Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - 11

 

"Məktəb mənim işim, evim və istirahət yerimdir"

Bookmark and Share

Mehdiyev Vaqif Bəylər oğlu 1947-ci il avqustun 8-də Qərbi Azərbaycanın Zəngəzur vilayətinin  Siznək kəndində ziyalı ailəsində anadan olub. 1966-cı ildə Qafan şəhər 4 nömrəli orta məktəbin XI sinfini bitirib. Hərbi xidmətdə olub. Bir neçə istehsalat müəssisələrində fəhləlik edib. 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsini bitirib. Həmin ildən bu təhsil ocağında müəllim kimi fəaliyyətə başlayıb və 1996-cı ildən məktəbə rəhbərlik edir.

Vaqif müəllimin şənbə, bazar da daxil olmaqla həftənin bütün günləri iş yerində - məktəbdə olduğunu  eşitmişdim. Eşitdiklərimi yerində öyrənmək köhnə mərəzimdir və bu suallara cavab tapmaq üçün martın 14-də, bazar günü üz tutdum Bakıdakı 82 nömrəli məktəbə. Üçüncü - Yel çərşənbəsinin qara, ağ, qırmızı və yaşıl küləkləri əsib dayandığı üçün hava sakit və mülayim idi. Məktəbə çatanda darvaza qapısı açıq olsa da, həyətdə nə bir maşın, nə də bir ins-cins görünmürdü. Geri qayıtmaq istədim. Maraq mənə üstün gəldiyindən korpusa yaxınlaşdım, giriş qapısını açıb içəri keçdim. Geniş, səliqə-sahmanlı vestibüldə saçı və bığları düm ağarmış bir nəfərin divardan asılmış stenddəki şəkilləri səliqəyə saldığını gördüm. Qiyafəsindən gözətçiyə oxşamırdı. Tanış olduq. Zənnim məni yanıltmamışdı, məktəbin direktoru Vaqif müəllim idi.   İlk tanışlıqdan söhbətimiz şirin alınmışdı. Kabinetində oturub çay içə-içə dərdləşir, ötən acılı-şirinli günləri xəyal süzgəcindən keçirirdik.

- Bu gün bazar - istirahət günüdür. Hamı dincəlir, siz nə əcəb işdəsiniz?

- Bağım yox, bostanım yox, nə də başqa bir məşğuliyyətim. Məktəb mənim işim, evim və istirahət yerimdir. Təsadüfən bir gün məktəbə gəlməyəndə elə bil nə isə itirmişəm, nəsə çatışmır. Məktəbdə il boyu xırda və cari təmir işləri aparılmalıdır. Məsələn, bu gün məktəbin gözətçisi Elşad Əliyevlə təsərrüfat müdiri Elsevər  Orucov yuxarı mərtəbələrdə bir neçə sinif otağının xarab olmuş lampalarını dəyişirlər. Mən də stendləri səliqə-sahmana salırdım. Bunu və buna bənzər müəyyən işləri başqa günlər, tədris zamanı görmək yerinə düşmür. Dərsə mane olur. İstirahət günləri işə çıxmağı heç kimə məcbur etmirəm. Fiziki tərbiyə müəllimi Abbas Sərdarov, əmək müəllimi Bəybala İbrahimov və həmkarların sədri Əli Məmmədov da məni tək qoymur, könüllü olaraq şənbə və bazar günləri məktəbə baş çəkirlər. Lazım olarsa, bir işin qulpundan yapışırlar.

- Bu gün uşaqlarımızın təhsil almaları üçün hər cür şərait yaradılıb. Siz məktəb illərinizi necə xatırlayırsınız?   

- Müharibə təzə qurtarmışdı. İnsanlar bir qarın çörəyə möhtac idi. Rənglənmiş bezdən əllə tikilən köynək və şalvar tapıb geyinəndə sevincimizin həddi-hüdudu  olmazdı. Hər gün kəndimizdən 15 kilometrlik bir məsafəni piyada gedib Qafan şəhərində yeganə Azərbaycan məktəbi olan 4 nömrəli orta məktəbdə təhsil alırdıq. İlk müəllimim olan Sürəyya Mehdiyevanı heç vaxt unutmuram. Üç qız, iki oğlan idik. Çətinliklərə baxmayaraq, orta məktəbi yaxşı qiymətlərlə başa vurduq.

- İlk əmək fəaliyyətinə neçə yaşınızda başlamısınız?

- 1966-cı ildə orta məktəbi bitirsəm də, ali məktəbə girə bilmədim. Elə həmin il sentyabrın 1-də atam məni dəmirçi yanında toxmaq vuran qoydu. Dəmirçi dəmir külçəsini görükdə qızdırır, sonra zindanın üstünə qoyur, mən də toxmaqla, yəni iri, ağır çəkiclə qıpqırmızı köz kimi qızarmış dəmir külçəni döyür, lazımi fiqurlara salırdım. Həmin ərəfədə bir gün atam səhər işə getməzdən qabaq ali partiya məktəbinin diplomunu nümayişkaranə mənə göstərib - bunu almasaydım, indi belə səliqəli geyinib rahat iş başında oturmazdım, - deyib iradını bildirmişdi. Bir il dəmirçilik etdikdən sonra hərbi xidmətə getdim. 1971-77-ci illərdə istehsalatda  fəhlə işləməklə yanaşı, BDU-nun axşam şöbəsini bitirdim. 1977-ci ildən bu məktəbdə müəllim kimi fəaliyyətə başladım. 1996-cı ildə isə məni bu təhsil ocağına direktor təyin etdilər.

- Həyatınızda ən yaddaqalan gün?

- 2000-ci il sentyabrın 1-i "Bilik günü" münasibətilə ulu öndər Heydər Əliyev məktəbimizə gəlmişdi. Qəribədir ki, həmin il məktəbimizi bitirən 98 şagirdin 95-i ali məktəblərə qəbul olmuşdu. Ümummilli lider Heydər Əliyev bizim məktəbimizdə çıxış edərək dəyərli tövsiyələrini verib. Həmin günü heç vaxt unutmaram. Yeri gəlmişkən qeyd edim ki, təhsil naziri Misir Mərdanov tez-tez məktəbimizə gəlir, qayğı və köməyini heç vaxt bizdən əsirgəmir.

- İşlədiyiniz dövrdə hansı mükafatları almısınız?

- 1985-ci ildə "Qabaqcıl maarif xadimi" döş nişanına layiq görülmüşəm. 2008-ci ildə isə hörmətli Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişəm. Başqa bir sıra diplom və fəxri fərmanlarla da təltif olunmuşam.

- Məktəbinizdə işləyən  müəllimlərin səviyyəsi sizi qane edirmi?

- Məktəbimizdə çalışan 107 müəllimin əksəriyyətindən razıyam. Onlar şagirdlərlə ümumi dil tapmaqda, ünsiyyətə girməkdə, tədrisi yüksək səviyyədə aparmaqda çətinlik çəkmirlər. Lakin gənc müəllimlərlə problemlərimiz olur. Onların çoxu müəllim olmaq arzusu ilə deyil, qəbul zamanı topladıqları bala görə bu ixtisası seçiblər. Müəllimlik sadə görünsə də, çətin peşədir.

- Məktəbinizin şagirdləri necə oxuyur?

- Son illər buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması şagirdləri möhkəm silkələyib. Onlar bu gün attestat almaq üçün çalışırlar. Bu hal davamiyyətə xüsusi təkan verib. Ümumiyyətlə, məktəbimizin şagirdlərindən çox razıyam.       

- Məzunlarınızın ali məktəblərə qəbulu ilə bağlı göstəricilər sizi qane edirmi?

- Son iki ildir ki, məktəbimizin məzunlarının qəbul imtahanlarında topladıqları orta bal 300-dən yuxarıdır. Bakı şəhəri üzrə qəbul imtahanlarında yüksək göstəriciləri ilə fərqlənən 19 ümumtəhsil ocağından biri bizim məktəbdir. Ötən tədris ilində qəbul imtahanlarında məzunlarımızdan 80 nəfəri 550-dən, 4 nəfəri isə 600-dən yuxarı bal toplayıb.   

- Övladlarınızdan razısınızmı?

- İki oğlum var. Həyatda ən böyük mükafatım onlardır. Çünki ağıllarıyla seçilirlər. Hər ikisi ali təhsillidir. Böyük oğluma mən də dərs demişəm. Ona üç dəfə "4" yazmışam ki, qızıl medala düşməsin. Sonra bunu başqa cür fikirləşərdilər. Kiçik oğlum isə rus bölməsində oxuyub. Yalnız məktəbi bitirən ərəfədə ona dərs deyən müəllimlər mənim oğlum olduğunu biliblər.

- Bayramlarda şagirdin müəlliminə hədiyyə verməsinə necə baxırsınız?

- Orta məktəbdə oxuyarkən 8 Martda sübh tezdən meşəyə gedər, dərdiyimiz gül və çiçəklərdən dəstə bağlayıb müəllimimizi təbrik edərdik. Şagirdin müəllimini təbrik etməsi məcburi deyil, isti münasibətdən yaranmalıdır. Bizim məktəbdə heç bir şagirddən nəsə tələb olunmur. Şagird əgər müəllimini bir dəstə güllə təbrik edirsə, biz buna normal yanaşırıq.

- Məktəb direktoru hansı keyfiyyətə malik olmalıdır?

- Direktor insandır, atadır, anadır və tərbiyəçidir. O, rəhbərlik etdiyi kollektivin hər bir üzvünün problemini bilməli, dərdinə şərik olmalıdır. İnzibati amirlikdən, hədə-qorxudan uzaq olmalı, hər bir müəllimin ona ürək qızdıraraq dərdini deməsi üçün şərait yaratmalıdır. Direktorun qapısı həmişə açıq olmalıdır. O zaman hörmət qazanmaq, kollektiv tərəfindən sevilmək olar.

- İşdən çıxmaq fikriniz yoxdur ki?

- Ötən il təqaüdə çıxsam da, özümü yaxşı hiss edir, işdən getmək haqqında hələ düşünmürəm. Balıq susuz yaşamadığı kimi, mən də məktəbsiz, işsiz yaşaya bilmərəm. Şəhər saat 6 tamamda, uzağı 7-yə 10 dəqiqə işləmiş məktəbdə oluram. Çünki səhər saat 7-də Zığdan, Əhmədlidən, Mehdiabaddan və başqa yerlərdən valideynlər uşaqlarını məktəbə gətirərək işə gedirlər. Onlar mənə arxayın olurlar. Rəhbərlik etdiyim kollektiv məni qəbul etməzsə, yuxarı təşkilatlardan işdən getməyimi məsləhət bilərlərsə, həmin gün vəzifəmdən getmək haqqında ərizəmi yazmağa hazıram. Lakin müəllimlərimə və şagirdlərimə elə öyrəşmişəm ki, özümü bir dəqiqə belə onlarsız təsəvvür edə bilmirəm.

- Gələcəkdə yerinizdə kimi görmək istərsiz?

- Çətin sualdır. Bu mənim səlahiyyətimdən uzaqdır. Ancaq arzu edirəm ki, bu təhsil ocağına həmişə səriştəli, Babaxan müəllim kimi pedaqoqlar rəhbərlik etsin. Məktəb direktoru gərək ömrünü yeniyetmələrin təlim-tərbiyəsi yolunda şam kimi əritsin.

- Qarşıdan gələn bayrama necə hazırlaşırsınız?

- Sevimli bayramımız olan Novruz baharın gəlişindən, ilin təzələnməsindən xəbər verir. İlk şənliyi məktəbdə müəllim və şagird kollektivi ilə keçirəcəyik. Evdə isə səməni qoymuşuq, artıq göyərib boy atıb. Bazarlıq edib balaca bir süfrə açacağıq, oğul, gəlin və nəvələri başımıza yığıb birgə bayram keçirəcəyik. Süfrəmiz kasıb olsa da, açıq qəlbimizlə, ailə səadətimizlə qürur duyuram. Təki canımız sağ olsun. Yeri gəlmişkən, qarşıdan gələn bayram münasibətilə təhsil işçilərini və bütün Azərbaycan xalqını təbrik edir, onlara xoşbəxtlik arzulayıram. 

Müsahibəni apardı:
Nizami MİRZƏ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - 11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov