Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Mart 2010 - ¹10

 

Qələbənin 65 illiyi ilə əlaqədar tədbir keçirilib

Bookmark and Share

Martın 10-da Azərbaycan Texniki Universitetində faşizm üzərində qələbənin 65 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə universitetin professor-müəllim və tələbə heyəti, İkinci Dünya müharibəsi veteranları, Respublika Veteranlar Şurasının nümayəndələri və digər qonaqlar iştirak edirdilər. Öncə iştirakçılar İkinci Dünya müharibəsində və Qarabağ savaşında şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov bildirdi ki, İkinci Dünya müharibəsi  bəşər tarixinin ən dəhşətli, qanlı faciəsidir. Qeyd edildi ki,700 mindən çox vətəndaşımız həmin müharibədə iştirak etmiş, bunlardan 300 min  nəfərə yaxını həlak olmuşdur. Döyüşçülərimizdən 50 nəfərə yaxını göstərdikləri qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, on minlərlə iştirakçı isə müxtəlif orden və medallarla təltif edilmişdir.

Sonra H.Məmmədov ulu öndər Heydər Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına olan diqqət və qayğısından söhbət açaraq bildirdi ki, ümummilli liderimizin qoyduğu bu ənənə hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.

Sonra Respublika Veteranlar Şurasının üzvü, İkinci Dünya müharibəsi veteranı, istefada olan general-mayor Bahadur Hüseynov, Az.TU-nun fəlsəfə və politologiya kafedrasının müdiri, İkinci Dünya müharibəsi veteranı, fəlsəfə elmləri doktoru, professor Fərrux Ramazanov və digər çıxış edənlər  müharibənin dəhşətlərindən söz açıb, qələbənin 65 illiyi münasibətilə veteranları təbrik etdilər.

Belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən veteranlar ölkə başçısı İlham Əliyevə və universitetin kollektivinə minnətdarlıqlarını bildirdilər. 

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Mart 2010 - ¹10
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Bakının on məktəbinin direktoru vəzifəsindən azad edildi
 
"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi
 
Qəbələdə daha iki məktəb binası tikildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı təqdimat dinlənildi
 
Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalandı
 
Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü
 
Səfir Azərbaycan Dillər Universitetində olub
 
Müasir elmi problemlər araşdırılır
 
Qələbənin 65 illiyi ilə əlaqədar tədbir keçirilib
 
Pascal dilində qrafikqurma operatorlarının öyrədilməsi metodikası
 
Naxçıvan və İrəvanın işğal dönəminin tarixinə dair monoqrafik tədqiqat
 
Almaniyalı professor BSU-da mühazirə oxuyub
 
Tələbələrin elmi-tədqiqat işlərinə həsr olunmuş konfrans keçirilib
 
"Təbiəti qoruyaq" mövzusunda "dəyirmi masa"
 
Görkəmli kinoşünasın yubileyi qeyd edilib
 
"Təhsilin əsasları" fənninin ilk semestrdə tədrisi nə göstərir
 
Məktəbdə "Məzun günü"
 
Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci
 
Yeri görünən insan
 
"Sağlam həyat tərzi və idman" devizi altında
 
Qızlar arasında voleybol yarışı keçirilib
 
Pəhləvanlarımız finalda erməni rəqiblərinə qalib gəliblər
 
Uşaqlar bacarıqlarını nümayiş etdirəcəklər
 
Məktəblilər arasında ekoloji breyn-rinq yarışması
 
Dünya universitetləri: Paris Ali Normal Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov