Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Aprel 2010 - 13

 

N.Nərimanov - 140

Nəriman Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri

Bookmark and Share

"Nəriman Nərimanov böyük və qaynar həyatını bütünlüklə xalq işinə sərf etmişdir".
Heydər ƏLİYEV 

XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış Nəriman Nəcəf oğlu Nərimanov məşhur pedaqoq, dramaturq, nasir, publisist, həkim olmaqla bərabər, həm də görkəmli dövlət xadimi idi.

Azərbaycan xalqının böyük oğlu N.Nərimanov bütün həyatını zəhmətkeş xalqların zülmdən azad olması, onların səadəti və dostluğu uğrunda mübarizəyə sərf etmişdir.N.Nərimanov. "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi". Bakı, 1899.

N.Nərimanovun həyatında onun pedaqoji-maarifçilik fəaliyyəti ayrıca əhəmiyyət kəsb edir. 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirən Nərimanov Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kənd məktəbinə müəllim göndərilmişdi. Bir il sonra o, Bakıya gəlmiş, əvvəlcə Bakı realnı məktəbinin müəllimi A.İ.Pobodonostsev tərəfindən təşkil edilən 6 sinifli progimnaziyanın hazırlıq sinfinin aşağı şöbəsində, xüsusi məktəbdə, sonra isə Bakı oğlan gimnaziyasında müəllimlik etmişdir.

XIX əsrin sonlarında Rusiyanın digər milli ucqarlarında olduğu kimi, Azərbaycanda da maarifpərvər müəllimlər yalnız dərs deməklə kifayətlənmirdilər. Onlar ədəbiyyat və incəsənətə, mətbuata xalqın ictimai yaralarını müalicə edən qüdrətli bir vasitə kimi baxırdılar. Odur ki, həmin ziyalılar bədii əsərlər yazır, qəzet və jurnallar çap etdirir, yeni üsullu məktəb açır, qiraətxana və kitabxanalar təşkil edir, dərsliklər hazırlayırdılar. Belə müəllimlərdən biri də Nərimanov idi.

O, istər 1891-1902-ci illərdə Bakıda müəllimlik etdiyi zaman, istərsə də sonralar Azərbaycanın qabaqcıl ziyalıları ilə bərabər bir sıra mədəni, ictimai və pedaqoji məsələlərin həllində fəal iştirak etmişdir. Nərimanov dövrün görkəmli müəllimlərindən olan S.M.Qənizadə, H.Mahmudbəyov, Ə.Cəfərzadə və başqalarının yaxından iştirakı ilə 1894-cü ildə Bakıda ilk milli kütləvi kitabxana-qiraətxananın əsasını qoymuşdur.  Kitabxana-qiraətxanada N.Gəncəvi, M.Füzuli, Ə.Firdovsi, M.P.Vaqif, Q.Zakir, M.F.Axundov, S.Ə.Şirvani... kimi görkəmli şair və yazıçıların əsərləri, "Əkinçi", "Ziyayi-Qafqaziyyə", "Kəşkül" qəzetlərinin əldə olunan nüsxələri toplanmış, onların kataloqu düzəldilmişdir.

Xalq arasında "Nərimanov qiraətxanası" adlanan bu kitabxana az müddət ərzində şəhər zəhmətkeşləri və ziyalılarının böyük rəğbətini qazanmışdır.

N.Nərimanov xalqın maariflənməsi və milli dirçəlişində mətbuatın roluna ayrıca əhəmiyyət verirdi. O deyirdi ki, əgər bir mühazirəni ən çox 500-600 nəfər dinləyirsə, qəzeti minlərlə adam oxuyur. Əgər bir müəllim 30-40 şagirdi öyrədirsə, qəzet bütün xalq kütləsini öyrədir. Dövri mətbuatın geniş və kütləvi təsir qüvvəsini nəzərə alan Nərimanov 1896-cı ildə "Sovqat" adlı uşaq jurnalı nəşr etməyə təşəbbüs göstərmişdir. Jurnalı açmaq mümkün olmadığından o, 1899-cu ildə "Təzə xəbərlər" adlı həftəlik qəzet çıxarmaq fikrinə düşmüş və bunun üçün nəşriyyat işləri baş idarəsinə, Qafqaz Senzura Komitəsinə müraciət etmişdir.

1900-cü ildə N.Nərimanov yenidən "Məktəb" adlı xüsusi pedaqoji jurnal nəşr etdirmək üçün Qafqaz Senzura Komitəsindən icazə istəmişdir.

Beləliklə, N.Nərimanov Bakıya gəldiyi ilk günlərdən xalq maarifi sahəsində həvəslə çalışmış, pedaqoji, ədəbi və ictimai fəaliyyət göstərmişdir. O, bir-birinin ardınca "Şamdan bəy" (1894), "Bahadır və Sona" (1896), "Nadir şah" (1899) və s. kimi məşhur əsərlərini yazmışdır.

N.Nərimanov bu illərdə bədii əsərlər yazmaqla yanaşı, bir sıra dərsliklər də tərtib etmişdir. 1899-cu ildə nəşr etdirdiyi "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi", "Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça", "Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça" əsərləri dərsliklərin tərtibi işində irəliyə doğru  atılmış bir addım idi. Bu kitablar, xüsusilə "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" uzun müddət Azərbaycan məktəblərində istifadə edilmişdir. "Nicat" cəmiyyətinin sədr müavini olan Nərimanov qələm yoldaşları - H.Zərdabi, F.Ağayev, S.S.Axundov, A.Şaiq, Ü.Hacıbəyov və başqaları ilə birlikdə 1906-cı ilin avqust ayında Bakıda Azərbaycan müəllimlərinin I qurultayının çağırılmasına xüsusi əmək sərf etmişdir. O, qurultay ərəfəsində yazıb dərc etdirdiyi "Müəllimlər ictimainə dair", "Müsəlman müəllimləri yığıncağı münasibətilə bir neçə söz", "Mühüm bir məsələ", "Bu gün" və s. məqalələrində qeyd edirdi ki, müəllimlər bir yerə yığılıb dərdləşəcək, ümumi bir proqram düzəldib, ittifaq ilə iş görəcəklər. Haman məclisdə millətin dərdinə əlac arayacaqlar...

N.Nərimanovun maarifçilik fəaliyyətində onun Həştərxan dövrü xüsusi əhəmiyyət kəsb edir. 1909-1913-cü illərdə Həştərxanda sürgündə olan Nərimanov "Xalq universiteti" və "Şurayi-İslam" cəmiyyətlərinin işində fəal iştirak etmiş, "Burhani-tərəqqi", "Astraxanski listok", "Astraxanski kray", "Semeynoye vospitaniye" adlı qəzet və jurnallarda məqalələr dərc etdirərək, xalq maarifinin tərəqqisinə çalışmışdır.

O, 1919-cu ildə Həştərxan Quberniya Xalq Maarif Şöbəsinin müdiri olmuş, vətəndaş müharibəsinin ağır illərinə baxmayaraq, müəllim kadrları hazırlığında xidmətlər göstərmişdir.

N.Nərimanov təkcə praktik pedaqoq deyil, eyni zamanda pedaqogika tarixi, psixologiya, Azərbaycan dili və onun tədrisi metodikasının bir sıra nəzəri məsələləri ilə də məşğul olmuş və çox qiymətli bir irs qoymuşdur.

Böyük ədibə görə, tərbiyənin məqsədi öz vətənini, millətini sevən, mərd, mübariz, xeyirxah, insanlığa xidmət edən, mənəvi cəhətdən saf, fiziki cəhətdən sağlam, elmi biliklərlə silahlanmış yüksək şüurlu adamlar yetişdirməkdən ibarətdir.

N.Nərimanovun pedaqoji fikirlərində təhsil və tərbiyənin vəhdəti, təhsilin tərbiyəyə müsbət təsiri həyati faktlarla göstərilmişdir. "Nadanlıq" əsərində təsvir edilən Ömər oxumuş, təhsil almışdır. Ona görə də o nəinki pis işlərlə məşğul olmur, həm də qardaşı Vəlinin dələduzluğuna qarşı ciddi etiraz edir. Doğrudur, onun etirazları nəticəsiz qalır, avamlıq, nadanlıq öz işini görür, hətta onu "düz yoldan çıxmış hesab edirlər". Lakin Ömərin timsalında oxumağın, təhsilin uşağın mənəvi aləminə, tərbiyəsinə müsbət təsiri həyati faktlarla sübut olunur.

N.Nərimanovun əsərlərində insan şəxsiyyətinin formalaşmasında tərbiyənin rolu xüsusilə qiymətləndirilir. Pedaqoji fəaliyyətinin ilk dövründə tərbiyənin rolunu yüksək qiymətləndirməsi onun dünyagörüşündə demokratik maarifçilik mövqeyindən irəli gəlirdi. O, şəxsiyyətin təşəkkülündə elmin, təhsilin əhəmiyyətini göstərməklə kifayətlənmir, tərbiyənin roluna daha üstünlük verirdi. Heç təsadüfi deyildir ki, 90-cı illərdə elm insana ancaq bilmədiyi şeyləri təlim verir, adam olmağa isə tərbiyə gərəkdir, - fikrini geniş təbliğ edirdi. Bu fikir onun pedaqoji görüşlərinin əsasında dururdu. Cəmiyyətin böyük rolunu qeyd edən N.Nərimanov tərbiyənin rolunu ayrıca qiymətləndirirdi.

Tərbiyənin roluna dair Nərimanovun fikirləri içərisində nəzəri cəlb edən cəhətlərdən biri də şəxsiyyətin təşəkkülündə tərbiyə, mühit və irsiyyət məsələsidir. Nərimanov irsiyyət nəzəriyyəsinin əleyhinə olaraq, cəmiyyətdə birinin anadangəlmə xan, bəy, digərinin qul olması fikrini mövcud quruluşun və bu quruluşda verilən tərbiyənin nəticəsi kimi izah edirdi. O yazıdı ki, heç kim anadan olanda padşah, xan, bəy, qul yaranmayıbdır. İnsana məxsus sağlam beyin və bu beyində insanı heyvandan ayıran xüsusi nöqtələr anadan olanda hamıda birdir. Bütün beyin və ayrıca-ayrıca nöqtələrin müəyyən bir yolda qüvvət tapması sonrakı tərbiyəyə bağlıdır.

N.Nərimanov insan şəxsiyyətinin təşəkkülündə tərbiyə ilə bərabər quruluşun, ictimai mühitin də rolunu göstərirdi. İnsan şəxsiyyətinin təşəkkülündə tərbiyənin rolunu yüksək qiymətləndirən N.Nərimanov maarifin demokratikləşdirilməsini insanların ümumi, bərabər inkişafına mane olan mövcud quruluşun, ictimai-iqtisadi həyat şəraitinin inqilabi yol ilə dəyişdirilməsi ideyasını təbliğ edirdi. O yazırdı ki, müəyyən bir sinfin, ağa və mülkədarın zəhmətkeşlərə etdiyi vicdansızlıq: oğruluq, quldurluq, qan tökmək, insan və millət balalarını ayaqyalın, başıaçıq, sərgərdan çöllərə salıb, elmdən, fəndən məhrum qoymaq. Bütün insanların və millətin aralarına ziddiyyət salıb, bir-birinə vuruşdurmaq, bunların əxlaqını pozub, heyvan dərəcəsinə gətirmək... və s. bütün bunlar mövcud cəmiyyətin, sosial mühitin və bu mühitdə verilən tərbiyənin nəticəsidir.

Uşaqların tərbiyəsində valideynlərin rolunu yüksək qiymətləndirən N.Nərimanov "Teatr barəsində bir neçə söz" adlı məqaləsində yazırdı ki, "Heç ata-ana istərlərmi uşaqları bədbəxt olsunlar? Heç kəs istəməz ki, oğlu qazamatda illərlə çürüsün. Amma çi fayda, bunların hamısını görürük və gözlərimizdən qanlı yaşlar tökülür. Bəs lazım gəlmirmi bu dərdin dərmanını tapaq? Nə vaxtadək qoca ata və analarımız sudlara düşəcəklər?... Bəyəm günah qazamatda çürüyən uşaqlarımızdadır? Xeyr. Günah özümüzdədir".

N.Nərimanovun tərbiyə haqqındakı fikirləri içərisində diqqəti cəlb edən cəhətlərindən biri də verilən tərbiyənin tamlığını və ardıcıllığını tələb etməsidir. N.Nərimanova görə, tərbiyəçi tərbiyə işində ardıcıl olmalı, uşağa verilən tələblərdə natamamlığa yol verməməlidir.

N.Nərimanovun pedaqoji fikirləri içərisində əxlaq və əxlaqi tərbiyə də mühüm yer tutur. Onun əxlaq məsələlərinə dair fikirləri xalqın ictimai tərəqqisi və azadlığı uğrundakı mübarizəsi ilə əlaqədardır. O, xalqın, o cümlədən gənclərin əxlaq tərbiyəsi məsələsini siyasi mübarizənin tərkib hissəsi hesab edirdi. N.Nərimanovun əsər və məqalələrində əxlaqın tarixi və sinfi kateqoriya olması göstərilir. "Həyat" qəzetində dərc edilən məqalələrindən birində o qeyd edirdi ki, hər bir sinfin özünəməxsus fikri, əqidəsi, dolanacağı, başqa sözlə desək, əxlaqi normaları vardır. Zəmanənin dəyişməsi ilə əlaqədar olaraq, əxlaqi normalar da dəyişir və inkişaf edir.

N.Nərimanov əxlaqi tərbiyədə xalqlar dostluğu ideyasını geniş təbliğ edir. 1896-cı ildə yazdığı "Bahadır və Sona" romanından başlamış 1906-1907-ci illərdə "Həyat" və "İrşad" qəzetlərində, 1917-1918-ci illərdə "Hümmət" qəzetində dərc etdirdiyi bir çox məqalələri o dövrdə xalqlar dostluğu və beynəlmiləlçilik ideyasının zəhmətkeşlər arasında yayılmasında böyük rol oynamışdır.

N.Nərimanov təbliğ etdiyi vətənpərvərliyi məhdud mənada deyil, geniş mənada götürürdü. O, öz sevimli vətəninin gələcək istiqlaliyyətini və xoşbəxtliyini heç bir vaxt başqa xalqın səadətindən ayırmır, onların birini digərinə qarşı qoymur, əksinə, bütün xalqların səmimi və mehriban yaşamaları uğrunda ardıcıl mübarizə aparırdı. Onun fikirlərində fərdin mənafeyi Vətən və xalqın mənafeyi ilə birləşdirilir. O yazırdı: Siz özünüzü bir millətdən hesab edirsinizsə, özünüz üçün müəyyən bir vətən var isə, həmin millətin, həmin vətənin dərdi, qəmi sizin dərdiniz, qəminizdir və ya bir millət və ya Vətən üçün ümumi dərd və qəm olacaqdır.

N.Nərimanovun fikrincə, hər iki tərəf bir-birinin mənafeyini müdafiə etməlidir. Yəni "Vətən, millət, xalq üçün, ayrı-ayrı üzvlər üçün, ayrı-ayrı şəxslər isə Vətən, millət üçün, onun tərəqqisi üçün çalışmalıdır". Nərimanov söz ilə deyil, özünün gündəlik əməli fəaliyyətilə Vətənin tərəqqisinə çalışanları yüksək qiymətləndirirdi.

N.Nərimanov vətənpərvərliyi əmək ilə, həm də hamının xeyrinə olan əmək ilə əlaqələndirir və Vətənin bütün övladlarını onun tərəqqisi yolunda çalışmağa çağırır. Onun fikirlərində həm fiziki, həm də zehni əmək yüksək qiymətləndirilir. O, bəşəriyyətin səadətini əməkdə görür, yüksək əxlaqi keyfiyyətlərin yaranmasında əməyə üstünlük verirdi.

N.Nərimanov gənc nəslin əmək tərbiyəsi işində məktəbin rolunu ayrıca qeyd edirdi. Azərbaycan müəllimlərinin qurultayında N.Nərimanov deyirdi ki, əməyin nə olduğunu gənclərə bildirən məktəbdir. Bu da ki, bizim həyatımız və bütün fikrimizdir. Çünki biz yer üzərində ancaq zəhmətin hökmranlığının bərqərar olmasına çalışırıq. Öz zəhməti ilə Vətənə xidmət etməyi, o, ən yüksək mənəvi borc hesab edirdi.

N.Nərimanovun pedaqoji irsində tə

limin məzmunu və üsullarına aid də çox dəyərli fikirlər vardır. O, bir tərəfdən köhnə məktəbləri, "Zavallı uşaqların, gələcək millət balalarının fəhmlərini, zehinlərini korlayan, orta əsrlərdən qalma üsul ilə dərs keçilən" mollaxanaları, digər tərəfdən isə dövlət məktəblərinin ruslaşdırma siyasətini kəskin tənqid və ifşa edirdi. Təlimin ana dilində aparılması ideyası onun pedaqoji fikirlərinin əsasını təşkil edir. "Millətin dilini bilmədən, onun dərdinə dava etmək çətindir", - deyən N.Nərimanov müəllim işini həkimliklə müqayisə edir və göstərir ki, "həkim azara görə dərman verdiyi kimi, müəllim də tələbə görə bilik verməlidir". O deyirdi ki, naxoşun ruhunu təmizləməkdənsə, qanını təmizləyin. İnsanın dili onun qanıdır. Qan təmiz olanda ürək yaxşı işlədiyi kimi, dilin də saf olması millətin tərəqqisinə səbəb olur.

N.Nərimanov ana dilini xalqdan uzaq salanlara qarşı çıxmaqla, onların fikrini böyük etiraz və coşqunluqla rədd edir, ana dilinin tədrisi məsələsində haqqın, ədalətin qalib gələcəyinə inanırdı. Ana dilinin məktəb proqramından çıxarılmasını istəyənləri və buna görə əl çalanları mənasız hesab edən N.Nərimanov yazırdı: "Qoy çalsınlar! Lakin haqqı batil edə bilməyəcəklər. Bəşərin fitrət və təbiətində məknun olan hissiyyatı - aliyeyi nabud edəməyəcəklər!... Analarımızın laylalarını qulaqlarımızdan çıxarmayacaqlar, illər ilə bilüzum bir şey kimi ayaq altına aldıqları o gövhəri qiymətdən saqid ödəməyəcəklər. Ana dilimiz hər halda qüvvət tapacaqdır...".

N.Nərimanov ana dilinin təlimi əhəmiyyətini göstərməklə bərabər, onun tərbiyəvi rolunu ayrıca qeyd edir. Ana dilinin tərbiyəvi əhəmiyyətindən bəhs edən N.Nərimanov uca səslə deyirdi:

"Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyyati-qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madəranəni sənə o dildə bəyan edibdir. Bir dil ki, sən daha beşikdə ikən layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin güşələrində nəqş bağlayıbdır!".

N.Nərimanovun pedaqoji fəaliyyətində və fikirlərində qadın təhsili məsələsi də mühüm yer tuturdu.

Azərbaycan qadınının hüquqsuzluğu, təhsildən məhrum olması, kölə halında saxlanılıb istismar edilməsi Nərimanovu daim düşündürürdü. Şərq qadınının faciələrlə dolu həyatına yaxından bələd olan Nərimanov onların azadlığı, təhsili uğrunda daim mübarizə aparmışdır.

N.Nərimanov qadınların təhsil almasının, ictimai işlərdə iştirakının qızğın tərəfdarı idi. Onun bilavasitə yaxından köməyi ilə təşkil edilmiş qız məktəblərində təhsil alan yüzlərlə azərbaycanlı qız xalqımızın mədəni inkişafında böyük rol oynamışdır.

N.Nərimanovun pedaqoji irsində mərkəzi yerlərdən birini də müəllim, onun şəxsiyyəti, müəllim kadrlarının hazırlığı məsələsi tutur. N.Nərimanov xalq arasında savadın yayılmasında, xalqın ümumi tərəqqisində müəllimin rolunu yüksək qiymətləndirirdi. O, müəllim sözünü geniş mənada başa düşür, müəllimin geniş xalq kütlələri arasında işinə, ictimai fəaliyyətinə böyük əhəmiyyət verirdi. N.Nərimanov xalqın mədəni tərəqqisinə çalışan müəllimlərin işini yüksək qiymətləndirdiyi kimi, xalqın ictimai və mədəni yüksəlişi üçün çalışmayan müəllimləri tənqid edir  və  onları  "çinovnik"  adlandırırdı.

Onun müəllimdən tələb etdiyi keyfiyyətlərdən biri, pedaqogikanı, təlim və tərbiyənin prinsip və üsullarını, psixologiyanı bilməsi və ona istinad etməsidir. O, şagirdlərin fərdi xüsusiyyətlərinə istinad etməyi təlim və tərbiyə işində müvəffəqiyyətin rəhni hesab edir və göstərir ki, ...hər uşağın özünə görə bir qeyri-xasiyyəti, təbiəti olmağı binaən hamıya bir qayda və qanun ilə dərs vermək, hamıya bir dildə bəyan etmək olmaz. Hamını bir ölçü ilə ölçmək olmaz. Uşaqların bir parası zehinli, bir parası zehinsiz, fəhmsiz, bir parasının qüvveyi-hafizəsi qüvvətli, bir parasınınkı naqis, bir parası müdhiş hekayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara məhəbbəti olan müəllim bunların hamısını mülahizə edər, hər kəsin öz biliyinə, qanacağına görə hərəkət edərsə, hər kəsin eyibinə görə çarə taparsa, əlbəttə, təilim və tərbiyə düz yol ilə gedib, tərəqqi dərəcəsinə çatar.

Məlum olduğu kimi, Sovet hakimiyyətinə qədər Azərbaycanda müəllim kadrları hazırlayan xüsusi məktəb yox idi. Bütün Zaqafqaziya üzrə müəllim kadrları hazırlayan yalnız Qori seminariyası idi. Bu seminariyanın Azərbaycan şöbəsinin müəllim kadrı hazırlığında xüsusi rolu olmasına baxmayaraq, xalqın daim artan tələbini ödəmirdi.

Qori seminariyasının Azərbaycan şöbəsinin Azərbaycan şəhərlərindən birinə köçürülməsini məqsədəmüvafiq hesab edən N.Nərimanov çox düzgün və əməli əhəmiyyəti olan təkliflər irəli sürdü. O yazırdı: "Açıq deməli, Qori darülmüəllimin Bakıda, ya Gəncədə və ya qeyri-müsəlman şəhərində olsa, padşahlıq xərcinə oxuyan altmış nəfərdən savayı altmış nəfər müsəlman uşağı da daha ziyada öz evlərində olarkən seminariyada elm təhsil etməyə mümkünləri olacaqdır. Yəni gündüzlər padşahlıq xərcinə oxuyan uşaqlar ilə bərabər dərs oxuyub axşamlar öz evlərinə gedərlər...".

1919-cu ildə Həştərxan Quberniya Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində işləyərkən mövcud şəraiti nəzərə alan N.Nərimanov qısamüddətli pedaqoji kurslar vasitəsilə yüzlərlə müəllim hazırlanmasını təşkil etmişdir. Azərbaycanda ilk pedaqoji institut yaradılması və təsis edilməsi N.Nərimanovun adı ilə bağlıdır.

N.Nərimanov müəllim kadrları hazırlığı işinə xüsusi diqqət verməklə yanaşı, müəllimlərin qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrdən birincisi əmək məsələsidir. Cəmiyyətin əmək üzərində qurulması ideyasını əsas götürən N.Nərimanov belə hesab edirdi ki, müəllimlərdən təlim alan gənclər, ilk növbədə, əməksevər olmalıdırlar. 1924-cü ildə APİ-nin ilk məzunlarının buraxılışı münasibətilə yazdığı "Elmlərini yeni tamam etmiş müəllimlərə" açıq məktubunda bu məsələni ön planda qoyan N.Nərimanov demişdi:

 - Əziz yoldaşlar! Təzə həyata qədəm qoymanızı təbrik edirəm. Vəzifəniz hər nə qədər çətin, ağır və məsuliyyətli bir vəzifədirsə, bunu da düşünməlisiniz: insanın ruhunu ucaldan çox şey varsa, onun ən birincisi zəhmətdir. Ona görə də, sizin tərbiyənizdə olan Azərbaycan balaları gərək zəhmətsevən olsunlar. Yəni başqasının yox, öz zəhmətinin qüvvəsinə ehtiyaclarını rəfedici olsunlar".

N.Nərimanovun müəllimlər qarşısında qoyduğu vəzifələrdən biri də dövlət və hökumət quruculuğu üçün ləyaqətli adamlar, cəsur, cürətli və dəyanətli, doğruçu və vicdanlı adamlar yetişdirməkdən ibarətdir. Həmin məktubda bir məsələyə xüsusi əhəmiyyət verən N.Nərimanov yazmışdı:

"Sizin tərbiyənizdən çıxan cavanlarımız gərək cəsur, cürətli və dəyanətli olsunlar. Yəni bir parça çörəkdən ötəri ikiüzlülük etməsinlər, filankəsin xoşuna gəlmək üçün qatığa qara deməsinlər".

N.Nərimanovun müəllimlər qarşısında qoyduğu üçüncü vəzifə daha genişdir. O göstərirdi ki, "Azərbaycan Şərq üçün bir məktəbdir. Yəni Şərq hazırki halında qalarsa, biz ona hər cəhətdən müəllim olacağıq".

N.Nərimanov pedaqogika və psixologiyanın nəzəri məsələləri ilə birlikdə pedaqogika tarixini də bilməyə, klassik pedaqoqları, keçmişin zəngin pedaqoji irsini öyrənməyə və ondan faydalanmağa böyük əhəmiyyət verirdi. O, böyük və fədakar pedaqoqların-müəllimlərin həyat və fəaliyyətindən gətirdiyi ibrətli misallarla göstərirdi ki, xalqını, zəhmət adamını, yoxsulları və məzlumları sevən müəllimlər onların xoşbəxtliyi və tərəqqisi üçün hər cür cəfalara və məşəqqətlərə dözməyə razı olmuşlar. Onlar yalnız sözlə deyil, əməli işlərində xalqa xeyirxah olduqlarını sübut etmişlər.

N.Nərimanov Azərbaycan məktəb və pedaqoji fikir tarixində özünəməxsus orijinal fikirlərə malik bir sima idi. O, zəhmətsevər xalqın içərisindən çıxmış, zəhmətkeşlər adından çıxış etmiş, zəhmətkeşlərdən bəhs etmiş və ömrünün sonunadək onların azadlığı, xalq maarifi və mədəniyyətinin tərəqqisi naminə çalışmışdır.  

Hüseyn ƏHMƏDOV,
pedaqoji elmlər doktoru,
professor, Rusiya Təhsil
Akademiyasının akademiki
 

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
9 Aprel 2010 - 13
"İNEPO-EUROASİA" Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları  Heydər Əliyev Fondunda olublar
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə  Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq  Məktəbi üçün bina inşa edilir
 
XI sinif şagirdləri barədə məlumatlar TİMS bazasında yerləşdirilib
 
Tələbələr  yay istehsalat təcrübəsini Almaniyanın Lautsiz ali məktəbində keçəcəklər
 
İslamabadda "Sufizm və sülh" mövzusunda beynəlxalq konfrans
 
Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib
 
"Elektron təhsil" ümumrespublika müsabiqəsinə start verildi
 
Bakıda IV Beynəlxalq Layihə Olimpiadası keçirilir
 
Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin məlumatı
 
Təhsil Nazirliyində görüş
 
Dünya Bankı ilə əməkdaşlıq yüksək qiymətləndirildi
 
Nazir beynəlxalq olimpiada iştirakçılarını qəbul edib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elmin yeni sahələrinin inkişaf etdirilməsi istiqamətlərinə müasir metodoloyi baxışlar
 
Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılıb
 
Xəzər Universitetində məzun gecəsi
 
Nəriman Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri
 
Azərbaycan Dillər Universitetində Amerika günləri
 
Gəncənin orta məktəbləri üçün tədris avadanlığı gətirilib
 
Məktəbəqədər müəssisələr üçün yeni binaların inşası ilə bağlı investisiya proqramı hazırlanıb
 
Beyləqanda məktəb binaları tikiləcək
 
Naxçıvan Dövlət Universitetində videodərs
 
Böyük alim, unudulmaz müəllim
 
Bağça bir yaşını qeyd etdi
 
BDU-da akademik Abdulla Qarayevin 100 illik yubiley tədbiri
 
"Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi"  mövzusunda "dəyirmi masa"
 
Şəhidin doğum günü qeyd olunub
 
İnsan alverinə qarşı mübarizə hamılıqla aparılmalıdır
 
"Vətən mənə oğul desə..."
 
Qəbələdə müxtəlif müsabiqə və idman yarışları keçirilib
 
Birincilərin  "açıq dərs"i
 
Əkrəm Ələkbər oğlu Əsgərov
 
Dünya universitetləri:
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov