Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Mart 2010 - ¹10

 

De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı təqdimat dinlənildi

Bookmark and Share

Martın 6-da Təhsil Nazirliyində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi  və alternativ qayğı Dövlət Proqramı"nın icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda təqdimatı dinlənildi.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkədə aparılan təhsil islahatlarının, təhsillə bağlı həyata keçirilən Dövlət Proqramlarının icra vəziyyəti haqqında vaxtaşırı dolğun məlumatlar verilməsinin vacibliyini qeyd edib, bu məqsədlə son günlər nazirliyin ayrı-ayrı idarə və şöbələrinin hesabatlarının dinlənildiyini, bu işin davam etdirildiyini və növbəti belə bir hesabat-təqdimatı müzakirə etmək üçün yığışdıqlarını bildirdi.

Sonra De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva müzakirə olunan məsələ ilə bağlı hesabat-təqdimatla çıxış etdi.

Təqdimatında öncə uşaq müdafiəsi ilə bağlı hüquqi sənədlərdən söz açan M.Hacıyeva bildirdi ki, ölkəmiz 1992-ci ildə beynəlxalq Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, bu sənəddən irəli gələn öhdəliklərin  həyata keçirilməsi məqsədi ilə müxtəlif qanunvericilik aktları, 1998-ci il mayın 19-da "Uşaq hüquqları haqqında" Qanun qəbul edilmişdir. Son illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, sosial sahələrə diqqətin artırılması, regionların inkişafı, yoxsulluq səviyyəsinin minimuma enməsi hər bir ailənin sosial rifahının yaxşılaşmasına, uşaqların hüquqlarının qorunmasına yönəlmiş proqramların həyata keçirilməsinə zəmin yaratmışdır. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi, YUNİSEF-in yaxından iştirakı ilə "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" hazırlanmış və ölkə Prezidentinin 2006-cı il 29 mart tarixli, 1386 nömrəli Sərəncamı ilə təsdiq olunmuşdur.

İcrasi ilə məşğul olduqları həmin proqramın məqsədini açıqlayan idarə rəisi bildirdi ki, proqramın əsas məqsədi uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində böyüməsinin zəruriliyini nəzərə alaraq dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili üçün mexanizmlərin yaradılması və səmərəli işləməsinin təmin edilməsidir. Qeyd olundu ki,  Dövlət Proqramının səciyyəvi xüsusiyyətləri onun 10 il müddəti əhatə etməsi, öz mahiyyəti, mürəkkəbliyi, icra üsulları, eyni zamanda son dərəcə incəliyi və həssaslığı ilə digər inkişaf və yaxud sosialyönümlü proqramlardan ciddi surətdə fərqlənməsidir. Dövlət Proqramında bir sıra mühüm vəzifələrin kompleks şəkildə yerinə yetirilməsi nəzərdə tutulub.

Dövlət Proqramının prioritet istiqamətlərini diqqətə çatdıran M.Hacıyeva bunların normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dövlət uşaq müəssisələrinin  transformasiya olunması və həmin müəssisələrin uşaqlar üçün ailə və icma əsaslı sosial xidmətlər göstərən müəssisələrə çevrilməsi, orada yaşayan uşaqların bioloji və ya alternativ ailələrə (övladlığa, qəyyumluğa, himayədar -foster ailələrə) verilməsi, himayəçi (qəyyum) və himayədar (foster) ailələrə maliyyə yardımlarının göstərilməsi olduğunu söylədi. Qeyd etdi ki, həmçinin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün preventiv tədbirləri görülməsi, uşaqların  hüquqlarının qorunmasının və sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiq edilməsi, dövlət uşaq müəssisələrinin kadr potensialından istifadə olunmaqla uşaqlara ailə və icma əsaslı xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması, ailələrə verilmiş uşaqların vəziyyətinin dövri monitorinqinin aparılması mexanizminin yaradılması kimi mühüm vəzifələr də  kompleks şəkildə yerinə yetirilməlidir.

De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının ümumtəhsil internat məktəblər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblər, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblər, çətin tərbiyə olunan oğlanlar üçün təlim-tərbiyə müəssisələri, əqli geriliyi ağır formada olan uşaqlar üçün internat evləri, uşaq evləri və körpələr evləri kimi dövlət uşaq müəssisələrini əhatə etdiyini deyən idarə rəisi Dövlət Proqramının səmərəli həyata keçirilməsi və idarəolunması  məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyun 2007-ci il tarixli, 174s nömrəli sərəncamı ilə Təhsil Nazirliyi nəzdində 5 nəfərdən ibarət İşçi Qrupu yaradıldığını diqqətə çatdırdı.

Sonra M.Hacıyeva Dövlət Proqramının icrası ilə bağlı ötən dövr ərzində görülən işlər barədə əsas məsələləri diqqətə çatdırdı. Qeyd etdi ki, Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran ilkin vəzifələrdən biri dövlət uşaq müəssisələrində qiymətləndirmənin keçirilməsi olduğundan bu məsələ diqqət mərkəzində saxlanmış, dövlət uşaq müəssisələrinin və orada yaşayan uşaqların qiymətləndirilməsi, müəssisələrin transformasiya planının hazırlanması üçün məlumatın əldə edilməsi, əldə olunmuş məlumatların təhlili nəticəsində yerlərdə sosial xidmətlərə olan ehtiyacların və bioloji ailələrə qaytarılması mümkün olmayan uşaqlar üçün alternativ qayğı növlərinin müəyyənləşdirilməsi və müvafiq məlumat bazasının yaradılması məqsədi ilə qiymətləndirmə aparılmış,toplanmış məlumatlar Təhsil Nazirliyində xüsusi məlumat bazasına yığılaraq müxtəlif aspektlər üzrə təhlil olunmuşdur.

55 dövlət uşaq müəssisəsində aparılan qiymətləndirmə zamanı əldə olunan məlumatların təhlili əsasında  dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan tərtib olunmuşdur. Qiymətləndirmə aparılan zaman məlum olmuşdur ki, 55 dövlət uşaq müəssisəsində ümumilikdə 14389 nəfər uşaq təlim-tərbiyə alır. Onlardan 10334-ü müəssisədə yalnız təhsil alır, 4055 uşaq isə həm təhsil alır, həm də gecələyir, 6 müəssisədə ümumiyyətlə uşaq gecələmir.

M.Hacıyeva bildirdi ki, Baş Plan illər üzrə Dövlət Proqramı əhatəsində olan dövlət uşaq müəssisələrinin müəyyən edilmiş məqsədlərə uyğun olaraq bu və ya digər tip müəssisələrə transformasiya olunmasını əks etdirir və o, əlaqədar qurumlardan müsbət rəy alındıqdan sonra 2009-cu ilin aprel ayında hökumət tərəfindən təsdiq edilmişdir.

Baş Plan hazırlanarkən müəssisənin yerləşdiyi ərazinin və müəssisənin özünün infrastrukturunun, qiymətləndirmə keçirilən zaman müəssisədə göstərilən xidmətlərin keyfiyyətinin əsas amillər kimi nəzərə alındığını söyləyən M.Hacıyeva həmin prosesdə bir sira digər əlavə amillərə də fikir verildiyini dedi və transformasiyasının tətbiq edilmə müddətini tədbir iştirakçılarının diqqətinə çatdırdı.  Qeyd etdi ki, qiymətləndirmə əsasında əldə olunmuş  məlumata və mövcud amillərə əsasən, 13 müəssisənin transformasiyasının 1 il, 17 müəssisənin 3 il, 25 müəssisənin isə 5 il və daha artıq müddət ərzində həyata keçirilməsi planlaşdırılmışdır.

M.Hacıyeva Baş Planda qeyd olunan məsələlərin icrası istiqamətində artıq bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, 2008-2009-cu illər ərzində 9 uşaq müəssisəsinin ümumtəhsil məktəblərinə çevrilməsi nəticəsində bu tip müəssisələrin sayı 55-dən 46-ya enmişdir. Hazırda 46 dövlət uşaq müəssisəsində 10054 uşaq təlim-tərbiyə alır. Onlardan 3960 nəfəri müəssisədə gecələyir, qalan 6490 nəfər isə müəssisədə yalnız təhsil alır, gecəni ailəsi ilə birlikdə keçirir.

Baş Plana əsasən müəssisələrin nəzdində alternativ xidmətlərin yaradılması işinə başlanmış, bu məqsədlə bəzi uşaq evləri və internat məktəblərinin nəzdində günərzi-qayğı və reabilitasiya-inkişaf mərkəzləri yaradılmışdır. İdarə rəisi  Bakının 2 nömrəli uşaq evinin, 11 nömrəli xüsusi internat məktəbinin, valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı məktəbinin, Bərdə şəhər inklüziv komponentli ümumtəhsil məktəbinin, Mingəçevir şəhər uşaq və ailələrə dəstək mərkəzinin nəzdində yaradılmış günərzi qayğı, reabilitasiya-inkişaf mərkəzlərinin hər biri, onlarda aparılan iş  haqqında ətraflı məlumat verdi.

M.Hacıyeva Dövlət Proqramı çərçivəsində həyata keçirilən pilot layihələr haqqında da məlumat verərək bildirdi ki, Təhsil Nazirliyi ilə  Açıq Cəmiyyət İnstitutu Əqli Sağlamlıq Təşəbbüsü Təşkilatı arasında "Hər kəs üçün icma təşəbbüsü -- Azərbaycan" pilot layihənin həyata keçirilməsi məqsədi ilə 24 sentyabr 2007-ci ildə Anlaşma Memorandumu imzalanmışdır. Uşaqların internat tipli uşaq müəssisələrindən tədricən bioloji və alternativ ailələrə verilməsi və  ailə mühitinə yaxın icma əsaslı xidmətlərin yaradılması  2008-2012-ci illəri əhatə edən layihənin əsas məqsədidir. Suraxanı rayonu ərazisində yerləşən əqli cəhətdən geriliyi olan uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbi pilot müəssisə seçilmişdir. Layihə çərçivəsində müəssisədəki şagird kontingenti və onların ailələrinin vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmiş, uşaqların diaqnozuna yenidən baxılmasına zərurət yarandığından, Səhiyyə və Təhsil  nazirliklərinin müvafiq mütəxəssislərindən ibarət komissiya yaradılmışdır. Pilot layihənin Təhsil Nazirliyi ilə razılaşdırılmış builki Fəaliyyət Planına əsasən 7 nömrəli xüsusi internat məktəbinin nəzdində reabilitasiya mərkəzinin və sosial işçilərdən ibarət "qeyt-kipinq" komandasının yaradılması nəzərdə tutulmuşdur.

Təqdimatda qeyd olundu ki, bu istiqamətdə "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" adlı yeni pilot layihənin həyata keçirilməsi də nəzərdə tutulur.

Dövlət Proqramının  icrası yönündə həyata keçirilməsi nəzərdə tutulan digər bir layihə - "Himayədar (foster) qayğı sisteminin yaradılması"  pilot  layihəsi haqqında ətraflı məlumat verən M.Hacıyeva valideyn himayəsindən məhrum uşaqların ailədə yaşamaq hüququnu təmin etmək məqsədilə onlar üçün ailəni əvəz edən alternativ xidmətlərin yaradılması işinə də başlandığını söylədi. Qeyd etdi ki, bu məqsədlə Avstriyanın Hilfsverq təşkilatı ilə birgə layihə hazırlanmış və Avropa Komissiyasına təqdim olunmuşdur. Layihənin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar (foster) ailə sisteminin yaradılmasıdır. Layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşdirmə mexanizmləri hazırlanacaqdır. Layihənin icra müddəti ərzində himayədar ailə olmaq istəyi ilə müraciət edənlər içərisindən 50 namizəd ailə və Əzizbəyov rayonu ərazisindəki internat məktəblərində yaşayan və övladlığa verilməsi mümkün olmayan, himayədar ailələrə veriləcək 50 nəfər uşaq seçiləcəkdir. Layihəyə əsasən övladlığa, qəyyumluğa və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik həcmli ev yaradılacaq, eyni zamanda uşaqların müəssisələrə düşməsinin qarşısının alınması, onların müdafiəsinin həyata keçirilməsi üçün 25 nəfər sosial işçi hazırlanacaqdır.  Kiçik qrup evləri Əzizbəyov rayonu ərazisində tikiləcək və həmin müəssisələrin işçiləri tərbiyəçi qismində buradakı işə cəlb ediləcəkdir.

Daha sonra idarə rəisi təqdimatında ailə və uşaqlarla işləyən sosial işçilərin hazırlanması məsələlərinə toxunaraq bildirdi ki, çətin həyat şəraitində olan ailələr və uşaqların sosial-psixoloji reabilitasiya və inteqrasiyasını  həyata keçirməklə onlara peşəkarcasına yardım göstərən və  problemlərini həll edən sosial işçilərin hazırlanması istiqamətində də ilk addımlar atılmış, BDU-da 2005-ci ildə magistr, 2008-ci ildən isə bakalavr pilləsi üzrə sosial iş ixtisası açılmışdır.

Eyni zamanda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 2010-2011-ci tədris ilində ixtisasdəyişmə kursu təşkil olunacaqdır.

Qeyd olunan fəaliyyətlərin Dövlət Proqramının idarəolunması üzrə İşçi Qrupu tərəfindən həyata keçirildiyini deyən M.Hacıyeva işin həcminin geniş, fəaliyyətin çoxşaxəli olması, Dövlət Proqramından irəli gələn bir sıra mühüm vəzifələrin kompleks şəklində yerinə yetirilməsinin zəruriliyi  nəzərə alınaraq,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli, 5 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin  yaradıldığını qeyd edib, rəhbəri olduğu həmin idarənin qarşısında duran əsas vəzifələri diqqətə çatdırdı.

Təqdimatda Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən təbliğat və əməkdaşlıq işlərindən də söhbət açıldı. Qeyd olundu ki, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi Avropa Birliyi və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Avropa Sosial Şəbəkəsinin üzvüdür.

İdarə rəisi UMS-nin tərkib hissələrindən biri olan uşaqlar üçün qaynar xətt xidmətinin təşkilinə də toxunaraq bildirdi ki, cari ilin 18 fevral tarixində "Uşaq Qaynar Xətt" xidməti fəaliyyətə başlamışdır. Uşaqlara psixoloji yardım üçün yaradılmış xidmətə daxil olan zənglər pulsuzdur. Xidmət 24 saat fəaliyyət göstərir.

"Uşaq Qaynar Xətt"inə uşaqlar ehtiyacları olduğu zaman müraciət edərək, onları narahat edən mövzu haqqında danışa bilərlər. "Uşaq Qaynar Xətt" xidmətində çalışan üç nəfər psixoloq, sosial işçi və bir nəfər komanda rəhbəri uşağa ilkin psixoloji yardım, dəstək, reabilitasiya və bərpa mərkəzlərinə və digər xidmətlərə  yönləndirmə, habelə təxirəsalınmaz köməklik göstərir.

Uşağın köməksiz qaldığı hallarda onun vaxtında aşkarlanması, zərərli hallardan qorunması və müdafiə ilə təmin edilməsi üçün "Qaynar xətt" xidməti QHT - Alyansı tərəfindən mini avtobus ilə təmin edilmişdir.

Eyni zamanda bildirildi ki, məlumatlandırmanı daha səmərəli həyata keçirmək üçün "Uşaqlar üçün keyfiyyət standartları" adlı vəsait çap edilmiş, "Düşüncələrin, prinsiplərin və həyat tərzinin dəyişdirilməsi (3 cilddə)" adlı kitablar tərcümə və nəşr olunmuş və əlaqədar dövlət qurumlarına, bu sahədə çalışan QHT-lərə, 55 dövlət uşaq müəssisəsinə paylanmışdır. Bunlarla yanaşı, "Uşaqlar ailədə böyüməlidir" adlı maarifləndirmə bukleti çap edilmişdir.

M.Hacıyeva təqdimatının sonunda qarşıda duran vəzifələrdən də söz açıb uşaqların müdafiəsi üzrə milli strategiyanın hazırlanması, ölkədə vahid Uşaq Müdafiə Sisteminin (UMS) yaradılması, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, bioloji və alternativ ailələrə verilməsinin təmin edilməsi, alternativ xidmətlərin yaradılması və ölkə üzrə tətbiq edilməsi, 2009-2015-ci illər ərzində transformasiyası nəzərdə tutulan müəssisələrin tipinin dəyişdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırdı.

Təhsil naziri Misir Mərdanov "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası ilə bağlı görülmüş işləri, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib idarə rəisi Məlahət Hacıyevanın bu məsələlərdə  yüksək peşəkarlıq nümayiş etdirdiyini söylədi. Nazir "Uşaq Qaynar Xətt" xidmətinin təşkili ilə bağlı fikirlərini də tədbir iştirakçıları ilə bölüşərək bu xidmətin işinin daha da canlandırılması və təsirli vasitəyə çevrilməsi üçün ona lazımi şəraitin yaradılmasını, müstəqil bir şöbəyə çevrilməsini zəruri saydığını bildirdi. Nazir yeni yaradılmış De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi üçün 15 ştat vahidi nəzərdə tutulsa da, hazırda burada 5-6 nəfər əməkdaşın çalışdığını, gələcəkdə zərurət yarandıqca işçilərin sayının artırılacağını da diqqətə çatdırdı.

Sonda tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib müvafiq təkliflər verdilər. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Mart 2010 - ¹10
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Bakının on məktəbinin direktoru vəzifəsindən azad edildi
 
"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi
 
Qəbələdə daha iki məktəb binası tikildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı təqdimat dinlənildi
 
Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalandı
 
Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü
 
Səfir Azərbaycan Dillər Universitetində olub
 
Müasir elmi problemlər araşdırılır
 
Qələbənin 65 illiyi ilə əlaqədar tədbir keçirilib
 
Pascal dilində qrafikqurma operatorlarının öyrədilməsi metodikası
 
Naxçıvan və İrəvanın işğal dönəminin tarixinə dair monoqrafik tədqiqat
 
Almaniyalı professor BSU-da mühazirə oxuyub
 
Tələbələrin elmi-tədqiqat işlərinə həsr olunmuş konfrans keçirilib
 
"Təbiəti qoruyaq" mövzusunda "dəyirmi masa"
 
Görkəmli kinoşünasın yubileyi qeyd edilib
 
"Təhsilin əsasları" fənninin ilk semestrdə tədrisi nə göstərir
 
Məktəbdə "Məzun günü"
 
Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci
 
Yeri görünən insan
 
"Sağlam həyat tərzi və idman" devizi altında
 
Qızlar arasında voleybol yarışı keçirilib
 
Pəhləvanlarımız finalda erməni rəqiblərinə qalib gəliblər
 
Uşaqlar bacarıqlarını nümayiş etdirəcəklər
 
Məktəblilər arasında ekoloji breyn-rinq yarışması
 
Dünya universitetləri: Paris Ali Normal Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov