Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Aprel 2010 - 13

 

BDU-da akademik Abdulla Qarayevin 100 illik yubiley tədbiri

Bookmark and Share

Aprelin 2-də Bakı Dövlət Universitetində görkəmli alim və ictimai xadim, əməkdar elm xadimi, akademik Abdulla Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov, xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Abdulla Qarayevin ailə üzvləri ilk öncə alimin uzun illər çalışdığı kafedranın önündə barelyefinin, sonra isə akademikin adını daşıyan auditoriyanın açılışında iştirak ediblər.

Sonra tədbir böyük akt zalında davam edib. BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov akademik Abdulla Qarayevin çoxşaxəli fəaliyyətindən danışıb. Rektor bildirib ki, 1938-ci ildə təməli qoyulan eksperimental fiziologiya laboratoriyasının ilk təşkilatçılarından biri, tibb elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi, 1944-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuş, akademik Abdulla Qarayev bütün şüurlu həyatını fiziologiya, biologiya və tibb elmlərinin müxtəlif nəzəri və təcrübi sahələrinin inkişafı işinə həsr etmişdir.

Akademik Abel Məhərrəmov Abdulla müəllimin elmi mühitə çox bağlı insan olduğundan, elə ona görə də həyatının sonuna qədər elmi mühitdən bir an olsa ayrılmadığından, əksinə, onu daha məhsuldar etdiyindən də söz açıb.

Daha sonra rektor Abdulla Qarayevin həyatının çiçəkləndiyi, dolğun enerji və əmək qüvvəsinə malik olduğu bir dövrdə, yaradıcılığının tam inkişafa çatdığı bir mərhələdə, hələ 60 yaşına çatmamış 9 dekabr 1968-ci ildə vaxtından çox tez əbədiyyətə qovuşduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, onun ən yaxın gələcək üçün hazırladığı real və obyektiv layihələri həll olunmamış qalsa da, zəngin elmi fəaliyyəti bu gün də öyrənilir, tədqiq edilir və tələbələrinin elmi axtarışlarında inkişaf etdirilir.

Tədbirdə lBöyük elmi məktəbin yaradıcısı məruzəsi  ilə BDU-nun kafedra müdiri, professor Əli Əliyev çıxış edib. O, akademik Abdulla Qarayevin qısa, lakin mənalı ömür yolu keçməsindən danışıb. Çıxışçılar arasında olan akademik Məhərrəm Məmmədyarov isə ilk fizioloq alimin məsləhəti ilə elm yolunu seçdiyi üçün bu gün də ona minnətdar olduğunu bildirib.

AMEA-nın Fiziologiya İnstitutunun direktoru Rafiq Qasımov da çıxışında Abdulla müəllimin çox nadir, həssas insan olduğunu deyərək, onun insan kimi humanist xüsusiyyətlərindən, Azərbaycan elmi istiqamətində gördüyü işlərdən danışıb. Sonra akademik Abdulla Qarayevin ailə üzvləri adından nəvəsi, biologiya elmləri namizədi Vəfa Adıgözəlova çıxış edərək rektor, akademik Abel Məhərrəmov başda olmaqla konfransda çıxış edənlərə və iştirakçılara təşəkkür edib.

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
9 Aprel 2010 - 13
"İNEPO-EUROASİA" Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları  Heydər Əliyev Fondunda olublar
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə  Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq  Məktəbi üçün bina inşa edilir
 
XI sinif şagirdləri barədə məlumatlar TİMS bazasında yerləşdirilib
 
Tələbələr  yay istehsalat təcrübəsini Almaniyanın Lautsiz ali məktəbində keçəcəklər
 
İslamabadda "Sufizm və sülh" mövzusunda beynəlxalq konfrans
 
Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib
 
"Elektron təhsil" ümumrespublika müsabiqəsinə start verildi
 
Bakıda IV Beynəlxalq Layihə Olimpiadası keçirilir
 
Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin məlumatı
 
Təhsil Nazirliyində görüş
 
Dünya Bankı ilə əməkdaşlıq yüksək qiymətləndirildi
 
Nazir beynəlxalq olimpiada iştirakçılarını qəbul edib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elmin yeni sahələrinin inkişaf etdirilməsi istiqamətlərinə müasir metodoloyi baxışlar
 
Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılıb
 
Xəzər Universitetində məzun gecəsi
 
Nəriman Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri
 
Azərbaycan Dillər Universitetində Amerika günləri
 
Gəncənin orta məktəbləri üçün tədris avadanlığı gətirilib
 
Məktəbəqədər müəssisələr üçün yeni binaların inşası ilə bağlı investisiya proqramı hazırlanıb
 
Beyləqanda məktəb binaları tikiləcək
 
Naxçıvan Dövlət Universitetində videodərs
 
Böyük alim, unudulmaz müəllim
 
Bağça bir yaşını qeyd etdi
 
BDU-da akademik Abdulla Qarayevin 100 illik yubiley tədbiri
 
"Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi"  mövzusunda "dəyirmi masa"
 
Şəhidin doğum günü qeyd olunub
 
İnsan alverinə qarşı mübarizə hamılıqla aparılmalıdır
 
"Vətən mənə oğul desə..."
 
Qəbələdə müxtəlif müsabiqə və idman yarışları keçirilib
 
Birincilərin  "açıq dərs"i
 
Əkrəm Ələkbər oğlu Əsgərov
 
Dünya universitetləri:
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov