Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

05 Mart 2010 - 09

 

Vətənə, xalqa xidmət tədrisə münasibətdən başlanır

 

Gənclərin çağırışaqədərki hazırlığına diqqət artırılır

Ölkəmizdə uğurla davam edən yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən biri gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılmasıdır. Yeniyetmələrin ümumtəhsil məktəblərində hərbi xidmətə hazırlanmasını nəzərdə tutan gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 

Vətəni müdafiə etmək kimi şərəfli bir işə hazır olmaq hər bir vətəndaşın borcudur. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: "Gəncləri orduda xidmət etmək üçün tərbiyələndirmək bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik ".

Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin günbəgün möhkəmlənməsi üçün savadlı, vətənpərvər gənclərin yetişdirilməsində hamı fəallıq göstərməli, həm ailədə, həm də məktəbdə uşaqlara Vətənə məhəbbət hissi aşılanmalıdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu A.Quliyev adına Kükü kənd orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinin yüksək səviyyədə təşkili xüsusilə diqqətəlayiqdir.

Məktəbin hərbi rəhbəri, leytenant Müşfiq Hüseynov dərslərdə gənclərə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri barədə məlumat verir, orta məktəb şagirdləri üçün Vətənə, xalqa xidmətin, ilk növbədə, tədrisə ciddi münasibətdən başlandığı fikrini dönə-dönə vurğulayır. Şagirdləri çevik, cəsur olmağa səsləyir, ən çətin məqamlarda belə çıxış yolu tapmağın elmə, biliyə əsaslandığını real həyatdan götürülmüş misallarla izah etməyə çalışır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində aparılan daxili və xarici siyasət, bu sahədə qazanılan uğurlar haqqında gənc müəllimdən məlumatlar alan şagirdlər Vətənin müdafiəsinə hər an hazır olmağın gərəkliliyini daha dərindən dərk edir, bir vətəndaş kimi üzərlərinə düşən məsuliyyəti real şəkildə dəyərləndirirlər. Onlar ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş igid Vətən oğullarının, Milli Qəhrəmanlarımızın həyatı və göstərdikləri şücaətlər haqqında məlumatları müzakirə edir, bu barədə əlavə ədəbiyyat və məqalələr tapıb oxuyurlar.

Şagirdlərin marağını nəzərə alan Müşfiq Hüseynov dərslərdə ermənilər tərəfindən 20 faiz torpaqlarımızın işğal olunması, bir milyondan artıq qaçqın və məcburi köçkünün yurd-yuvasından didərgin düşməsi, 30 mindən artıq azərbaycanlının şəhid olması, on minlərlə vətəndaşın yaralanması, əlil olması və xalqımızın başına gətirilən çoxsaylı vəhşiliklər haqqında məlumatlara da geniş yer verir.

O, hələ uşaqlıqdan hərbi peşəyə marağı ilə digər yaşıdlarından seçilib, məktəbdə gənclərin çağırışaqədərki hazırlığı dərslərinə daha ciddi yanaşıb. Vaxtilə Müşfiq Hüseynova dərs demiş təqaüdçü, mayor Səməd Hüseynov onun bu fənni daha dərindən mənimsəmək üçün daim xüsusi səy göstərdiyini bildirir.

Orta məktəbi bitirdikdən sonra M.Hüseynov Naxçıvan Dövlət Universitetinin ibtidai hərbi-fiziki təlim fakültəsinə qəbul olunub. Ali təhsilini başa vuraraq Kükü kənd orta məktəbində hərbi rəhbər işləməyə başlayıb. İşlədiyi müddətdə öz bacarığı və işə ciddi münasibəti ilə şagirdlərin və pedaqoji kollektivin rəğbətini qazanıb.

Gənclərin çağırışaqədərki hazırlığı fənninin əsas məqsədi gəncləri ölkənin müdafiəsinə hazırlamaq və onlara hərbi bacarıqları mənimsətməkdən ibarətdir, - deyən gənc müəllim ölkəmizin müharibə şəraitində olduğu indiki vaxtda bu sahəyə diqqətin daha da artırılmasının zəruriliyini qeyd edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin layiqli nəticələr verdiyini, təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinə ciddi yanaşıldığını  bildirir.

Son illər gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi üçün kifayət qədər əyani vəsaitlər hazırlanıb. Bunun nəticəsidir ki, gənc leytenant öz dərslərini daha maraqlı təşkil edə bilir, nəzəri və praktiki məşğələlərə geniş yer verir, vaxtaşırı şagirdlər sınaq imtahanlarına cəlb olunurlar. Bu da onların bu sahədəki biliklərinin daha da möhkəmlənməsinə, şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşmasına və gənclərin hərbi peşəyə meyil etməsinə əlavə stimul verir.

Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinə yetirilən diqqətin nəticəsidir ki, şagirdlər məktəbdə vaxtaşırı keçirilən hərbi idman oyunlarına həvəslə qatılırlar. Kükü kənd məktəbinin "Şahin" və "Cəsurlar" komandaları dəfələrlə rayon səviyyəli yarışlarda yüksək nəticələr əldə ediblər. 

Əsmər CABBAROVA,
Naxçıvan MR Şahbuz rayonu A.Quliyev adına
Kükü kənd orta məktəbinin müəllimi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
05 Mart 2010 - 09
F.Ə.Qasımovanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş uşaq bağçası açılıb
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervordla görüşüb
 
Xarici ölkələrin ali məktəblərində azərbaycanlı tələbələrin təhsil alması üçün yeni imkanlar yaradılır
 
"BP-Azərbaycan" şirkəti ölkədə elm və təhsilin inkişafına yardım edir
 
Azərbaycanın uşaq və gənclər birliyi BMT mükafatına layiq görülüb
 
İstedadlı uşaqlar üçün informasiya bankı yaradılacaq
 
Təhsilin bütün pillələrində adambaşına düşən xərclər artıb
 
Əməkdaşlığa dair razılıq əldə olunub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində dərsliklərin hazırlanması ilə bağlı müşavirə keçirilib
 
Peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyəti vurğulanıb
 
Təhsil naziri Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru ilə görüşüb
 
Qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib
 
Səfir ADU-nun qonağı olub
 
"Azərbaycanın elmi diasporu" layihəsi çərçivəsində İnternet portalı yaradılıb
 
Alimin 80 illik yubileyi qeyd edilib
 
Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib
 
Müəllim hazırlığına yeni yanaşmalar.  "Təhsilin əsasları" fənninin pedaqoji təcrübə ilə inteqrasiyası
 
"Ana dili" dərsliklərimizin tərtibi və nəşri tarixindən Təravətini saxlayan dərsliklər
 
Ölkəmizin bir qrup təhsil işçisi ABŞ-da "Məktəb liderliyi" layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib
 
İkiqat bayram sevinci
 
Ziyalı alim
 
"Müasir dərsə verilən tələblər" mövzusunda  "açıq dərs"
 
Vətənə, xalqa xidmət tədrisə münasibətdən başlanır
 
Daha bir məktəbdə Valideyn-Müəllim Assosiasiyası yaradıldı
 
Yeniyetmə rəssamlarımız beynəlxalq müsabiqələrdə uğur qazanırlar
 
Ənənəvi əl işləri sərgisi keçirilib
 
AMİ-də Ümumdünya Mülki Müdafiə gününə dair tədbir keçirilib
 
NDU-da yubiley tədbiri
 
Əlil və kimsəsiz uşaqlar üçün yeni layihə
 
Turnirin qalibləri mükafatlandırılıb
 
Tennis üzrə ölkə birinciliyi Şəkidə keçiriləcək
 
Şəhidlərin xatirəsinə həsr olunmuş respublika şahmat turniri
 
Basketbol üzrə respublika birinciliyi
 
Dünya universitetləri: Karnegi Mellon Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov