidə keçiriləcək
 
Şəhidlərin xatirəsinə həsr olunmuş respublika şahmat turniri
 
Basketbol üzrə respublika birinciliyi
 
Dünya universitetləri: Karnegi Mellon Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov