Naxçıvan Özəl Universitetində Xarici dillər
kafedrasının rus dili müəllimi Mina Orucovanın
60 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan universitetin
rektoru, professor İsmayıl Əliyev çıxışına
ümummilli lider Heydər Əliyevin müdrik sözləri
ilə başladı: "Mən yer üzündə müəllimdən yüksək
ad tanımıram". Qeyd olundu ki, Mina Orucova 39
ildir ki, müəllim adını şərəflə daşıyır, gözəl,
yenilikçi insan və əməkdaş kimi o, universitet
həyatında rus dili fənni üzrə yorulmaz, fədakar,
əzmkar fəaliyyət göstərir.
Universitetin Xarici dillər kafedrasının müdiri
Sona Eminova yubilyarın həyat və yaradıcılıq
yolu haqqında ətraflı məlumat verdi.
Mina Orucovaya ali məktəb həyatındakı
xidmətlərinə görə və 60 illik yubileyi ilə
əlaqədar universitet rəhbərliyi tərəfindən
"Xatirə plaketi" təqdim olundu.
Sonda yubilyar universitet rəhbərliyinə diqqət
və qayğıya görə minnətdarlığını bildirdi.
Mina QASIMOVA,
Naxçıvan Özəl Universiteti
mətbuat xidmətinin rəhbəri |