Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Aprel 2010 - 13

 

Bağça bir yaşını qeyd etdi

Bookmark and Share

Yeni fəaliyyətə başlayan hər hansı bir təhsil müəssisəsinin öz uğurları ilə tanınması, yaxşı ad çıxarması üçün adətən, illər lazım gəlir. Paytaxtımızın Qaraçuxur yaşayış sahəsində ötən il əsaslı təmirdən sonra istifadəyə verilmiş 338 nömrəli körpələr evi-uşaq bağçasına isə bunun üçün cəmi bir il kifayət edib.

Fəaliyyətdə olduğu bu qısa dövr ərzində bağçada yüksək təlim mühiti yaradılıb, işgüzar, yaradıcı fəaliyyət göstərən kollektiv formalaşıb. Həm bunlara, həm də təlim-tərbiyə işlərinin keyfiyyətli təşkilinə, yetirmələrinin hazırlıq səviyyəsinə görə 338 nömrəli bağça hazırda paytaxtın qabaqcıl məktəbəqədər təhsil müəssisələri ilə bir sırada durur. Bunu ötən ay bir yaşını qeyd edən bağçanın bu münasibətlə keçirdiyi bayram şənliyinə gəlmiş qonaqlar - məktəbəqədər təhsil sahəsinin mütəxəssisləri də xüsusi vurğuladılar.

Mərasim iştirakçıları əvvəlcə bağçanı gəzib burada körpə fidanların təlim-tərbiyəsi üçün yaradılmış şəraitlə tanış oldular.

Yeri gəlmişkən qeyd edək ki, bacarıqlı təşkilatçı, ali ixtisas təhsilli Arzu Babayevanın rəhbərlik etdiyi bağçanın binasında ötən il yüksək səviyyədə əsaslı təmir işləri aparılmış, müəssisə müasir avadanlıqlarla, təlim-tədris vəsaitləri ilə və hər cür oyuncaqlarla tam təchiz olunmuşdur. Bütün bunlar, habelə qrup otaqlarının, dəhlizlərin müasir dizayn və metodikanın tələblərinə uyğun zövqlü tərtibatı qonaqlara xoş təsir bağışladı. Sonra onlar bağçanın istedadlı uşaqlarının əl işlərindən və rəsmlərindən ibarət sərgiyə baxdılar. 6 yaşlı Aysel Hüseynovanın burada açılmış fərdi sərgisində nümayiş olunan rəsmlər qonaqlarda heyranlıq doğurdu.

Mərasim Polad Bülbüloğlunun "Azərbaycan" mahnısının sədaları altında al-əlvan geyimli uşaqların zala daxil olması ilə başlandı. Uşaqlardan ibarət xor Dövlət himni və bağçanın himnini ifa etdi.

Sonra aparıcı bağçaları haqqında məlumat verdi. Aydın oldu ki, bu məktəbəqədər təhsil müəssisəsində 9 qrup fəaliyyət göstərir. Onlardan 8-i Azərbaycan, 1-i rus qrupudur. Uşaqlara mövcud proqramdan əlavə, ingilis və ərəb dilləri də öyrədilir. Bu məqsədlə dərnəklər yaradılıb. Burada, eyni zamanda rəqs dərnəyi də mövcuddur.

Uşaqlar Azərbaycan, rus, ingilis, ərəb dillərində şeirlər söyləyir, milli rəqslərimizlə bərabər, rus, hind, ərəb, türk, ingilis rəqslərini də məharətlə ifa edirdilər.

Bu ilin ölkəmizdə "Ekologiya ili" elan olunması ilə bağlı tədbirdə uşaqların ekoloji mövzuda da maraqlı çıxışları oldu. Onlar "Azərbaycan Respublikasının qırmızı kitabı" haqqında məlumat verib qorunan heyvan və bitkilərə aid kompozisiya nümayiş etdirdilər.

Tədbirin sonunda çıxış edən Təhsil Nazirliyi Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Leyla İmanova, metodist Südabə Abdullayeva, bağça müdirləri və metodistlər fəaliyyətinin bir ilinin tamam olması münasibəti ilə 338 nömrəli bağçanın kollektivini təbrik etdilər, müəssisədə təlim-tərbiyə işlərinin yüksək səviyyədə aparıldığını, əlverişli təlim mühitinin yaradıldığını, pedaqoji kollektivdə yaradıcı, yenilik sevən gənclərin üstünlük təşkil etdiyini qeyd etdilər, belə bir kollektiv formalaşdırdığına, müəssisənin fəaliyyətini qarşıya qoyulan vəzifələrin həllinə bacarıqla istiqamətləndirdiyinə görə bağçanın müdiri Arzu Babayevaya minnətdarlıqlarını bildirdilər.

Mərasimin hazırlanmasında tərbiyəçilər Vüsalə Məmmədovanın, Nəzakət Məmmədovanın, metodist Səidə Əliyevanın, musiqi rəhbəri Elnarə Bədirovanın zəhməti xüsusi qeyd olundu.  

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
9 Aprel 2010 - 13
"İNEPO-EUROASİA" Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları  Heydər Əliyev Fondunda olublar
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə  Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq  Məktəbi üçün bina inşa edilir
 
XI sinif şagirdləri barədə məlumatlar TİMS bazasında yerləşdirilib
 
Tələbələr  yay istehsalat təcrübəsini Almaniyanın Lautsiz ali məktəbində keçəcəklər
 
İslamabadda "Sufizm və sülh" mövzusunda beynəlxalq konfrans
 
Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib
 
"Elektron təhsil" ümumrespublika müsabiqəsinə start verildi
 
Bakıda IV Beynəlxalq Layihə Olimpiadası keçirilir
 
Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin məlumatı
 
Təhsil Nazirliyində görüş
 
Dünya Bankı ilə əməkdaşlıq yüksək qiymətləndirildi
 
Nazir beynəlxalq olimpiada iştirakçılarını qəbul edib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elmin yeni sahələrinin inkişaf etdirilməsi istiqamətlərinə müasir metodoloyi baxışlar
 
Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılıb
 
Xəzər Universitetində məzun gecəsi
 
Nəriman Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri
 
Azərbaycan Dillər Universitetində Amerika günləri
 
Gəncənin orta məktəbləri üçün tədris avadanlığı gətirilib
 
Məktəbəqədər müəssisələr üçün yeni binaların inşası ilə bağlı investisiya proqramı hazırlanıb
 
Beyləqanda məktəb binaları tikiləcək
 
Naxçıvan Dövlət Universitetində videodərs
 
Böyük alim, unudulmaz müəllim
 
Bağça bir yaşını qeyd etdi
 
BDU-da akademik Abdulla Qarayevin 100 illik yubiley tədbiri
 
"Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi"  mövzusunda "dəyirmi masa"
 
Şəhidin doğum günü qeyd olunub
 
İnsan alverinə qarşı mübarizə hamılıqla aparılmalıdır
 
"Vətən mənə oğul desə..."
 
Qəbələdə müxtəlif müsabiqə və idman yarışları keçirilib
 
Birincilərin  "açıq dərs"i
 
Əkrəm Ələkbər oğlu Əsgərov
 
Dünya universitetləri:
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov