Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - 11

 

Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər

Bookmark and Share

Son vaxtlar paytaxtımızın ümumtəhsil sistemində faydalı bir təcrübə - ənənə yaranıb. Yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti ilə tanışlıq, bu sahədə toplanmış müsbət təcrübənin öyrənilib yayılması, yeni kurikulumlarla işləyən müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə ayrı-ayrı məktəblərdə vaxtaşırı olaraq "açıq dərs"lər keçirilir, onların təhlilinə həsr olunmuş müzakirələr aparılır.

Həmin silsilədən növbəti tədbir martın 11-də Bakıdakı 5 nömrəli orta məktəbdə təşkil olunmuşdu.

Məktəbin fənn kurikulumlarının tətbiqi ilə bağlı I-II siniflərində və III-IV siniflərdə "Fəal təlim metodlarından dərslərimizdə istifadə edirik" mövzusunda keçirilən "açıq dərs"lərə Təhsil Nazirliyindən, Təhsil Problemləri İnstitutundan, Azərbaycan Müəllimlər İnstitutundan, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutundan, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xeyli təhsil mütəxəssisi və ekspert dəvət olunmuşdu. Dərslərdə habelə müəllimlər və valideynlər də iştirak edirdilər.

Məktəbin I mərtəbəsindəki geniş dəhlizdə mövzu ilə bağlı zəngin mündəricəli sərgi təşkil edilmişdi. Öncə həmin sərgi ilə tanış olan tədbir iştirakçıları fənn kurikulumlarının strukturunu, müəllimlərin dərs icmallarını, hazırladıqları təlim resurslarını və s. materialları əks etdirən guşələri, fənn kurikulumlarının izahı, təbliği, müəllimlərin, valideynlərin maarifləndirilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirdilər.

Sonra məktəbin müəllimləri Xanım Məmmədovanın 1 "A" sinfində ingilis dilindən, Şofizə Mehdiyevanın I "B" sinfində texnologiyadan, Kəbutər Səfərovanın I "C" sinfində riyaziyyatdan, Fatimə Xəzri-Mirzəyevanın I "Ç" sinfində (rus bölməsi) həyat bilgisindən, Bəsti Şıxıyevanın II "A" sinfində Azərbaycan dilindən, Əsli Mütəllimovanın II "B" sinfində təsviri incəsənətdən, Sevinc Rzayevanın II "C" sinfində (rus bölməsi) informatikadan, Almaz Bayramovanın III "A" sinfində həyat bilgisindən, Rübabə Mazanovanın III "B" sinfində ana dilindən, Günel Musəvinin III "C" sinfində oxudan, Afaq Abdullayeva və Natəvan Abiyevanın III "Ç" sinfində (rus bölməsi) Azərbaycan dilindən, Təranə Ağalarovanın IV "A" sinfində həyati bacarıqlara əsaslanan təhsildən, Ceyran Cəlilovanın IV "C" sinfində təsviri incəsənətdən, Ceyranə Süleymanovanın IV "Ç" sinfində riyaziyyatdan dedikləri dərslər dinlənildi.

Biz müşahidələrimizi II "A" sinfində apardıq. Mövzu "Güllərdən göyçək Çiçək" idi. Sinif qruplara ayrılmış, onlara güllərin adları verilmişdi: "Qərənfil", "Bənövşə", "Lalə", "Qızılgül" və "Nərgiz". Mövzunun tədrisi üçün əqli hücum, müzakirə üsullarını seçmiş müəllim Bəsti Şıxıyeva kəpənəklərə dair suallarla motivasiya yaratdı. Kəpənəklərin güllərə-çiçəklərə qonduğu və onlara oxşadığı, nəticədə bütün canlıların düşmənlərindən qorunmaq üçün düşdüyü mühitə uyğunlaşdığı qeyd olundu. Təbiətdən buna çoxlu misallar gətirildi və müvafiq şəkillər nümayiş etdirildi. Sonra qruplardakı şagirdlər adlarını daşıdıqları güllər haqqında şeirlər söylədilər. Müvafiq əlaqəni yaradan müəllim mövzunu elan etdi, mətni özü bir dəfə oxuduqdan sonra şagirdlərə oxutdu, onun necə mənimsənildiyini yoxlamaq üçün suallar verdi. Suallar şagirdlər tərəfindən ətraflı cavablandırıldı. Sonra qruplara tapşırıq verildi. Tapşırıqları icra edən qrupların liderləri lövhəyə çıxıb öz cavablarını elan etdilər. Dərsdə qruplara adlarını daşıdıqları güllərin rəsmini çəkmək də təklif olundu və şagirdlər bu tapşırığı icra edəndən sonra qrupların işi qiymətləndirildi. Dərsin sonunda hər qrupun fəaliyyəti bir neçə parametr üzrə qiymətləndirildi və yekun qiymətlər çıxarıldı.

"Açıq dərs"lər başa çatdıqdan sonra "dəyirmi masa" ətrafında onların müzakirəsi aparıldı. Müzakirəni açan Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov məktəbdə yeni kurikulumların tətbiqinə hazırlıq yönündə xeyli iş görüldüyünü, müəllimlərin əksəriyyətinin kurikulumların mahiyyətini düzgün dərk edib dərslərində bacarıqla reallaşdırdığını, yeni təlim modelinin müəllimləri də, şagirdləri də dəyişdirdiyini qeyd etdi. Dinlədiyi dərsə münasibət bildirən A.Əhmədov Fatimə Xəzri-Mirzəyevanın I "Ç" sinfində həyat bilgisindən apardığı dərsi çox uğurlu dərs adlandırıb onun bütün şagirdlərin fəallığı ilə keçdiyini, müəllimin şagirdlərə tam sərbəstlik verdiyini, onların fikirlərinə diqqətlə yanaşdığını, dərsdə beyin həmləsi, venn diaqramı, sorğu, müzakirə kimi yeni təlim üsullarından, çoxlu sayda təlim resursundan bacarıqla istifadə etdiyini, inteqrasiyanı yaxşı apardığını  bildirdi.

Müzakirələrdə söz alan pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəbbət Qarabağlı, Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, BŞTİ-nin şöbə müdiri Sevinc Rəsulova, Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin şöbə və bölmə müdirləri Əlişah Gərayev, Akif Əliyev, Azərbaycan Müəllimlər İnstitutunun dosenti Şahrza Ağayev, BPKİ və Yİ-nin direktor müavini Mönsün Alışov dinlədikləri dərslərin məziyyətlərindən danışdılar, məsləhət və təkliflərini bildirdilər.

Müzakirəni yekunlaşdıran Aydın Əhmədov "açıq dərs"lərin yüksək səviyyədə keçdiyini, müəllimlərin səviyyəsinin qənaətbəxş olduğunu, belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğuladı, məktəbin direktoru N.Gündüzlünün təşəbbüskarlığını, məktəbdə əlverişli təlim mühitinin yaradılması sahəsindəki fəaliyyətini təqdir etdi. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - 11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov