Bakıdakı 63 nömrəli orta məktəbin I "A"
sinfində riyaziyyat fənnindən "Onluğu
tamamlamaqla toplama", "Öyrənilənləri
ümumiləşdirmək" mövzuları üzrə "açıq dərs"
keçilib. "Açıq dərs"in keçirilməsinin əsas
məqsədi öyrənilən materialın ümumiləşdirilməsi
və sistemə salınmasına yönəldilib. Öncə sinif
müəllimi Afət Mürsəlova lövhədə Azərbaycan
sözünü yazıb. Sonra uşaqlar Azərbaycan sözündən
hərflərin sayını və 10 ədədinin tərkibini
cütlər vasitəsilə söyləyiblər. Onlar istedad
və bacarıqlarını nümayiş etdirmək məqsədilə
dörd qrupa bölünüblər. Hər qrupda beş şagird
olmaqla onlar ilin fəsillərinə uyğun
adlandırılıblar. Sonra birincilər iş
dəftərlərini açaraq sərbəst işləyiblər.
Dərsin sonunda Afət müəllim şagirdlərin
biliklərini meyar cədvəlinə uyğun
qiymətləndirib. Dərs prosesində kiçik
qrupların bilik səviyyəsinə uyğun olaraq
mövzunun seçilməsi səmərə verib.Fəal təlim
metodlarından ustalıqla istifadə etməklə
müəllim qarşısına qoyduğu məqsədə nail olub.
S.SƏFƏROVA |