Martın 16-da Azərbaycan Dillər Universitetinin
(ADU) 3 saylı tədris binasının akt zalında alman
dili fakültəsinin dekanı, dosent Ulduz
Aslanovanın təşkilatçılığı ilə alman dilində ən
yaxşı tələffüz edən tələbə müsabiqəsi keçirildi.
Tədbirdə alman dili fakültəsinin birinci və
ikinci kurs tələbələri iştirak edirdi. Tələbələr
alman dilində şeir söylədilər, hekayələr
danışdılar və səhnəciklər göstərdilər. Ən yaxşı
tələffüz edən tələbənin seçimi isə münsiflər
heyətinin verdikləri ballar əsasında aparıldı.
Münsiflər heyətinin üzvləri arasında Avstriyanın
müvəqqəti işlər vəkili xanım S.Şpanlanq,
filologiya elmləri namizədləri, dosent
U.Aslanova, dosent S.Rzayeva, dosent M.Abbasova,
almaniyalı müəllimlər: DAAD (Almaniya Akademik
Mübadilə Xidməti) təşkilatının müəllimi xanım
M.Lisa , müəllim K.Mayer və D.Bölke var idi.
Müsabiqənin sonunda Azərbaycan rəqsi nümayiş
olundu. Daha sonra qaliblər elan edildi və
onlara mükafatlar təqdim olundu. Müsabiqənin
qalibi alman dili fakültəsinin tələbəsi Tahir
Əlizadə oldu.
Ş.CƏFƏROV |