Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Mart 2010 - 10

 

Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü

Bookmark and Share

Odlar yurdu Azərbaycan  tükənməz təbii sərvətləri ilə yanaşı görkəmli dahi şəxsiyyətləri, söz və sənət adamları, elm xadimləri ilə hər zaman qürur və iftixar mənbəyi olub. Haqqında söhbət açacağımız insan, müasir Azərbaycan elmini dünya səviyyəsində tanıdan, Azərbaycan  Milli Elmlər Akademiyasının  müxbir üzvü, fizika-riyaziyyat elmləri  doktoru Vəli Hüseynovdur.

Tükənməz  elmi potensiala, zəngin məlumat bazasına və  təşkilatçılıq  imkanlarına  malik, yorulmaz  fəaliyyəti  sayəsində   fizika  elmində  mühüm nailiyyətlər əldə etmiş Vəli  Hüseynovun  həyat  yolu və elmi fəaliyyəti çox zəngindir.

Vəli Allahverdi oğlu Hüseynov 1 fevral 1964-cü ildə Naxçıvan  MR Ordubad  rayonunun  Behrud  kəndində  anadan olub, 1988-ci ildə M. V. Lomonosov  adına  Moskva  Dövlət Universitetinin fizika fakültəsini, 1994-cü ildə isə MDU-nun fizika fakültəsinin nəzəri fizika ixtisası üzrə əyani aspiranturasını bitirib. 1994-cü  ildə  o, Moskva  Dövlət  Universitetində namizədlik  dissertasiyası   müdafiə  edərək  fizika-riyaziyyat elmləri  namizədi alimlik  dərəcəsini alıb, 2003-cü  ildə  Naxçıvan  Dövlət  Universitetinin  Ümumi  və  nəzəri fizika kafedrasının  müdiri seçilmiş və həmin ildə Bakı Dövlət Universitetində "Xarici  maqnit  sahəsində lepton prosesləri" mövzusunda  doktorluq  dissertasiyası müdafiə  edərək fizika-riyaziyyat elmləri doktoru adını qazanıb. 2003-2010-cu  illərdə  Naxçıvan  Dövlət   Universitetinin  elmi  işlər  üzrə  prorektoru olub, 2004-2010-cu illərdə  həm də Azərbaycan Milli Elmlər Akademiyasının  Naxçıvan Bölməsinin  Təbii  Ehtiyatlar   İnstitutunun  Fiziki  tədqiqatlar  laboratoriyasının  rəhbəri  kimi fəaliyyət  göstərib.   60-dan çox elmi əsərin müəllifidir. Elmi   məqalələri   Azərbaycan, ABŞ, Böyük Britaniya və  Şimali İrlandiya Birləşmiş  Krallığı, Yaponiya, Almaniya, İtaliya, Rusiya, Bolqarıstan, Türkiyə,  Sinqapur və digər ölkələrin elmi jurnal və məcmuələrində, o cümlədən, "Physical  Review  D", "Journal of physics G: Nuclear and Particle physics", "Yadernaya fizika" kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin  2007-ci il 16 oktyabr tarixli Sərəncamı  ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. Elmi xidmətlərinə görə akademik H.M.Abdullayev adına mükafatın laureatıdır. Müxtəlif illərdə TEMPUS, İntas, Beynəlxalq Astronomiya Birliyi, Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyi, Alman Tədqiqat Birliyi, Rusiya Fundamental Tədqiqatlar qrantını qazanıb.

Bu yaxınlarda isə həmyerlimiz daha böyük bir uğurla həmkarlarını sevindirib. Elementar  zərrəciklər   fizikası  sahəsində  beynəlxalq  miqyasda tanınmış   alim  Vəli  Hüseynov İngiltərənin Kembric şəhərindəki Beynəlxalq  Bioqrafiya Mərkəzi tərəfindən elementar zərrəciklər fizikası və astrofizika sahəsindəki elmi nailiyyətlərinə görə beynəlxalq Eynşteyn  mükafatına layiq görülüb.

Bu günlərdə isə Vəli  Hüseynov məsul bir vəzifəyə - Azərbaycan Respublikasının Prezidenti yanında  Ali  Attestasiya  Komissiyası  sədrinin  müavini  vəzifəsinə  təyin olunub.

Biz də öz növbəmizdə böyük alimi bu nailiyyətinə  görə  təbrik edir,   elmdə  daha uca  zirvələri  fəth  etməyi arzulayırıq. 

Nərmin CƏFƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Mart 2010 - 10
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Bakının on məktəbinin direktoru vəzifəsindən azad edildi
 
"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi
 
Qəbələdə daha iki məktəb binası tikildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı təqdimat dinlənildi
 
Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalandı
 
Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü
 
Səfir Azərbaycan Dillər Universitetində olub
 
Müasir elmi problemlər araşdırılır
 
Qələbənin 65 illiyi ilə əlaqədar tədbir keçirilib
 
Pascal dilində qrafikqurma operatorlarının öyrədilməsi metodikası
 
Naxçıvan və İrəvanın işğal dönəminin tarixinə dair monoqrafik tədqiqat
 
Almaniyalı professor BSU-da mühazirə oxuyub
 
Tələbələrin elmi-tədqiqat işlərinə həsr olunmuş konfrans keçirilib
 
"Təbiəti qoruyaq" mövzusunda "dəyirmi masa"
 
Görkəmli kinoşünasın yubileyi qeyd edilib
 
"Təhsilin əsasları" fənninin ilk semestrdə tədrisi nə göstərir
 
Məktəbdə "Məzun günü"
 
Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci
 
Yeri görünən insan
 
"Sağlam həyat tərzi və idman" devizi altında
 
Qızlar arasında voleybol yarışı keçirilib
 
Pəhləvanlarımız finalda erməni rəqiblərinə qalib gəliblər
 
Uşaqlar bacarıqlarını nümayiş etdirəcəklər
 
Məktəblilər arasında ekoloji breyn-rinq yarışması
 
Dünya universitetləri: Paris Ali Normal Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov