Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Mart 2010 - 10

 

Müəllim hazırlığına yeni yanaşmalar

"Təhsilin əsasları" fənninin ilk semestrdə tədrisi nə göstərir

Bookmark and Share

Təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının artdığı, təhsil islahatlarının sistemli şəkildə həyata keçirildiyi, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)"nın və müəllim hazırlığının (pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma) keyfiyyətinin yüksəldilməsi bir tələb kimi qarşıya qoyulduğu vaxtda "Təhsilin əsasları" fənninin ali pedaqoji təhsil müəssisələrində tədrisinin zəruriliyi xeyli artmışdır.

Fikrimizcə, "Təhsilin əsasları" fənninin tədrisi gələcək müəllimlərin təhsil islahatının müvəffəqiyyətlə həyata keçirilməsində yaxından iştirak etməsini, yalnız nəzəri cəhətdən məlumatlı müəllim kimi deyil, həm də praktik baxımdan səriştəli, yeni təlim texnologiyalarından səmərəli istifadə edə bilən pedaqoji kadr kimi  hazırlanmasına imkan verəcək, onlar nəticə etibarı ilə ümumi təhsilin keyfiyyətini yüksəldə biləcəklər.

Hazırda bu kursu öyrənən tələbələr əmindirlər ki, onlar həm nəzəri, həm də praktik baxımdan peşəkar müəllimlər  kimi hazırlanacaqlar; müasir yanaşmaların və yeni fənn kurikulumlarının uğurlu tətbiqinə nail olacaqlar;  ümumi təhsilin keyfiyyətini yüksəltmək üçün lider, yaradıcı, tədqiqatçı kadr kimi hazırlanacaqlar.

I semestrin nəticələri göstərir ki,  tələbələr "Təhsilin əsasları" fənninin vəzifələrini düzgün olaraq aşağıdakı kimi müəyyənləşdirmişlər;

- pedaqoji təfəkkürləri müasir tələblərə uyğun formalaşdırılır;

- təhsil siyasətini həyata keçirən, nəzəri biliklərini peşəkarlıqla tətbiq edə bilən, daim öz peşə ustalığını inkişaf etdirən və aşağıdakı praktik bacarıqlara malik müəllim kimi hazırlanırlar;

-Təlim prosesində şagird şəxsiyyətini ön plana çəkməli;

- Uğurlu müəllim-şagird, məktəb-ailə münasibətləri yaratmalı;

- Öyrənmə prosesini təlimin təşkilinə verilən müasir tələblər səviyyəsində qurmalı;

- Şagird nailiyyətlərini qiymətləndirməyin üsul və vasitələrindən uğurla istifadə etməli;

- Qiymətləndirmə nəticələrinin təhlilinə əsasən müvafiq qərarlar qəbul etməyi bacarmalı.

Müəllim hazırlığında "Təhsilin əsasları" fənninin tədrisi həm də ona görə vacibdir ki, indi müəllim şəxsiyyət, vətəndaş, idarəçi, tədqiqatçı, praktik, təsərrüfatçı kimi hazırlığa malik olmalıdır. Ona görə də "Təhsilin əsasları" fənninin məzmun xətləri aşağıdakılar kimi müəyyənləşdirilib:

-Təhsil fəlsəfəsi və təlim prosesi

- Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı

- Təhsildə dövlət siyasəti

- Kurikulum və onun elmi-nəzəri əsasları

- Təhsilin metodoloji (praktik) əsasları

- Təhsilin iqtisadiyyatı.

2009-2010- cu tədris ilinin birinci semestrində birinci iki məzmun xətti öyrənilmişdir.

Həmin məzmun xətlərini öyrənmiş tələbələrin imtahan vaxtı verdikləri cavablara əsaslanaraq söyləyə bilərik ki, onlar təhsil fəlsəfələrini öyrənməklə nəzəriyyə ilə praktikanı əlaqələndirməyi bacarırlar; təhsillə bağlı öz dünyagörüşlərini - təhsil fəlsəfələrini müəyyənləşdirə bilirlər; formalaşmış təhsil dünyagörüşünün onların pedaqoji fəaliyyətinin keyfiyyətinə təsirinə nail olurlar.

Öz təhsil fəlsəfəsini müəyyən edən, öyrənən müəllim, şagird və təlim-tədris prosesinə verilən tələbləri şərh etməyi;  Azərbaycanda pedaqoji fikrin tarixi haqqında tədqiqatların  nəticələrini təqdim etməyi bacarır. Cəmiyyətin (bölgənin, şəhərin, kəndin) təhsillə bağlı ehtiyaclarını araşdırmağı bilir, nəticələr barədə məlumat verməyi, təlim prosesində tətbiq etməyi bacarır, təhsillə bağlı ehtiyaclarının hüquqi sənədlərdə necə təsbit edildiyini tədqiqat aparmaqla  müəyyən edir və bunu təlim prosesi ilə əlaqələndirir.

Fəlsəfə bəşəriyyətin mənəvi mədəniyyətinin ən qədim və dəyərli sahəsidir. Ümumdünya fəlsəfi fikrini, eləcə də ayrılıqda hər bir xalqın milli fəlsəfəsini  mənimsəmədən yeni cəmiyyət qurucularının yetkin şəxsiyyət kimi formalaşdırılması mümkün deyildir. Fəlsəfə hamı üçün lazımdır, çünki müasir şəraitdə hər bir fəaliyyət üçün tənqidi təfəkkür zəruridir ki, onu da ancaq fəlsəfə formalaşdırır. Fəlsəfəni bilmək kamil şəxsiyyətin zəruri keyfiyyətlərinin  insanda formalaşmasına kömək edir, həqiqətə, xeyirxahlığa  yiyələnməyə şərait yaradır.

"Təhsilin əsasları" fənninin tədrisinə başladığımız ilk günlərdə tələbələrə "Siz özünüzün və digərlərinin təhsil fəlsəfələrini necə müəyyən edə bilərsiniz" sualı ilə müraciət etdikdə onlar deyirdilər ki, məgər hər bir insanın  təhsil fəlsəfəsi olur?  Sonralar onlar əmin oldular ki, insanlara müəyyən suallar verməklə, müəllimin dərsini müşahidə etməklə, elmi-tədqiqat işlərinin məzmunu ilə tanış olmaqla alimlərin, şairlərin şeirlərini, yazıçıların əsərlərini oxumaqla onların da fəlsəfi fikirləri, o cümlədən təhsil fəlsəfələri haqqında fikir söyləmək mümkündür. Sonralar tələbələrdən soruşduqda ki, bunlar bizə, xüsusilə gələcəyin müəlliminə nə üçün lazımdır? Onlar doğru olaraq söylədilər ki, bu, bizə öz təhsil fəlsəfəmizi müəyyənləşdirməklə, təlim-tədris prosesini, müəllim-şagird münasibətlərini qurarkən yeni təhsil yanaşmalarından çıxış etmək, ölkəmizdə təhsilə verilən müasir tələblər baxımından fəaliyyətimizi qura bilmək üçün lazımdır. Müəllim ona nail olmalıdır ki, onun sinifdəki fəaliyyəti dövlətin təhsil siyasəti ilə üst-üstə düşsün, müəyyən edilmiş təhsil standartlarının reallaşmasına nail olunsun.

İlk vaxtlarda tələbələr arasında belə düşünənlər vardır ki, nə üçün bu gün yeni təhsil yanaşmalarına bu qədər əhəmiyyət verilir. Qərbin təhsil təcrübəsinin Azərbaycan məktəbinə bu qədər geniş şəkildə tətbiqi nə dərəcədə məqsədəuyğundur? Sonralar dərs zamanı onların apardıqları araşdırmalardan məlum oldu ki, şəxsiyyətin formalaşmasında müstəsna əhəmiyyət daşıyan yeni redaqoji yanaşmalar təhsilimiz üçün göründüyü qədər də yeni məsələ deyildir. Onlar araşdırmalarla müəyyən etdilər ki, N.Gəncəvi, Ə.Marağayi, N.Tusi, M.F.Axundov, F.Köçərli, H.Zərdabi, Ü.Hacıbəyov və başqa mütəfəkkirlərin və maarifçi demokratların dünyagörüşlərində təhsilə verilən  müasir tələblər baxımından çox maraqlı fikirlər vardır. Mütəfəkkirlərin təhsil fəlsəfələrini araşdıran tələbələrdən birinin M.F.Axundov haqqında apardığı qeydlərinə nəzər yetirək:

M.F.Axundov kamil insanın tərbiyəsi üçün 3 mühüm amilin  olmasını irəli sürürdü. O, bu fikrini  H.Zərdabiyə yazdığı məktubunda belə ifadə edirdi: "Ey alim Həsən bəy! Sən hər cür qəzetində biz müsəlmanlara, müsəlman tayfasına elmin fəzilətin və faydasını bildirib bizə hey təklif edirsən ki, elm öyrənin, elm öyrənin!... Çox yaxşı, fikirlərin qiymətli və əvəzsizdir. Biz sizin nəsihətinizi eşidib elm öyrənməyə hazırıq. Bizə de görək, elmi harada öyrənək, kimdən öyrənək və hansı dildə öyrənək? Sizin arzularınız o vaxt yerinə yetər ki, hətta bizim çobanlarımız da oxumaq, yazmaq bilərlər, qadınlarımız da oxumaq bilər".

M.F.Axundov "harada öyrənək" deyərkən məktəblərin, "kimdən öyrənək" deyərkən müəllimlərin olmadığından şikayətlənirdi. Və müəllim kadrlarının hazırlanmasını zəruri sayırdı. Müəllim kadrları hazırlayan müəssisə - seminariya yox idi. M.F.Axundov Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinin açılmasına çox səylə çalışırdı.

Böyük mütəfəkkir "hansı dildə öyrənək" deyərkən təlimin ana dilində aparılmasını zəruri sayırdı.

Tələbələr araşdırmalar yolu ilə digər mütəfəkkirlərin də müasir dövrlə səsləşən fikirlərini müəyyənləşdirmişlər.

"Təhsilin əsasları" fənninin tədrisinin ilk günlərindən tələbələr oxuduqları müddətdə müəllimlərinin uğurlu və uğursuz dərslərindən xeyli misallar söyləmişlər.

I semestrin nəticələrinin təhlili "Təhsilin əsasları" fənninin praktik müəllim hazırlığı üçün əhəmiyyətli olmasını, təhsilə verilən müasir tələblər baxımından vacibliyini, dövlətin təhsillə bağlı hüquqi sənədlərinin tələblərinin həyata keçirilməsində böyük əhəmiyyətə malik olmasını, tələbələrin bu fənnin tədrisinə böyük maraq göstərmələrini aşkara çıxardı.

Lakin əldə olunan nailiyyətlərlə yanaşı, müəyyən çətinliklər də vardır. Bunu, ilk növbədə, müəllim və tələbələr üçün heç olmasa istiqamətverici tövsiyələrin olmamasında görürük.

İmtahanların nəticələri, ümumiyyətlə, qənaətbəxş olsa da, tələbələrin bir qismi praktik suallara (İnternetdən istifadə ilə bağlı suallara) lazımi səviyyədə cavab verə bilməmişlər.

II semestrdə fənnin proqramına uyğun olaraq "Təhsildə dövlət siyasəti" məzmun xətti öyrəniləcəkdir.

Qarşıya qoyulmuş vəzifənin həyata keçirilməsi üçün nazirlik tərəfindən treninq keçirilmiş, müvafiq göstərişlər və istiqamətlər verilmişdir. I semestrdə olduğu kimi, II semestrdə də fənnin tədrisinə 60 saat vaxt ayrılmışdır.

Onu da xatırladaq ki, fənn praktik olduğundan dərs yarımqruplarla keçilir.  

Sirac RƏSULOV,
AMİ-nin Təhsilin idarə edilməsi
və peşə təlimi kafedrasının
dosenti, pedaqoji elmlər namizədi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Mart 2010 - 10
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Bakının on məktəbinin direktoru vəzifəsindən azad edildi
 
"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi
 
Qəbələdə daha iki məktəb binası tikildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı təqdimat dinlənildi
 
Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalandı
 
Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü
 
Səfir Azərbaycan Dillər Universitetində olub
 
Müasir elmi problemlər araşdırılır
 
Qələbənin 65 illiyi ilə əlaqədar tədbir keçirilib
 
Pascal dilində qrafikqurma operatorlarının öyrədilməsi metodikası
 
Naxçıvan və İrəvanın işğal dönəminin tarixinə dair monoqrafik tədqiqat
 
Almaniyalı professor BSU-da mühazirə oxuyub
 
Tələbələrin elmi-tədqiqat işlərinə həsr olunmuş konfrans keçirilib
 
"Təbiəti qoruyaq" mövzusunda "dəyirmi masa"
 
Görkəmli kinoşünasın yubileyi qeyd edilib
 
"Təhsilin əsasları" fənninin ilk semestrdə tədrisi nə göstərir
 
Məktəbdə "Məzun günü"
 
Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci
 
Yeri görünən insan
 
"Sağlam həyat tərzi və idman" devizi altında
 
Qızlar arasında voleybol yarışı keçirilib
 
Pəhləvanlarımız finalda erməni rəqiblərinə qalib gəliblər
 
Uşaqlar bacarıqlarını nümayiş etdirəcəklər
 
Məktəblilər arasında ekoloji breyn-rinq yarışması
 
Dünya universitetləri: Paris Ali Normal Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov