Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - 11

 

"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"

Bookmark and Share

Dünyaya göz açan hər bir insan özünəməxsus ömür yolu keçir. Bu yolda onun qarşısına eniş də çıxır, yoxuş da. Millətini, vətənini sevənlər fədakarlıq edərək bu yolla iri addımlarla zirvəyə doğru irəliləyir. Onlar qarşılarına  məqsəd qoyaraq xalqın rifahı naminə var gücləri ilə çalışır, məqsədlərinə çatmağa can atırlar. Öz peşəsini sevib zirvəyə doğru addımlayan fədakar insanlardan biri də Bərdə şəhər 5 nömrəli orta məktəbin tarix müəllimi, əməkdar müəllim Minayə Nəbbaqidir. O, 1955-ci ildə Bərdə rayonunda anadan olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirərək müəllimlik fəaliyyətinə başlayıb.

"Müəllimlik zirvəsinə gedən yolumun  başlandığı gün"

O, dərin xəyala dalaraq ilk dərs gününü belə xatırladı:

- 1976-cı il sentyabrın 1-i idi. Həmin gün səhərin açılmasını səbirsizliklə gözləyirdim. Çünki ilk dəfə müəllim kimi məktəbə gedirdim. Çox həyəcanlı idim. "Bilik günü" ilə əlaqədar mərasim keçirildikdən sonra direktor məni şagirdlərə təqdim etdi. İlk dərsə başladım. Bir-iki dəqiqədən sonra həyəcanım yox oldu... Həmin gün bütün dərslərim çox əla alındı və bu, məni hədsiz dərəcədə sevindirdi. Elə o gündən də müəllimlik peşəsinin zirvəsini qət etməyi qarşıma məqsəd qoydum. İndi də hər sinfə girəndə ani olaraq o hissi keçirirəm və Allahdan diləyirəm ki, deyəcəyim dərs yaxşı alınsın. Artıq o günlərdən 35 il keçir...

"Əməkdar müəllim" adını şərəflə daşımağa çalışıram

Minayə müəllim bu sözləri əbəs yerə demirdi. Çünki o, bu ada layiq görülənədək  yuxusuz gecələr keçirib, gərgin əmək sərf edib.

- Mənim Adilə adlı çox sevdiyim müəllimim var idi. Ona "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı vermişdilər və bununla əlaqədar rayon mədəniyyət evində tədbir keçirilirdi. Mən də bu mərasimdə çıxış edib müəllimim haqqında danışmalı idim.

Bu, mənim üçün çox çətin idi, çünki mən həm müəllim, həm də şagird kimi ürək sözlərimi bildirməli idim. Nə qədər çətin olsa da, bunu bacardım.Tədbirin gedişi zamanı Adilə müəllimi səhnəyə dəvət etdilər. Bu zaman ani olaraq qəlbimdən bir fikir keçdi: "Ya Rəbbim, kaş mən də bu ada layiq görülərdim". 

Lakin bu fikir məni çox qorxutdu və düşündüm: bu elə zirvədir ki, onu fəth etmək çox çətindir. Amma illər keçdi, zaman günləri dəyirman kimi bir-bir üyütməyə başladı və nəhayət, 18 mart 2000-ci ildə ulu öndərimiz Heydər  Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görüldüm. Bu adı aldıqdan sonra başa düşdüm ki, çiyinlərimdə daha böyük yük daşımalıyam. Ona görə də mən  həmişə bu adı şərəflə daşımağa çalışıram.

"Azərbaycan tarixi kabinetini ikinci evim hesab edirəm"

Bu kabineti yaratmaq onun çoxdankı arzusu idi. O, bu arzunu həyata keçirmək üçün qiymətli illərini, mənalı günlərini sərf etmiş, nəhayət, istəyinə nail olmuşdu.

- Məktəb mənim həyatımın mənası, ömrümün hissəsidir. Çünki məni həyata bağlayan, yaşamağıma güc, qüvvət verən məhz məktəbdir. Məktəbdə uzun illər əzab-əziyyətlə yaratdığım tarix kabinetini isə ikinci evim hesab edirəm. Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar. Çünki qədim Bərdənin tarixinə aid bir çox nadir eksponatlar burada cəmləşmişdir. Bu kabinetdə bir-birindən maraqlı dərslər keçmişik. Onlardan biri də "Biz Türküstan elləriyik" adlı dərs idi. Bu "açıq dərs"ə Mingəçevir Özəl Türk Liseyinin bir qrup müəllimini və türk generallarını dəvət etmişdik. Çox yaddaqalan bir gün oldu və bu dərs Türkiyənin TRT kanalı və Azərbaycan Dövlət Televiziyası ilə nümayiş etdirildi. Mənə elə gəlir ki, şagirdlərin dərsi mənimsəmə prosesində yaxşı kabinetin rolu böyükdür. Çünki bu kabinet təhsilin keyfiyyətinin artmasına stimul verir.

"Şagirdlərimlə fəxr edirəm"

Minayə müəllim hər bir şagirdini öz övladı hesab edir və onlarla fəxr edir.

- Mən bu müqəddəs peşədə qazandıqlarıma görə şagirdlərimə minnətdaram. Çünki onlar mənim verdiklərim biliklərin qat-qat artığını mənə qaytarıblar. Bu gün dərs dediyim şagird qəbul imtahanları zamanı 688 bal toplayırsa, mənim sevincim əvəzolunmazdır. Düzdür, uğur qazana bilməyənlər də olur. Onlar da mənim həyatımdır və belə bir həyatı da yaşamağa məcburam. Hazırda yüzlərlə şagirdim müstəqil dövlətimizin tərəqqisi naminə müxtəlif təhsil ocaqlarında, idarə və müəssisələrdə çalışır. Bu gün onlardan mənimlə çiyin-çiyinə işləyənlər də var və mən onlarla qarşılaşanda qürur hissi keçirirəm. Onlar harada olmalarından asılı olmayaraq həmişə mənimlə əlaqə saxlayır,həm sevincli, həm də kədərli günlərimdə mənə dəstək olurlar. Mən də həmişə müqəddəs ziyarətgahlarda olanda və Allah qarşısında namaz qılanda onlar üçün dualar edirəm. Daim Allahdan diləyirəm ki,bütün şagirdlərim müstəqil Azərbaycanın qurucuları olaraq, torpaqlarımızın azad olunmasında, iqtisadiyyatımızın inkişaf etməsində yaxından iştirak etsinlər. Mən buna inaniram və onlarla fəxr edirəm.

"Dövlətimizin qayğısını həmişə hiss etmişəm"

O, əməyinə verilən yüksək qiyməti, çəkdiyi əziyyətlərinə göstərilən qayğını unutmadı.   

- Daim dövlətimizin qayğısını hiss etmişəm. Hər bir uğurum, müvəffəqiyyətim dövlət tərəfindən layiqincə qiymətləndirilib. Təsadüfi deyil ki,ötən il keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. Bütün bunları təhsilimizə göstərilən diqqət və qayğı hesab edərək təqdirəlayiq hal kimi qiymətləndirirəm. Ölkəmizdə bu ənənəni bizlərə bəxş edən ümummilli liderimiz Heydər Əliyevə Allahdan rəhmət, bu işi layiqli davam etdirən Prezidentimiz İlham Əliyevə isə müstəqil dövlətimizin inkişaf etdirilməsində və Qarabağın azad olunması yolunda apardığı gərgin işlərdə uğurlar diləyirəm.Arzu edirəm ki,ölkəmiz daim qüdrətli olsun, dünya dövlətləri arasında öz layiqli yerini tutsun.

Həyatının mənasını,məramını müəllimlik peşəsində görən, uca zirvələrə gedən yolda Minayə müəllimə daha böyük uğurlar diləyirik.

Niyazi RƏHİMOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - 11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov