Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - 11

 

Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək

Bookmark and Share

Nəbib Məmməd oğlu Zərbəliyev 1953-cü ildə Salyan rayonunda anadan olmuşdur.

1976-cı ildə Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuş, 1981-ci ildə isə oranı bitirib, İndoneziya dili və ədəbiyyatı üzrə şərqşünas-filoloq ixtisasına yiyələnmişdir.

1982-ci ildən 1991-ci ilin sonlarına qədər Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda baş laborant, elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişdir. Həmin müddətdə Sankt-Peterburq (1982-1984, 1986-1988) və Hollandiyanın Leyden universitetlərində (1988-1991) elmi tədqiqatlar aparmış və eyni zamanda həmin universitetlərdə Azərbaycan və İndoneziya dillərini tədris etmişdir. 2002-2003-cü illərdə Malayziyanın Dil və Ədəbiyyat İnstitutunun dəvətilə orada elmi-tədqiqat aparmış, elmi məruzələr etmişdir.

1991-ci ildən 1999-cu ilə qədər Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda çalışmışdır.

1999-2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisində baş məsləhətçi işləmişdir. 2000-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan dili kafedrasının müdiri, 2007-ci ildən Azərbaycan Dillər Universitetinin rrofessorudur.

2010-cu ilin fevralında Azərbaycan Resrublikası Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Rus, türk, İndoneziya, malay, ingilis, holland, ərəb, fars və sanskrit (qədim hind) dillərini bilir.

Bu günlərdə əməkdaşımız şöbənin müdiri, professor Həbib Zərbəliyevlə görüşmüş və yeni yaradılan şöbənin gələcək fəaliyyəti ilə bağlı onunla söhbət etmişdir.

- Hörmətli professor, yeni yaradılan şöbə əsasən hansı məsələlərlə məşğul olacaq?

- Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Qanunu, "Sahibkarlıq fəaliyyəti haqqında" Qanunu, Azərbaycan dövləti və hökumətinin təhsil sahəsinə dair müvafiq fərman, qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz nizamnaməsini rəhbər tutan akkreditasiya şöbəsi tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin, onların filial və şöbələrinin, eləcə də təhsil proqramlarının akkreditasiyasını həyata keçirəcək, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin təsis etdikləri bələdiyyə və özəl təhsil müəssisələrinin, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslərin təsis etdikləri təhsil müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi məsələləri ilə məşğul olacaqdır.

Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına uyğunluğunu müəyyən etmək məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun növbəti illər müddətinə uzadılması üçün hüquqi təminat yaradır.

- Təhsil müəssisələrinin akkreditasiyası neçə ildən bir keçiriləcəkdir?

- Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə Təhsil Nazirliyinin müəyyənləşdirdiyi qrafik üzrə həyata keçiriləcək. Yeni yaradılmış təhsil müəssisəsinin, eləcə də fəaliyyətdə olan təhsil müəssisələrində yeni təhsil proqramlarının (kadr hazırlığı proqramlarının) akkreditasiyası ilk buraxılış olduqdan sonra həyata keçiriləcək. Təhsil alanların və ya təhsil müəssisəsinin müraciəti əsasında təhsilin keyfiyyətini yoxlamaq məqsədilə növbədənkənar akkreditasiya keçirilə bilər. Təhsil müəssisəsinin akkreditasiyası onun keçirilməsinin təşkili, təhsil müəssisəsinin özünütəhlili, akkreditasiya komissiyasının araşdırma aparması, akkreditasiya haqqında arayışın hazırlanması və təhsil müəssisəsinin statusu müəyyən edildikdən sonra müvafiq keyfiyyət sənədinin - sertifikatın hazırlanması mərhələlərindən ibarətdir.

Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti ayrı-ayrı proqramlar üzrə təhsil alanların imtahanlarının, buraxılış işlərinin, dövlət imtahanlarının, eləcə də özünütəhlil prosesində onların attestasiyasının nəticələrinin təhlili əsasında müəyyən edilir. Bu zaman təhsil müəssisəsinin ayrı-ayrı təhsil proqramları (kadr hazırlığı proqramları), kadr təminatı, maddi-texniki bazası, beynəlxalq əməkdaşlığı, sosial-məişət şəraiti də təhlil edilir.

Akkreditasiyadan keçmək üçün təhsil müəssisəsi 3 ay müddətində özünütəhlil aparır, başqa sözlə, özünün daxili akkreditasiyasını keçirir. Sonra təhsil müəssisəsi 20-yə yaxın formanın tələblərini əhatə edən hesabat hazırlayır və yekun olaraq son kurs tələbələrinin attestasiyasını keçirir. Bundan sonra təhsil müəssisəsinin ümumi hesabatı Təhsil Nazirliyinə təqdim olunur.

Təhsil müəssisəsini akkreditasiyadan keçirmək üçün Təhsil Nazirliyi mütəxəssislərdən ibarət komissiya (hər təhsil müəssisəsi üçün ayrıca komissiya) yaradır. Bu komissiya  bir ay müddətində təhsil müəssisəsinin hesabatını yerində araşdırır və sonuncu kursda təhsil alanların biliyinin attestasiyasını keçirir. Komissiya təhsil müəssisəsinin hesabatı ilə öz araşdırmalarının nəticələrini tutuşduraraq təhsil müəssisəsinin fəaliyyəti barədə yekun arayış hazırlayır. Yekun arayışa əvvəlki akkreditasiya zamanı tərtib edilmiş arayışda göstərilən nöqsanların aradan qaldırılıb-qaldırılmaması barədə məlumatlar da daxil edilir. Arayış tanış olmaq üçün təhsil müəssisəsinin rəhbərinə verildikdən bir həftə sonra Təhsil Nazirliyinin Akkreditasiya şöbəsində aidiyyəti olan digər şöbələrin rəhbərlərinin və akkreditasiya komissiyası üzvlərinin iştirakı ilə onun ilkin müzakirəsi keçirilir. Akkreditasiya şöbəsi müzakirə zamanı irəli sürülən rəy və təklifləri də nəzərə alaraq yekun arayışı təhsil müəssisələrinin akkreditasiyasını keçirmək üçün təhsil nazirinin əmri ilə yaradılmış və daimi fəaliyyət göstərən Akkreditasiya Şurasının müzakirəsinə çıxarır.

- Akkreditasiya Şurasının tərkibi kimlərdən təşkil olunur və onların hüquqları nədən ibarətdir?

- Akkreditasiya Şurasının tərkibinə təhsil naziri (sədr), Akkreditasiya şöbəsinin müdiri (müavin), təhsil üzrə müstəqil ekspertlər, qeyri-hökumət təşkilatlarının və tabeliyində təhsil müəssisəsi olan nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri daxil edilir. Şura dövlət təhsil standartlarının tələblərinə uyğun hazırlanmış və təhsil nazirinin təsdiq etdiyi meyarlar əsasında təhsil müəssisəsinin statusunu müəyyən edir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul edir.

Bu qərarın əsasında Azərbaycan Respublikası təhsil naziri təhsil müəssisəsinin akkreditasiyası barədə əmr verir. Həmin əmrlə təhsil müəssisəsinin statusu (tipi, növü) və həyata keçirilən təhsil proqramları təsdiq olunur. Akkreditasiyadan keçmiş təhsil müəssisəsinə müvafiq keyfiyyət sənədi - sertifikat verilir. Təhsil müəssisəsinin akkreditə olunması barədə məlumatlar mətbuatda dərc edilir.

Təhsil müəssisəsinin mövcud statusu normalara uyğun gəlmədikdə Şura onun akkreditasiyası barədə mənfi qərar çıxarır.

Təhsil müəssisəsinin özünün akkreditasiyadan keçməsi hələ bu təhsil müəssisəsinin bütün kadr hazırlığı proqramlarının akkreditasiyadan keçməsi demək deyildir, çünki onun tələblərə tam cavab verməyən ayrı-ayrı proqramları  akkreditasiyadan keçməyə də bilər.

Akkreditasiyadan keçə bilməmiş təhsil müəssisəsinə və ya onun akkreditasiyadan keçməmiş proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün tələbə qəbulu planlaşdırılmır. Akkreditasiyadan keçə bilməmiş təhsil müəssisəsi və ya onun ayrı-ayrı kadr hazırlığı proqramları mövcud çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar akkreditasiyadan keçirilə bilər. Təkrar akkreditasiyadan keçə bilmədikdə təhsil müəssisəsinin ayrı-ayrı proqramlarının təhsil fəaliyyəti dayandırılır. Bu halda təhsil alanların təhsillərini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

- Akkreditasiyadan keçə bilməyən təhsil müəssisələrinin taleyi necə olacaq?

- Təhsil müəssisəsi onun akkreditasiyası barədə çıxardığı mənfi qərarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə qarşısında iddia qaldıra bilər.

Akkreditasiyadan keçə bilməmiş təhsil müəssisəsinə Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplom blankları verilmir.

Bir çox ölkələrdə diplomlar təhsil müəssisələrinin özü tərəfindən verilsə də, akkreditasiyadan keçməmiş təhsil müəssisələrinin verdiyi diplomlar başqa ölkələrdə tanınmır. Bəzi ölkələrdə, məsələn, qonşu Gürcüstanda akkreditasiyadan keçməmiş təhsil müəssisəsinin diplomu həmin ölkənin özündə də dövlət strukturları tərəfindən tanınmır, başqa sözlə, təhsil müəssisəsinin fəaliyyətinə qadağan qoyulmur, lakin onun diplomlarını almış məzunlar dövlət strukturlarında işə qəbul edilmir. Azərbaycanda isə diplom blankları təhsil müəssisələrinə Təhsil Nazirliyi tərəfindən verildiyindən akkreditasiyadan keçməmiş təhsil müəssisəsi dövlət nümunəli diplom blankları ala bilmir. Belə təhsil müəssisələrinin dövlət imtahanlarının keçirilməsi və buraxılış işlərinin müdafiəsi üzrə komissiyalarını Təhsil Nazirliyi təsdiq etmir. Həmin təhsil müəssisələrinin tələbələri ali məktəbi bitirib dövlət nümunəli diplom almaq üçün Təhsil Nazirliyinin razılığı ilə yekun attestasiyadan akkreditə olunmuş ali məktəbdə keçə bilərlər.

Akkreditasiyadan keçmiş təhsil müəssisəsinin rəhbərliyi müəssisəyə akkreditasiyanın nəticəsi kimi təqdim olunmuş arayışda göstərilmiş nöqsanları aradan qaldırmaq üçün fəaliyyət planı müəyyənləşdirməli və həmin nöqsanları növbəti akkreditasiyaya qədər aradan qaldırması ilə bağlı hesabat hazırlamalıdir. Akkreditasiya şöbəsi nöqsanların aradan qaldırılması üçün təhsil müəssisəsinə metodik göstərişlər verə, təhsil müəssisəsində nöqsanların aradan qaldırılması işinin vaxtaşırı monitorinqini keçirə bilər. Arayışda göstərilmiş nöqsanları aradan qaldırmayan təhsil müəssisəsi növbəti akkreditasiyada ciddi problemlərlə üzləşə bilər.

Ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli, 49 nömrəli qərarı ilə təsdiq edilmişdir. 2005-ci ildən isə qrafik üzrə təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilməyə başlamışdır.

Son beş il ərzində qeyri-dövlət təhsil müəssisələrinin akkreditasiyası zamanı təhsil müəssisələrinin özləri akkreditasiyadan keçsə də, onların bir sıra ixtisasları akkreditasiyadan keçə bilməmişdir. Məsələn, tələblərə cavab vermədiyinə görə beynəlxalq hüquq, beynəlxalq əlaqələr, müalicə işi, pediatriya, əczaçılıq, stomatologiya və s. ixtisaslar üzrə kadr hazırlığı bütün özəl təhsil müəssisələrində dayandırılmışdır. Həmin ixtisaslarla bağlı problemlər aradan qaldırıldığı halda, onların təkrar akkreditasiyası keçirilə bilər.  

- Həbib müəllim, rəhbərlik etdiyiniz şöbə öz fəaliyyətini təkcə təhsil müəssisələrinin akkreditasiyasını keçirməklə məhdudlaşdırır?

- Akkreditasiya şöbəsi həmçinin təhsil müə

ssisələrinin lisenziyalaşdırılmasını da həyata keçirir.

Təhsil müəssisəsinə xüsusi razılıq (lisenziya) Azərbaycan Respublikası Prezidentinin  "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2 sentyabr 2002-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" qərarı və sonrakı illərdə onlara edilmiş dəyişikliklər və əlavələr əsasında verilir. Lisenziya Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin təsis etdiyi bələdiyyə və özəl təhsil müəssisələrinə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin təsis etdiyi təhsil müəssisələrinin fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya 5 il müddətinə verilir.

Təhsil müəssisələrinin akkreditasiyası və lisenziyalaşdırılmasını əvvəllər Təhsil Nazirliyinin başqa strukturları həyata keçirmişdir. Lakin "Təhsil haqqında" Qanunun qəbul edilməsi, Azərbaycanın Boloniya Bəyannaməsinə qoşulması, təhsil sahəsində aparılan islahatlar təhsil müəssisələrinin akkreditasiyası işində müvafiq dəyişikliklər aparılmasını zəruri etmişdir. Bu məqsədlə də Təhsil Nazirliyində Akkreditasiya şöbəsi yaradılmış və təhsil müəssisələrinin akkreditasiyası və lisenziyalaşdırılması işləri bu şöbədə cəmləşdirilmişdir. Şöbə artıq özünün "Təhsil haqqında" Qanunun tələblərinə uyğunlaşdırılmış yeni əsasnaməsini və təhsil müəssisələrinin akkreditasiyası haqqında müvəqqəti əsasnaməni hazırlayıb müzakirəyə təqdim etmişdir. Bu sənədlər təsdiq edildikdən sonra şöbə təhsil müəssisələrinin akkreditasiyası və lisenziyalaşdırılması işini tam gücü ilə davam etdirəcəkdir.

Akkreditasiya şöbəsi dünyanın qabaqcıl ali məktəblərində çalışmış, təhsil sahəsində böyük təcrübəsi olan və təhsil prosesində yaxından iştirak edən alimlər - ekspertlər barədə məlumat bankı yaratmaq və öz fəaliyyətində həmin alimlərin bilik və bacarığından, təcrübəsindən istifadə etməyə, təhsil məsələləri ilə məşğul olan qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Şöbə xarici ölkələrin mütərəqqi təcrübəsini öyrənib öz işində tətbiq etməyi də vacib hesab edir.

Müsahibəni apardı:
Malik NOVRUZOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - 11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov