Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Mart 2010 - 10

 

Məktəbdə "Məzun günü"

Bookmark and Share

Bakıdakı 261 nömrəli məktəb-liseydə son illər diqqətəlayiq bir ənənə yaranıb: məktəbi bitirən məzunlarla hər il görüş keçirilir, onlara hədiyyələr təqdim olunur. 2003-cü ildən keçirilməyə başlamış belə "məzun günləri"ndə adətən son dərs ilində məktəbi bitirərək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələr və müxtəlif təşkilatlardan qonaqlar iştirak edirlər. Ümumiyyətlə, bu tədris ocağında məzunlarla sıx əlaqə saxlanır, onların hər bir uğuru izlənir və məktəbdə təbliğ olunur. Bu isə təlim prosesində şagirdlərə güclü ruhlandırıcı təsir göstərir.

Martın 6-da məktəb-liseydə "Məzun günü" keçirildi. Ötən il tədris ocağının 30 illiyi qeyd olunduğundan və bununla əlaqədar təntənəli mərasim keçirildiyindən "Məzun günü" təşkil olunmamışdı. Ona görə də budəfəki "Məzun günü"nə həm 2008-ci, həm də 2009-cu ilin məzunları dəvət olunmuşdu.

Şagird-aparıcılar mərasimi açıb məzunları və qonaqları salamladı, Dövlət himni ifa olundu. Sonra məktəb-liseyin direktoru Abuzər Əsədov məzunları təbrik etdi. Təbrik çıxışında A.Əsədov möhtərəm Prezidentimizin Sərəncamı ilə "Uşaq ili" elan olunmuş 2009-cu ildə təhsil ocaqlarının əldə etdikləri uğurlardan söz açdı. Qeyd etdi ki, 2007-2008-ci tədris ilində məktəb-liseyi bitirən 64 məzundan 32 nəfəri, yəni 50 faizi ali məktəblərə qəbul olunmuşdur. 2008-2009-cu tədris ilində isə bu göstərici daha da yüksəlmiş, orta təhsilini başa vurmuş 73 məzunun 55-i, yəni 77 faizi ölkənin ən nüfuzlu ali məktəblərinə daxil olmuşdur. Onlardan 5-i  600-dən çox bal toplamış, 675 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş Tural Şəfayət oğlu Talıblı isə bu uğuruna görə Prezident təqaüdünə layiq görülmüşdür.

Ötən il ali məktəblərə qəbul zamanı bütövlükdə ölkə üzrə 600-dən yüksək bal toplayanların sayının azalmasına və məzunların imtahan zamanı topladığı orta bal  göstəricisinin aşağı düşməsinə baxmayaraq 261 nömrəli məktəb-liseydə, hər iki göstərici üzrə yüksək artımın əldə olunmasını təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndirən direktor bu uğurun qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlığını bildirdi. Qeyd olundu ki, ali məktəblərə qəbulun yekunlarına görə 261 nömrəli məktəb-lisey Xətai rayonunda 2-ci, şəhər üzrə isə 6-cı yeri tutmuşdur.

Direktor tədris ocaqlarının əldə etdiyi digər uğurlara da toxunaraq diqqətə çatdırdı ki, ötən il 261 nömrəli məktəb-lisey Prezidentin Sərəncamına əsasən keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Möhtərəm Prezidentimizin Sərəncamı ilə məktəb-liseyin kimya müəllimi Zərinə Eyvazova "Əməkdar müəllim" fəxri adına  layiq görülüb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya günü münasibəti ilə "Hüquqi dövlətin əsasları" mövzusunda keçirdiyi olimpiadada məktəb-liseyin komandası I yerə çıxaraq fəxri fərman və kubokla mükafatlandırılıb. Tennis komandası isə bu idman növü üzrə keçirilən birincilikdə fərqləndiyinə görə tədris ocağına Gənclər və İdman Nazirliyi tərəfindən 2 tennis stolu hədiyyə olunub. Çıxışının sonunda direktor hazırkı 11-ci sinif şagirdlərinə ənənələri davam etdirməyi tövsiyə etdi.

Aparıcılar da musiqi nömrələri ilə növbələşən çıxışlarında qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış məzunların adlarını çəkdilər, onlara dərs demiş müəllimlərin ünvanına xoş sözlər dedilər. Məktəb-liseyin ötənilki XI "A" sinfinin uğuru xüsusi qeyd olundu. Bildirildi ki, həmin sinfi bitirmiş 19 məzundan 18-i ali məktəblərə daxil olub.

Aparıcılar habelə qəbul imtahanlarına düşən fənlər üzrə orta bal göstəricilərini, məktəb-liseyin yetirmələrinin fənn olimpiadalarındakı yüksək nəticələrini diqqətə çatdırdılar. Qeyd olundu ki, olimpiadanın rayon turunda 48 şagird iştirak edib. Onlardan 10-u şəhər turunda öz gücünü sınayıb. Bu turda 4 şagird I yerə çıxaraq respublika turunda iştirak edib. XI sinif şagirdləri Toğrul İzzətli, Səmra Mürsəlli kimya, Pərvin Mollayeva isə riyaziyyat fənləri üzrə IV yerləri tutaraq Təhsil Nazirliyinin Fəxri fərmanlarını almışlar.

Mərasimdə məktəb-liseyin direktor müavini M.Abdullayeva, məzunların oxuduqları siniflərin rəhbərləri İ.Rəhimov, N.Musayeva, X.Səfərova və başqaları, Xətai RİH təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri P.İmanov, 254 nömrəli məktəbin direktoru F.Həmzəyev, Xətai Rayon Gənclər və İdman İdarəsinin aparıcı mütəxəssisi M.Məmmədov məzunları təbrik etdilər, onlara oxuduqları, gələcəkdə çalışacaqları hər yerdə doğma məktəblərinin adını uca tutmağı, yaxşı mütəxəssis kimi yetişməyi və müəllimlərini, məktəblərini heç zaman unutmamağı arzuladılar.

Tədbirin sonunda məzunlara fəxri fərmanlar və rayon gənclər və idman idarəsinin hədiyyələri təqdim olundu.

Məktəb-liseyin istedadlı şagirdlərinin tədbir boyu ifa etdikləri mahnılar və şeirlər iştirakçılarda xoş ovqat yaratdı.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Mart 2010 - 10
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Bakının on məktəbinin direktoru vəzifəsindən azad edildi
 
"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi
 
Qəbələdə daha iki məktəb binası tikildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı təqdimat dinlənildi
 
Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalandı
 
Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü
 
Səfir Azərbaycan Dillər Universitetində olub
 
Müasir elmi problemlər araşdırılır
 
Qələbənin 65 illiyi ilə əlaqədar tədbir keçirilib
 
Pascal dilində qrafikqurma operatorlarının öyrədilməsi metodikası
 
Naxçıvan və İrəvanın işğal dönəminin tarixinə dair monoqrafik tədqiqat
 
Almaniyalı professor BSU-da mühazirə oxuyub
 
Tələbələrin elmi-tədqiqat işlərinə həsr olunmuş konfrans keçirilib
 
"Təbiəti qoruyaq" mövzusunda "dəyirmi masa"
 
Görkəmli kinoşünasın yubileyi qeyd edilib
 
"Təhsilin əsasları" fənninin ilk semestrdə tədrisi nə göstərir
 
Məktəbdə "Məzun günü"
 
Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci
 
Yeri görünən insan
 
"Sağlam həyat tərzi və idman" devizi altında
 
Qızlar arasında voleybol yarışı keçirilib
 
Pəhləvanlarımız finalda erməni rəqiblərinə qalib gəliblər
 
Uşaqlar bacarıqlarını nümayiş etdirəcəklər
 
Məktəblilər arasında ekoloji breyn-rinq yarışması
 
Dünya universitetləri: Paris Ali Normal Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov