Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

05 Mart 2010 - 09

 

Ziyalı alim

 

Əgər mən yazıçı olub yazacağım bədii nəsr əsərimin qəhrəmanını  seçərkən ideal obraz, ideal insan və ideal alim axtarışına çıxası olsaydım, təbii ki, onun prototipi daha çox yaxından tanıdığım dostum, ləyaqətli insan, istedadlı ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Şamil Vəliyev olardı. 25 ildir ki, Şamili tanıyıram. Gəncliyində necə idisə, eləcə də qalıb; təmkinli, məntiqli, xoşsima, təvazökar, yoldaşa yanan, diqqətcil, təəssübkeş və zəhmətkeş. Hansısa müdrik bir şəxs yazarlar haqqında deyib: "Onlar Tanrı cəzasını çəkənlərdir". Bu hikmətə əl gəzdirmədən - bəzəksiz-düzəksiz demək olar ki, məhz Şamil Allahın həmin bəndələrindəndir. Yaş fərqimizə baxmayaraq, ötən illər ərzində çox səmimi dostluq münasibətlərimiz olub. 80-ci illərin ortalarında onunla ilk tanışlığımız mərhum akademik Kamal Talıbzadənin iş otağında olub. Hər ikimiz bu böyük alimlə  əlaqəli olan  tədqiqatlar üzərində işləyirdik.

Şərəfli, ziyalı alim ömrünün altıncı onilliyinə inam və şövqilə, ən çoxu da məhəbbətlə qədəm qoyan Şamil Vəliyevin alimlik fəaliyyəti mənim gözlərim qarşısında keçib, - desəm, səhv etmiş olaram. Artıq bu gün Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda bir şöbədə çalışırıq. Şamil Vəliyev ədəbi ictimaiyyət arasında istedadla deyilmiş  sözü, xüsusi yeri olan ləyaqətli bir alim, ziyalı kimi tanınır, sevilir və oxunur.

Ş.Vəliyev şəxsiyyət kimi də, təşkilatçı və alim kimi də öz yerində olan, müsahibini diqqətlə dinləyən, artıq-əskik söz və ifadələrə yol verməyən, həll olunan məsələlərə tələsik müdaxilə edib münasibət bildirməyən ziyalı alim, böyük insandır. Şamilin 50 yaşı tamam olur. Elə bil əlli ildir ki, o, səninlə dostluq edir. 20-25 il bundan əvvəl də Şamil müdrik ağsaqqal kimi danışar, hərəkət edər, yol göstərərdi. Bu gün Şamil Vəliyev  filologiya elmləri doktoru, professor kimi ən böyük elm, təhsil məbədgahımız olan Bakı Dövlət Universitetində Mətbuat tarixi və ideoloji iş metodları kafedrasına rəhbərlik edir. XXI əsrin yaxın gələcək dövrü üçün istedadlı jurnalist kadrların hazırlanmasında fəaliyyət göstərir.

Şamilin dosta, iş yoldaşına canıyananlığını, elmə təəssübünü mən şəkər xəstəliyi ilə döyüşə-döyüşə on ilə ərsəyə gətirdiyim doktorluq dissertasiyamın necə diqqətlə oxunmasında və şöbədə müzakirə olunarkən onun prinsipial çıxışında görmüşəm. Bir ədəbiyyatşünas, tənqidçi kimi onun erudisiyası, orijinal münasibətləri, peşəkarlıqla söylədikləri tövsiyələri sonralar digər müzakirələrdə müşahidə etməyim gənc alimi gözlərim önündə birə-min ucaltdı.

Ötən əsrin onillikləri bir-birini sürətlə əvəz etsə də, XXI əsrin ilk dövründə arxada qalan ədəbi prosesi sərf-nəzər etdikdə deyilənlərlə razılaşırsan ki, XX əsrin əvvəlləri əhəmiyyətli bir mərhələ kimi həmişə ədəbiyyatşünasların  qarşısında ciddi elmi-ictimai maraq doğurmuş, haqlı olaraq intibah illəri kimi yaddaşlarda qalmışdır. Filologiya elmləri doktoru, professor Şamil Vəliyev bəlkə də elmi yaradıcılığının böyük bir hissəsini məhz özü bilərəkdən həmin illərə sərf etmişdi. Alim sanki tədqiqat aparacağı dövrdə olan boşluğu görmüş, hələ vaxtilə demişdir: "Həmin dövrlə əlaqədar bu və ya digər yaradıcı şəxsiyyət, fakt, hadisə, problem, ədəbiyyat, mətbuat orqanı, nəzəri-estetik keyfiyyət, hər hansı bir bədii sənətkarlıq elementi və s. konkret şəkildə öyrənilsə də, ədəbi mühit və yaxud müəyyən ədəbi məktəbi-hərəkatı bütöv şəkildə əks etdirən elmi əsərlər yox dərəcəsindədir". Təbii ki, bu düşüncədə olan gənc tədqiqatçı alim görəcəyi işləri çox götür-qoy etdikdən, həm də akademik Kamal Talıbzadə kimi ustaddan tövsiyə aldıqdan sonra çox ciddi araşdırmalara girişmiş "Füyuzat ədəbi məktəbi" (Bakı, "Elm", 1999), "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri (1895-1917)" monoqrafiyalarını uzun illərin gərgin axtarışlarından sonra ədəbi-elmi ictimaiyyətin ixtiyarına vermişdir.

Bəli, Şamil Vəliyevin elmi tədqiqatla məşğul olduğu dövr əsasən XX əsrin əvvəllərinə təsadüf edir. Ən önəmli cəhət isə ədəbiyyatımızın və mədəniyyətimizin ağrılı yeri olan, on illərlə öyrənilməsi yasaq olunmuş "Füyuzat" jurnalının elmi araşdırmaları ilə bağlı apardığı fundamental tədqiqatlar olmuşdur. Kommunist ideologiyasının kəsəkəs vaxtlarında Əlibəy Hüseynzadənin, Əhməd bəy Ağayevin nəinki əsərlərinin məziyyətləri, heç onların adlarını da dilə gətirmək hər kişinin işi deyildi. Bütün qadağalara baxmayaraq, akademik Kamal Talıbzadə o illər heç kimdən, heç nədən qorxmadan onlar haqqında fikirlərini biz yetişdirmələrinə bildirərdi. Sevimli tələbəsi Şamil Vəliyevə bu mövzunun işləməsini etibar etməsi də akademikin illərlə qəlbində qövr edən yaraların sağalacağı ümidləri ilə bağlı idi. Yaxşı yadımdadır, o illər Şamillə ən çox Mərkəzi Kitabxanada rastlaşardıq. Gəncliyimizə baxmayaraq, arxiv materiallarının saatlarla səbr və dözümlə nəzərdən keçirilməsi üzümüzü bozartmış, gözlərimizin altının tulumunu böyütmüşdü. Beş-altı saatdan bir hava almaq üçün Sahil bağına çıxanda Şamil yorğunluğuna baxmayaraq, təbəssümlə deyərdi ki, "ədəbiyyatın yolu çətindir, ağırdır, təzadlar, iztirablarla doludur. Burada aldanış da, səhv də var, itki də, uğur da, faciə də, əfsanəvi Səməndər quşu tək yenidən dirilmək xoşbəxtliyi də... Əsl ədəbiyyat adamı olmaq üçün yalnız elm, savad, bilik yetərli deyil, gərək həm də onun qayğılarına ömür-gün sərf edəsən, onun qanunları ilə yaşayasan".

İstedadlı ədəbiyyatşünasın bu əsərləri az müddət ərzində nəinki bütün həmvətənlərimiz arasında, hətta intellektual "çevrənin adamları üçün qiymətli mənbə" rolunu oynadı. "Füyuzat ədəbi məktəbi" monoqrafiyasına ön sözdə akademik Kamal Talıbzadə yazır: "Onun Nizami adına Ədəbiyyat İnstitutuna gəldiyi ilk günlər xatirimdədir. Özüm üçün doğma olan elm-sənət ocağına onun müqəddəs bir məbədgah kimi baxması, sadə davranışı, saf, təmiz ünsiyyyəti, yüksək mədəniyyəti ilə yanaşı, elmi-nəzəri hazırlığı və intellektual yetkinliyi diqqətimi çəkdi. Elə buna görə də onun tənqid tarixi və nəzəriyyəsi ilə məşğul olmasını tövsiyə etdim".

Qarşımdakı digər kitablara nəzər yetirirəm. Tanınmış ədəbiyyatşünas alim, professor Nizaməddin Şəmsizadə haqqında yazdığı "Azərbaycanşünas alim" (Bakı, "Elm", 2004) və filologiya elmləri doktoru "Əflatun Saraclı" (1996) əsərləri də Şamil Vəliyevin müasirlərinə diqqət və qayğısından, onlara məhəbbətindən, elmi təəssübkeşliyindən irəli gələn məsələlərdir. Şamil Vəliyevin "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri (1895-1917)" monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığının nəzəri metodoloji əsaslarını möhkəmlətmək, ideya-bədii axtarışlar təcrübəsini öyrənmək baxımından milli ədəbiyyatımızın gələcək tədqiqatçılarına çox lazım olacaq qiymətli məxəzdir.

Sizi irəlidə çox onilliklər, yeni-yeni yaradıcılıq uğurları, elmin açılmamış səhifələrini araşdırmaq gözləyir. Yolun uğurlu olsun! 50 yaşın mübarək, əziz dostum! 

Baba BABAYEV,
filologiya elmləri namizədi, dosent, Azərbaycan

Müəllimlər İnstitutunun
aspirantura və magistratura şöbəsinin müdiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
05 Mart 2010 - 09
F.Ə.Qasımovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş uşaq bağçası açılıb
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervordla görüşüb
 
Xarici ölkələrin ali məktəblərində azərbaycanlı tələbələrin təhsil alması üçün yeni imkanlar yaradılır
 
"BP-Azərbaycan" şirkəti ölkədə elm və təhsilin inkişafına yardım edir
 
Azərbaycanın uşaq və gənclər birliyi BMT mükafatına layiq görülüb
 
İstedadlı uşaqlar üçün informasiya bankı yaradılacaq
 
Təhsilin bütün pillələrində adambaşına düşən xərclər artıb
 
Əməkdaşlığa dair razılıq əldə olunub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində dərsliklərin hazırlanması ilə bağlı müşavirə keçirilib
 
Peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyəti vurğulanıb
 
Təhsil naziri Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru ilə görüşüb
 
Qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib
 
Səfir ADU-nun qonağı olub
 
"Azərbaycanın elmi diasporu" layihəsi çərçivəsində İnternet portalı yaradılıb
 
Alimin 80 illik yubileyi qeyd edilib
 
Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib
 
Müəllim hazırlığına yeni yanaşmalar.  "Təhsilin əsasları" fənninin pedaqoji təcrübə ilə inteqrasiyası
 
"Ana dili" dərsliklərimizin tərtibi və nəşri tarixindən Təravətini saxlayan dərsliklər
 
Ölkəmizin bir qrup təhsil işçisi ABŞ-da "Məktəb liderliyi" layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib
 
İkiqat bayram sevinci
 
Ziyalı alim
 
"Müasir dərsə verilən tələblər" mövzusunda  "açıq dərs"
 
Vətənə, xalqa xidmət tədrisə münasibətdən başlanır
 
Daha bir məktəbdə Valideyn-Müəllim Assosiasiyası yaradıldı
 
Yeniyetmə rəssamlarımız beynəlxalq müsabiqələrdə uğur qazanırlar
 
Ənənəvi əl işləri sərgisi keçirilib
 
AMİ-də Ümumdünya Mülki Müdafiə gününə dair tədbir keçirilib
 
NDU-da yubiley tədbiri
 
Əlil və kimsəsiz uşaqlar üçün yeni layihə
 
Turnirin qalibləri mükafatlandırılıb
 
Tennis üzrə ölkə birinciliyi Şəkidə keçiriləcək
 
Şəhidlərin xatirəsinə həsr olunmuş respublika şahmat turniri
 
Basketbol üzrə respublika birinciliyi
 
Dünya universitetləri: Karnegi Mellon Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov