Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - 11

 

"Novruz bayramında ikiqat sevinirəm Əməkdar müəllimlə bayramqabağı söhbət

Bookmark and Share

Həmsöhbətim Sabir Kamil oğlu Məmişov sadə bir həyat yolu keçib. 1953-cü ildə anadan olub. 1971-ci ildə orta məktəbi, 1975-ci ildə isə ali məktəbi bitirib. Ali məktəbi bitirdikdən sonra müə\llim kimi fəaliyyətə başlayıb. Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda elmi işçi işləyib. 1990-cı ildən isə Yasamal rayonundakı 20 nömrəli məktəb-liseydə riyaziyyat  müəllimi kimi fəaliyyət göstərir. Bunun 3 ilini (2002-2005-ci il) direktor müavini işləmişdir. İş təcrübəsi dəfələrlə respublika mətbuatında, radio və televiziyada işıqlandırılmış, riyaziyyatdan apardığı "açıq dərs" "Mir" telekanalı vasitəsilə MDB ölkələrində nümayiş etdirilmişdir. Riyaziyyata aid çoxlu dərs vəsaitlərinin, riyaziyyat tədrisinin aktual problemləri, ayrı-ayrı mövzuların tədrisinə dair çoxsaylı məqalə və referatların müəllifidir. Azərbaycan müəllimlərinin XII və XIII qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2007-2008-ci tədris ilində keçirilmiş "Ən vaxşı müəllim" müsabiqəsinin qalibi olub.

Bahar özü ilə ailələrə, evlərə şadlıq, sevinc bəxş edir. Novruz bayramı ərəfəsində insanlar bir-birini təbrik edir, ürəklərdə sevinc yaşanır, bir-birlərinin evlərinə gedir, söhbətləşirlər. Biz də Novruz bayramı ərəfəsində Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin qabaqcıl riyaziyyat müəllimi, respublikanın əməkdar müəllimi Sabir Məmişovla söhbət etdik.

Sabir müəllimi tapmaq o qədər də çətin olmadı. Birinci mərtəbədə oturmuş ahıl qapıçı bildirdi ki, dəhlizin axırındakı kabinet Sabir müəllimindir. Kabinetə daxil olduq. Sabir müəllim bizi görən kimi ayağa qalxdı və köhnə tanışlar kimi görüşüb hal-əhval tutduq:

- Sabir müəllim, Novruzqabağı özünüzü necə hiss edirsiniz?

- Lap yaxşı. Həmişə Novruz bayramında ikiqat sevinirəm. Düz 10 il bundan qabaq Novruz ərəfəsində ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" adına layiq görülmüşəm. Ona görə də hər dəfə Novruz gələndə daha çox sevinirəm.

- Sabir müəllim, ailə üzvləriniz neçə nəfərdən ibarətdir?

- Bir oğlum, iki qızım, üç nəvəm var. Həyat yoldaşım Nina Hüseynova evdar qadındır. Oğlum İqtisad Universitetini bitirib, Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyində işləyir. Qızım Səadət mənim yolumu  gedir, bir kollektivdə çalışırıq. Digər qızım Səbinə isə həkimdir. Övladlarımın üçü də ailə qurub.

- Düz  20 ildir ki, bu məktəbdə çalışırsınız. Hansı illəri daha çox uğurlu hesab edirsiniz?

- Doğrusu, bütün illər mənim üçün uğurlu olub. Lakin ötən il isə daha çox yetirmələrimin uğuruna sevinmişəm. Dərs dediyim şagirdlərin 57 nəfərindən 54-ü ali məktəbə, 3-ü isə orta ixtisas məktəbinə daxil olub. Şagirdlərimdən xarici ölkələrdə təhsil alanlar da çoxdur. ABŞ, Fransa, Almaniya, İngiltərənin ali məktəblərində təhsillərini davam etdirirlər. Onlar daim İnternet vasitəsilə mənimlə əlaqə saxlayır, bayramlarda təbrik edirlər.

- Dolanışığınız necədir, nə qədər əməkhaqqı alırsınız?

- Üçotaqlı evim var. Oğlumun ailəsi ilə birlikdə yaşayırıq. 350 manat əməkhaqqı alıram.

 - Bu məvacib sizi təmin edirmi?

- Desəm çatır, bu, səmimi olmaz. Yox, çatmır.

- Ailə büdcənizdə əsas nəyə daha çox pul xərcləyirsiniz?

- Əsasən ərzağa və gündəlik tələbat mallarına. Ət, yağ, meyvə daha çox yeyilir. Geyim şeylərinə də pul ayırırıq.

 - Sabir müəllim, repetitorluq edirsinizmi?

- Bəli. 20-yə yaxın şagirdim var. Onları ail məktəblərə hazırlaşdırıram. Bizdə bu işə qəribə baxırlar. Repetitorluq dünyanın bütün ölkələrində var. Hər bir vətəndaş əlavə bilgilər almaq üçün repetitora müraciət edir. Azərbaycanda bunun bir qədər ənənəvi hal almasının səbəbini valideynlərdə görürəm. Bəzi valideynlər övladlarının repetitor yanında hazırlaşması ilə "fəxr" edirlər. İkincisi, aşağı siniflərdən başlayaraq valideynlər məktəblə sıx əlaqə saxlamırlar. Məlumdur ki, orta məktəbi "3" və "4" qiymətlə bitirənlər həmin biliklə ali məktəbə qəbul ola bilməzlər. Övladları IX və X siniflərə çatdıqda valideynlərin yadına düşür ki, onlara təhsil lazımdır. Ona görə də övladlarını əlavə olaraq 4-5 fəndən repetitor yanına göndərirlər. Belə vaxtda onlar övladlarının sağlamlığı haqqında düşünmürlər. Həm gündəlik dərsə gəlmək, eyni gündə 3-4 repetitor yanına getmək şagirddə zehni yorğunluq yaradır. Bunun fəsadları isə bir neçə ildən sonra büruzə çıxır.

İndi məktəblərimizin əksəriyyətində yüksək təhsil almaq üçün hər cür şərait yaradılıb. Ölkə rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğı Azərbaycan məktəbinin gələcəyə doğru addımlamasına böyük təkan verir.

- Dərs dediyiniz şagirdlərdən hədiyyə almısınızmı?

- Səmimi deyirəm. Yox, almamışam. Cəmiyyətdə belə bir fikir var ki, indi hamı alır. Bu necə ola bilər ki, oğlum və qızım dediyin şagirdlərdən hədiyyə umasan?

- Novruz bayramını necə qarşılayırsınız? Bazarlıq etmisinizmi?

- Adətən bazarlığı oğlum Ramil edir. Azərbaycan adət və ənənələrinə uyğun bayram keçiririk. Artıq evdə paxlava, şəkərbura, qoğal bişirilib. Bayram axşamı da plov bişiriləcək, yanında bütün nemətləri ilə. Bayram şamı da almışıq.

- Sabir müəllim, xalqımıza nə arzulayardınız?

- Novruz bayramı münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Arzum budur ki, torpaqlarımız işğaldan azad olsun və biz belə bayramları Qarabağda keçirək. Müəllimlərimizə də xoşbəxtlik, səadət, çətin və şərəfli işlərində uğurlar arzulayıram.  

Söhbətləşdi:
Malik NOVRUZOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - 11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov