Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Mart 2010 - 10

 

Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalandı

Bookmark and Share

Martın  9-da Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üzrə birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirildi. Təhsil Nazirliyində təşkil edilən tədbirdə nazirliyin məsul şəxsləri, sənədi imzalayacaq təşkilat və qurumların nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.

Mərasimi açan təhsil naziri Misir Mərdanov giriş sözündə "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı  (2006-2015-ci illər)"nın ölkəmizdə uğurla həyata keçirilməsindən bəhs etdi. Proqram çərçivəsində görülən işlər haqqında məlumat verən nazir bildirdi ki, işə başlayarkən Azərbaycanda 50-si Təhsil Nazirliyinin, 3-ü Səhiyyə Nazirliyinin, 2-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla cəmi 55 dövlət uşaq müəssisəsi var idi. Həmin müəssisələrdə tərbiyə alan 14389 uşaqdan 10334 nəfəri yalnız təhsil almaq məqsədi ilə gəlirdi, 4055 nəfər isə həm də gecələyirdi.

Görülən işlərin nəticəsində artıq 9 müəssisə transformasiya olunaraq ümumtəhsil məktəbinə çevrilib. Bu gün dövlət müəssisələrində təlim-tərbiyə alan 10054 uşaqdan 3960 nəfəri orada gecələyir, 6094 nəfər isə yalnız təhsil alır və gecəni ailəsi ilə birlikdə keçirir. Hazırda fəaliyyət göstərən 46 dövlət müəssisəsindən 41-i Təhsil Nazirliyinin tabeliyindədir. Digər 2 nazirliyin - Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyindəki xüsusi məktəblərdə isə daha ağır problemləri olan uşaqlar təlim-tərbiyə alır və bu müəssisələrin transformasiya olunması üçün çox ciddi işlərin aparılması tələb olunur.

Nazir dövlət başçısının və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi diqqət və qayğı göstərdiklərini qeyd edərək son illər ölkəmizdə uşaq evləri və internat  məktəblərinin əsaslı təmir olunması, yenidən qurulması istiqamətində görülmüş mühüm işlərdən danışdı.

Müvafiq Dövlət Proqramı çərçivəsində bir sıra layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyən Misir Mərdanov daha sonra bu gün imzalanacaq sənədlə bağlı məlumatı mərasim iştirakçılarının diqqətinə çatdırdı.

Qeyd edək ki, dövlət uşaq müəssisələrinin və orada yaşayan uşaqların qiymətləndirilməsi və toplanmış məlumatların təhlili əsasında Dövlət Proqramının icra mexanizmləri hazırlanmışdır. Onların sınaqdan keçirilməsi məqsədilə müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi ilə əlaqədar layihə hazırlanmış, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və BMT-nin Uşaq Fondu (YUNİSEF) tərəfindən bu işin birgə həyata keçirilməsi üçün razılaşma əldə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 fevral 2010-cu il tarixində birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalamaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalamışdır.

"Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin  məqsədi pilot seçilmiş rayonda uşaqların bioloji və ya alternativ ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması prosesinin həyata keçirilməsi üçün vahid uşaq müdafiə sisteminin təmin edilməsidir.

Pilot layihə çərçivəsində Təhsil Nazirliyi tərəfindən uşaqların müəssisəyə düşməsinin qarşısının alınması, müəssisələrdə yaşayan uşaqlar üçün alternativ qayğının təşkili, ailələrinə verilmiş uşaqların vəziyyətinə nəzarət edən sistemin yaradılması, təhsildən kənarda qalan və sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb edilməsi həyata keçiriləcəkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosialyönümlü icma əsaslı xidmətlərin yaradılması, sosial işçilərin hazırlanması, aztəminatlı ailələr üçün sosial reabilitasiya proqramı, alternativ ailələr üçün sosial müavinətlərin və maddi yardımın məbləği barədə təkliflərin verilməsini həyata keçirəcəkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rayonlar səviyyəsində təbliğat və maarifləndirmə işinin aparılması, Uşaq Hüquqları Konvensiyası barədə əhalinin məlumatlandırılması (müşavirələr, plakatlar, bukletlər və s.), pilot seçilmiş rayonlarda uşaqların hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə əlaqədar qurumların nümayəndələri ilə "dəyirmi masa"ların keçirilməsi, rayonlar səviyyəsində uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə risk qrupuna daxil olan uşaqların valideynlərinin maarifləndirilməsi, kütləvi informasiya vasitələrinin nümayəndələri üçün alternativ qayğı və uşaq müdafiəsi sistemi barədə treninqləri həyata keçirəcəkdir.

YUNİSEF uşağın ailə mühitində böyümək hüququ barədə ictimai maarifləndirmənin aparılmasını, uşaqların müdafiə və qayğı xidmətlərinin yaradılması istiqamətində təlimatların, standartların, pilot seçilmiş müəssisələrdə yaşayan uşaqların fərdi qayğı planının tərtib edilməsi metodologiyasının hazırlanmasında texniki yardım göstərəcək və layihənin qiymətləndirilməsi barədə yekun hesabatı hazırlayacaqdır.

Artıq pilot seçilmiş Əzizbəyov və Suraxanı rayonlarında 2009-cu ilin iyun-avqust aylarında Təhsil Nazirliyi və YUNİSEF tərəfindən birgə sorğular keçirilmişdir. Eyni zamanda pilot rayon ərazisində yerləşən müvafiq dövlət qurumunun rəhbəri ilə aparılmış fərdi müsahibələrdə uşaqların müdafiəsi sahəsində digər dövlət qurumları ilə əməkdaşlıq əlaqələrinin vəziyyəti araşdırılmışdır.

Hazırda bu təhlillər əsasında rayonların sosial xəritəsi hazırlanır. Xəritə ABŞ-ın Vaşinqton Universitetinin əməkdaşları tərəfindən hazırlanacaq və layihənin həyata keçirilməsi üçün rayondakı mövcud vəziyyət barədə ətraflı məlumat əldə olunacaqdır.

Layihənin həyata keçirilməsi nəticəsində uşaqların müəssisələrə düşməsinin qarşısı alınacaq, onları müdafiə edəcək vahid sistem yaradılacaq, alternativ ailə qayğı sistemi və icma əsaslı sosial xidmətlər təşkil ediləcək, övladlığa, qəyyumluğa və himayəyə veriləcək uşaqlar və namizəd ailələr üzrə məlumat bankı yaradılacaqdır.

Misir Mərdanov bildirdi ki, Anlaşma Memorandumunun əsas prinsipi uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması istiqamətində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF arasında müəyyən öhdəliklər əsasında əməkdaşlığın qurulmasıdır. Memorandumun əsas mahiyyəti aidiyyəti qurumlar ilə "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin planlaşdırılması, maliyyə və texniki dəstək göstərərək onun icra olunması istiqamətində müvafiq vəzifələrin həyata keçirilməsindən ibarətdir.

Sonra imzalanma mərasimi oldu. "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üzrə birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard  imzaladılar.

Mərasimdə çıxış edən Mark Herevard, Füzuli Ələkbərov və Hicran Hüseynova Memorandumu uşaqların müdafiəsi və hüquqlarının qorunması sahəsində atılan önəmli addım kimi dəyərləndirdilər.

Sonda müvafiq qurumların rəhbərləri media nümayəndələrini maraqlandıran sualları cavablandırdılar. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Mart 2010 - 10
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Bakının on məktəbinin direktoru vəzifəsindən azad edildi
 
"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi
 
Qəbələdə daha iki məktəb binası tikildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı təqdimat dinlənildi
 
Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalandı
 
Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü
 
Səfir Azərbaycan Dillər Universitetində olub
 
Müasir elmi problemlər araşdırılır
 
Qələbənin 65 illiyi ilə əlaqədar tədbir keçirilib
 
Pascal dilində qrafikqurma operatorlarının öyrədilməsi metodikası
 
Naxçıvan və İrəvanın işğal dönəminin tarixinə dair monoqrafik tədqiqat
 
Almaniyalı professor BSU-da mühazirə oxuyub
 
Tələbələrin elmi-tədqiqat işlərinə həsr olunmuş konfrans keçirilib
 
"Təbiəti qoruyaq" mövzusunda "dəyirmi masa"
 
Görkəmli kinoşünasın yubileyi qeyd edilib
 
"Təhsilin əsasları" fənninin ilk semestrdə tədrisi nə göstərir
 
Məktəbdə "Məzun günü"
 
Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci
 
Yeri görünən insan
 
"Sağlam həyat tərzi və idman" devizi altında
 
Qızlar arasında voleybol yarışı keçirilib
 
Pəhləvanlarımız finalda erməni rəqiblərinə qalib gəliblər
 
Uşaqlar bacarıqlarını nümayiş etdirəcəklər
 
Məktəblilər arasında ekoloji breyn-rinq yarışması
 
Dünya universitetləri: Paris Ali Normal Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov