Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Aprel 2010 - 13

 

Şəhidin doğum günü qeyd olunub

Bookmark and Share

Bu günlərdə Bakıdakı 162 nömrəli məktəbdə şəhid Etibar Allahverdi oğlu Əliyevin doğum günü qeyd edilib.

Dövlət himnimiz səsləndirildikdən sonra iştirakçılar vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ələkbər Əliyev Etibarın şərəfli ömür yolundan danışaraq, qəhrəmanların ölmədiklərini, daim qəlblərdə yaşadıqlarını bildirdi. Hər il şəhidin doğum günü məktəbdə qeyd olunur. Bildirildi ki, bu tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasına  xidmət edərək onların şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynayır. Şagirdlərin vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini vurğulayan direktor şəhidlərimizin qanının yerdə qalmayacağına və torpaqlarımızın tezliklə azad olunacağına inandığını söylədi.

Sonra söz şəhidin atası Allahverdi Əliyevə verildi. O, bütün iştirakçıları salamlayaraq Etibarın uşaqlıq və gənclik illərindən danışdı. Oğlunun döyüşlərdə göstərdiyi igidliklərdən söz açaraq onunla fəxr etdiyini və belə tədbirin hazırlanmasına görə məktəbin direktoruna, müəllim kollektivinə və mərasimdə əməyi olan hər bir şəxsə minnətdarlıq etdi.

Digər çıxış edənlər Etibar haqqında danışaraq belə oğullarımızla qürur hissi keçirdiklərini bildirdilər.  Tədbir şagirdlərin və 33 nömrəli uşaq bağçasının birlikdə hazırladığı əsrarəngiz səhnəciklərlə davam etdirildi. Bu səhnəciklərdə şagirdlərin vətənə, dövlətə olan məhəbbəti aydın görünürdü.

***

Bakıdakı 144 nömrəli orta məktəbdə şəhid Namiq Babayevin anadan olmasının 40 illiyi ilə əlaqədar tədbir keçirildi.

Dövlət himninin oxunması və vətənimizin azadlığı, ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə şəhidin ailə üzvləri, müəllimlər, şagirdlər iştirak edirdilər. Azərbaycanın Milli Qəhrəmanı ilə bağlı təşkil edilən sərgiyə baxış keçirildikdən sonra tədbir iştirakçılarına şəhid Namiq Babayevin həyat yolu və döyüşlərdə göstərdiyi şücaəti haqqında məktəbin direktoru Raya Allahverdiyeva məlumat verdi.

Şəhidin atası çıxışında bildirdi ki, Azərbaycanda bu gün hökm sürən sabitliyin, əmin-amanlığın yaranmasında böyük xidmətləri olan ümummilli lider Neydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir və torpaqlarımızın erməni işğalından azad  olunması  üçün  əlindən gələni əsirgəmir.

Məktəbdə  şagirdlərin  hərbi-vətənrərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini vurğulayan şəhidin müəllimləri bildirdilər ki,   təhsil ocağında Namiq Babayev  həftəsi keçirilir.

Sonda  şəhidə həsr olunan şeirlər söylənildi və mahnılar  oxundu.  

Niyazi RƏHİMOV,

Rəşad ZİYADOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
9 Aprel 2010 - 13
"İNEPO-EUROASİA" Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları  Heydər Əliyev Fondunda olublar
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə  Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq  Məktəbi üçün bina inşa edilir
 
XI sinif şagirdləri barədə məlumatlar TİMS bazasında yerləşdirilib
 
Tələbələr  yay istehsalat təcrübəsini Almaniyanın Lautsiz ali məktəbində keçəcəklər
 
İslamabadda "Sufizm və sülh" mövzusunda beynəlxalq konfrans
 
Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib
 
"Elektron təhsil" ümumrespublika müsabiqəsinə start verildi
 
Bakıda IV Beynəlxalq Layihə Olimpiadası keçirilir
 
Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin məlumatı
 
Təhsil Nazirliyində görüş
 
Dünya Bankı ilə əməkdaşlıq yüksək qiymətləndirildi
 
Nazir beynəlxalq olimpiada iştirakçılarını qəbul edib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elmin yeni sahələrinin inkişaf etdirilməsi istiqamətlərinə müasir metodoloyi baxışlar
 
Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılıb
 
Xəzər Universitetində məzun gecəsi
 
Nəriman Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri
 
Azərbaycan Dillər Universitetində Amerika günləri
 
Gəncənin orta məktəbləri üçün tədris avadanlığı gətirilib
 
Məktəbəqədər müəssisələr üçün yeni binaların inşası ilə bağlı investisiya proqramı hazırlanıb
 
Beyləqanda məktəb binaları tikiləcək
 
Naxçıvan Dövlət Universitetində videodərs
 
Böyük alim, unudulmaz müəllim
 
Bağça bir yaşını qeyd etdi
 
BDU-da akademik Abdulla Qarayevin 100 illik yubiley tədbiri
 
"Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi"  mövzusunda "dəyirmi masa"
 
Şəhidin doğum günü qeyd olunub
 
İnsan alverinə qarşı mübarizə hamılıqla aparılmalıdır
 
"Vətən mənə oğul desə..."
 
Qəbələdə müxtəlif müsabiqə və idman yarışları keçirilib
 
Birincilərin  "açıq dərs"i
 
Əkrəm Ələkbər oğlu Əsgərov
 
Dünya universitetləri:
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov