Ağsu rayonundakı Qəşəd kənd orta məktəbinin
hərbi-vətənpərvərlik komandası "Cəsurlar" hərbi
idman oyunlarının İsmayıllı rayonunda keçirilən
zona birinciliyində birinci yeri tutaraq
respublika yarışlarında iştirak etmək hüququ
qazanıb.
Bu münasibətlə məktəbdə "Vətən mənə oğul
desə..." adlı hərbi-vətənpərvərlik günü
keçirilib. Tədbirdə Ağsu Rayon Təhsil Şöbəsinin
əməkdaşları, həmin kənddən olan müharibə və
əmək veteranları, Qarabağ müharibəsinin
döyüşçüləri çıxış edərək qalib komandanı təbrik
ediblər.
Sonda daha çox fərqlənən komanda üzvləri Ağsu
Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasıyev
tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə
təltif olunublar.
Şakir CƏFƏROV |