Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 Aprel 2010 - 12

 

Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçılar mükafatlandırıldılar

Bookmark and Share

Martın 19-da Təhsil Nazirliyində  doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunlarına, konfransda fərqlənmiş iştirakçıların mükafatlandırılmasına həsr olunmuş mərasim keçirildi.

Tədbiri  təhsil naziri Misir Mərdanov açaraq  son illərdə doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq , habelə onların elmi nailiyyətlərini müzakirə etmək və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə həyata keçirilən tədbirlərdən danışdı. Nazir Misir Mərdanov ölkə başçısı cənab İlham Əliyev tərəfindən  Azərbaycan elminin inkişafı istiqamətində görülən məqsədyönlü işlərdən söz açdı. Nazir qeyd etdi ki, dövlət başçısının imzaladığı  müvafiq sərəncamlar  elmə və təhsilə göstərdiyi ən böyük diqqət və qayğının  parlaq nümunəsidir. Bu gün respublikada elmin inkişafına ümidlə baxılır, çünki bizim kifayət qədər  istedadlı gənclərimiz var və onların sayı getdikcə artmaqdadır. Elmin inkişafı , yeniləşməsi, uğurlu nəticələrin əldə olunması ilə bağlı  ali məktəblərin qarşısında  duran vəzifələrə toxunan təhsil naziri gənclərimizin elmi -tədqiqat işlərinə cəlb olunması , istedadlı gənclərin aşkar edilməsi məqsədi ilə Təhsil Nazirliyinin keçirdiyi tədbirlər arasında doktorantların və gənc tədqiqatçıların konfransının  özünəməxsus rolu olduğunu bildirdi. Nazir belə tədbirlərdə gənclərin məşğul olduqları elm sahələrindəki nailiyyətləri nümayiş etdirməklə yanaşı , elmi işlərində əldə etdikləri uğurlar haqqında da  məruzə etmək hüququ qazandıqlarını söylədi. Təhsil naziri çıxışında  keçirilmiş elmi konfrans haqqında məlumat  verdi. Qeyd olundu ki, 4-5 dekabr 2009-cu il tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində doktorantların və gənc tədqiqatçıların  XIV Respublika elmi konfransı keçirilib. Elmi konfransda bütün ali məktəblərin, o cümlədən qeyri-dövlət ali məktəblərinin  doktorant və gənc tədqiqatçılarının  iştirakı üçün şərait yaradılıb. Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı ənənəvi olaraq hər il keçirilir. Elmi konfransa  20 ali məktəbdən 298 tezis təqdim edilib. Konfransın 19 bölməsində 222 məruzə dinlənilib və müzakirə olunub. Məruzəçilərdən 58 nəfəri elmi işinin aktuallığı, yeniliyi və mövzusunu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənib, 5 nəfərin məruzəsi isə ən yaxşı məruzə kimi qiymətləndirilib. Nazir Misir Mərdanov ildən-ilə gənclər tərəfindən konfransa  marağın artdığını, təqdim olunan məruzələrin elmi səviyyəsinin getdikcə yüksəldiyini qeyd etdi. Bunun təqdirəlayiq hal olduğunu bildirən nazir konfransda fərqlənmiş gənclərə ən xoş istəklərini çatdıraraq onlara elmi nailiyyətlər arzuladı.

Mərasimdə çıxış üçün söz alan təhsil nazirinin müavini İradə Hüseynova elmi konfransın keçirilməsində zəhməti olan  bütün şəxslərə təşəkkürünü bildirdi. Nazir müavini təşkilati məsələlərlə bağlı geniş məlumat verərək onu da qeyd etdi ki, təhsil nazirinin müvafiq əmri ilə elmi  konfransın bölmələrinin işinin təşkilində səmərəli fəaliyyətlərinə görə sədr və həmsədrlərə Təhsil Nazirliyinin təşəkkürü elan olunub. İradə Hüseynova onların hər birinin adını çəkdi, bildirdi ki, doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının materialları Azərbaycan Dillər Universiteti tərəfindən çap olunaraq konfrans iştirakçılarına paylanacaq. Nazir müavini çıxışının sonunda bütün gəncləri əldə etdikləri uğur münasibəti ilə təbrik etdi.

Tədbirdə iştirak edən Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov keçirilmiş elmi konfransın respublikamızın ali məktəblərində təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunmasında , bilik və bacarıqlarının üzə çıxarılmasında, onlarda elmə həvəs oyadılmasında əhəmiyyətli rol oynadığını xüsusi vurğuladı. Rəhbərlik etdiyi ali məktəbdə təhsillə bağlı həyata keçirilən tədbirlərdən söz açan rektor sonda konfrans iştirakçılarına müvəffəqiyyətlər dilədi.

Sonra doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçıların adları açıqlandı. 58 doktorant və gənc tədqiqatçıya sertifikatlar təqdim edildi. Ən yaxşı məruzə ilə çıxış etmiş 5 nəfər isə noutbukla mükafatlandırıldı. 

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
2 Aprel 2010 - 12
Azərbaycanlı müəllim Avropanın 20 ən yaxşı innovativ müəllimi sırasına daxil oldu
 
Məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası Bakıda keçiriləcək
 
Təhsil Nazirliyi növbəti yoxlama imtahanları keçirəcək
 
Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılıb
 
Zərdabda daha bir məktəb binası inşa olunur
 
Amerikalı şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində olublar
 
Azərbaycan dili Fransada tədris edilir
 
Şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində müşavirə
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçılar mükafatlandırıldılar
 
"Erməni genosidi" mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu
 
Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşına mükafatlar təqdim olunub
 
Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anıldı
 
Neft-kimya sənayesinin elmi-texnoloji təminatına böyük töhfələr verən institut
 
Dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda beynəlxalq uçot standartlarının tətbiqi
 
Zəhmətin bəhrəsi, illərin töhfəsi...
 
"Şagirdlərimdən çox razıyam"
 
"Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda seminar
 
ATU-nun professoru məktəb VMA-nın prezidenti seçildi
 
Nazim Hikmət irsinə dünyəvi baxış
 
Milli Qəhrəmanın xatirəsi anılıb
 
Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu
 
Rumıniyada azərbaycanlı gənclərin kitablarının təqdimatı olub
 
Şahmat üzrə ölkə çempionatı
 
Sinqapur Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov