Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - ¹11

 

Nəriman Həsənzadənin Nizami poeması

Bookmark and Share

Son illər poeziyamızda yeni bir ədəbi hadisə kimi N.Həsənzadənin "Nizami" poeması diqqəti cəlb edir.  Bu maraqlı əsərin yazılması ilə əlaqədar müəllifin  özünəməxsus bir səmimiyyətlə etirafı çox maraqlıdır.

"Gənc dostum Nizami Cəfərovun   40 yaşı tamam olurdu. Məni dəvət etmişdi. Bir şeirlə getmək istədim. İlk gəncliyindən ürəyimdə ayrıca yeri, bənzərsiz gülüşləri olan bu insanın həyatı çox da  nikbin keçməyib. Mərhum atası doğma torpaqlarından zorla deportasiya edilənlərdən olub". Elə bu müqəddimədən aydın olur ki, müəllifin əsərin baş qəhrəmanı seçdiyi Nizami Cəfərovun   mənsub olduğu ailə Ermənistandan köçürülən və o vaxtdan (1940-50-ci illər) Qazax torpağında məskunlaşan sadə bir türk ailəsidir. Poemanın ayrı-ayrı kiçik fəsillərində biz əsas qəhrəmanın körpəlikdən bugünkü həyat və fəaliyyətinə qədərki çətin və uğurlu yolun şahidi oluruq. Oxucuda tam təsəvvür yaransın deyə, şair öz qəhrəmanının ən ümdə cəhətlərini - vətənsevərliyini, milli kök - soy, dövlətçilik və türkçülük ideyalarına bağlılığını önə çəkir və daha çox  bu cəhətləri oxucusunun nəzərində canlandırmağı  vacib sayır.

Şair taleyüklü məsələlərdə öz qəhrəmanının  tutduğu mövqeyə qəlbən inanır və bundan böyük qürur hissi keçirir, çünki ölkənin, Vətən torpağının ağır məqamlarında çevik tərpənmək, səbatlı mövqe və siyasət  yeritmək ən ümdə məsələdir. Seyrçi, müşahidəçi qalmaq heç kəsə şərəf gətirməz və millət öz yerində sayar. Dünyanın güc sahibi olan dövlətlər laqeyd qalanda, biganə yanaşanda, təzadlar, ziddiyyətlər daha da kəskinləşəndə azsaylı  xalqlar, tayfalar minbir müsibətlə üz-üzə qalır, əzilib təhqir olunurlar. Elə buna görədir ki, şair öz hiddətini bu misralarda sərrast ifadə edir:

...İndi bu dünyanın vardı qulağı,

Qarabağ deyəndə, eşidə bilmir...

Poemanın, demək olar ki, bütün hissələrində Azərbaycanın mənfur düşmənlərinə qarşı ittiham və qəzəb hissi özünü aydın göstərir. "Qələmi qılıncdan kəsərli" kimi təqdim olunan əsər qəhrəmanı Moskvanın "Qafqaz töhfəsi", Yerevanın "İblis hiyləsi"nə qarşı çıxır, millət vəkili olaraq bütün siyasi və mədəni tədbirlərdə manqurtluğu, milli mənəvi aşınmaları xalqın bəlası hesab edir, sözünü ən ali kürsülərdən deməyi əsl vətəndaşlıq borcu bilir.

Əsərdə Nizami obrazı əsl türk vətəndaşı, milli patriot, türk və islamçılıq ideoloji, kəskin və dəyişilməz mövqe sahibi kimi xarakterizə olunur.  Oxucu bədii qəhrəmanın simasında həm də bir fəlsəfi  idraklı filoloq obrazı görür. Şairin öz həyat və yaradıcılıq yolu yaxından tanıdığı və sevdiyi qəhrəmanın - Nizaminin həyat və sənət  kredosu  ilə bir vəhdət təşkil edir. Alim Nizaminin dil-ədəbiyyat haqqında düşüncə və elmi-nəzəri mülahizələri ilə şair Nizaminin ədəbi-estetik baxışları bir-birini gözəl tamamlayır. Bunu poemanın bir çox yerlərində aydın hiss edirik:

Biz üç əlifbada, bir dildə yazdıq,

"Əski"də, "latın"da, "kiril"də yazdıq.

Bu nəsli o nəslə qarşı qoydular,

Ayırıb qəsd ilə qarşı qoydular.

Nizami Cəfərov özünün bütün dilçiliyə, ədəbiyyata dair yazdıqları əsərlərdə bu cür taleyüklü məsələlərdən ürəkağrısı ilə çox yazmışdır.

Bu sahədəki bəzi elmi əsərlərini yada salmaq, bizcə, yerinə düşər: "Şəxsiyyətin strukturunda XX yüzilin "böyük türklüyü", "Kitabi-Dədə Qorqudun dili", "Ümumtürk ədəbi dil", "Azərbaycan etnik-mədəni sisteminin yaranmasında qıpçaq türklərinin rolu", "Bir daha Füzulinin dili haqqında", "Azərbaycan dili, türk dili, yoxsa Azərbaycan türkcəsi", "Ümumtürk  ədəbi dili yaratmaq mümkündürmü?" və s. elmi məqalələri dediyimizə sübut ola bilər.

Nəriman Həsənzadənin böyük ürək və səmimiyyətlə yazdığı "Nizami" poeması çağdaş dövrümüzün sadə və müdrik insanı Nizami Cəfərov haqqında qələmə alınan lirik bir salnamədir. Burada gənc və müdrik alimin, çox qabil dilçi və ədəbiyyatşünas - tənqidçinin həyat və fəaliyyətindən yığcam, lakin məna dolu səhifələrlə razılaşırıq.

Poemada Nizaminin qeyri-adi istedadına, səmimiyyət və mərdanəliyinə, söz sərrafı kimi hazırcavablığına, elmi məntiqi və təfəkkürünə, universal bilik sahibi olmasına dair xeyli misallar gətirmək olar.

Şair poemasında  gənc istedad sahibi  tək özünəməxsus zirvələrə çatmış Nizamini həm filoloq, həm türkoloq, həm də əsl vətəndaş, böyük hərflə yazılan İnsan kimi səciyyələndirir. Onun sadəliyini, humanist, xeyirxah əməllərini və eyni zamanda fikrindən, əqidəsindən  dönməzliyini, ağayana və məğrurluğunu da xüsusi nəzərə çarpdırır.

"Şeyxim, ey Nizami, şairlər şahı" - dey

ərək qiymətləndirdiyi XII əsrin böyük sənətkarını vəsf edən N.Həsənzadə haqlı olaraq qeyd edir ki,  hörmətli oxucu nəzərə almalıdır ki, müasirim Nizamini dahi sələfi ilə müqayisə etmirəm. Sadəcə, bu günün Nizamisi özünəməxsus, yüksək xüsusiyyətləri - idraki, təfəkkürü, qeyri-adi istedadı və vətəndaşlıq mövqeyi ilə yaşıdlarından və ümumiyyətlə, müasirlərindən xeyli dərəcədə zirvədə dayanır və gəncliyə örnək bir şəxsiyyət səviyyəsindədir. Onlarca alimlərin yetişməsində müstəsna  xidməti bu fikri bir daha təsdiq edir.

Görkəmli şairin poemasındakı bu misralar da əbəs yerə deyilmir:

Dünyaya Bəhmənyar və Tusi gəldi,

İndi də onların varisi gəldi.

Mahmud Qaşqarinin türkçü qələmi,

Sənin əlindədi indi, Nizami!...

Poemanın qəhrəmanı şairin fikrincə, həm istedadı,  həm də zəhməti, çalışqanlığı ilə yüksək  kürsüləri fəth edə bilib. Ulu öndər Heydər Əliyevin onun həyatındakı mühüm rolunu şair incə və yığcam bir formada, özünəməxsus sadəlik,  müdrik misralarda canlandıra bilmişdir:

"O da Görücüydü, insanı bəzən,

Yaxşı  tanıyırdı: üzdən yox, içdən"

"Böyük bir alimə vəzifə verdim,

Atatürk Mərkəzi! - get, işlə, dedim"

"İstedad, bilirəm, şərtdi şübhəsiz,

Şərtdi, - istedadı görmək özü də"

Nizaminin təmkinli, ciddi görünüşü, hazırcavablığı, aydın məntiqi, təsirli nitqi, eyni zamanda yüksək mənəvi cəhətləri şair tərəfindən bir psixoloq - müəllim kimi çox yerində və tutarlı epizodlarda ifadə olunmuşdur.

Əsərdəki bütün bədii təsvir vasitələri Nizaminin dolğun, bitkin obrazını yaratmaqda poetik yardımçıdır. Bütün bunlar, şübhəsiz ki, bədii obrazın mənəvi dünyasının yeni çalarlarını üzə çıxarır.

Poemada Nizaminin bütün mənəvi keyfiyyətlərinin, o cümlədən ədəbiyyat, ictimai xadim  kimi yaradıcılıq fəaliyyətinin çoxtərəfli cəhətlərinin şahidi olmuruq. Şair buna ehtiyac da duymamışdır. Çünki  qarşıya belə məqsəd qoyulmamışdır, müəllif ilk dəfə olaraq onun bir ziyalı - türk obrazını lirik ricətlərlə, təbii və səmimi şəkildə verməyə çalışmış və bunu ustalıqla bacarmışdır. 

Əmirxan XƏLİLOV,
filologiya elmləri doktoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - ¹11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm” Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov