Azərbaycan Beynəlxalq Universitetinin idman
zalında Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə "Sağlam
həyat tərzi və idman" devizi altında kütləvi
idman növlərinin nümayişi və rəsm sərgisi
keçirilib.
Çıxış edənlər 5 Mart - Bədən Tərbiyəsi və İdman
Günü münasibəti ilə təşkil olunmuş tədbirin
mahiyyəti haqqında məlumat verərək, uşaq və
gənclərin bədən tərbiyəsi və idmana maraqlarının
artırılması üçün belə tədbirlərin keçirilməsinin
vacib olduğunu qeyd ediblər.
Sonra cüdo, kapolyra, şaolin, pankration və uşu
federasiyaları nümayəndələrinin nümunəvi
çıxışları nümayiş etdirilib.
Rəsm sərgisində mükafata layiq görülmüş gənclərə
diplom və hədiyyələr təqdim olunub. |