Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Aprel 2010 - 13

 

Əkrəm Ələkbər oğlu Əsgərov

Bookmark and Share

Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış pedaqoq, respublikanin əməkdar müəllimi, Gəncə şəhərindəki Mehdi Mehdizadə adına 4 nömrəli orta məktəbdə yarım əsrə yaxın direktor işləmiş Əkrəm (Çingiz) Ələkbər oğlu Əsgərov ömrünün 82-ci ilində vəfat etmişdir.

Əkrəm Əsgərov 1928-ci il iyulun 27-də Şamaxı şəhərində anadan olmuş, orta təhsilini Bakı şəhərindəki 29, 134 və 6 nömrəli məktəblərdə, ali təhsilini Moskva Dövlət Pedaqoji İnstitutunda tarix ixtisası üzrə almışdır.

Əmək fəaliyyətinə 1 aprel 1945-ci ildə orta məktəbdə oxuya-oxuya Bakıdakı Mərkəzi Pionerlər Evində təlimatçı kimi başlamışdır. 1950-1952-ci illərdə Şuşa şəhər 7 nömrəli rus məktəbində, 1952-1958-ci illərdə Gəncə şəhərindəki 9 və 11 nömrəli orta məktəblərdə tədris hissə müdiri, 1958-1962-ci illərdə Gəncə şəhər 9 nömrəli orta məktəbdə direktor, 1962-1963-cü illərdə Gəncə Şəhər Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Sonrakı bütün  əmək  fəaliyyəti  isə  ömrünün sonunadək işlədiyi 4 nömrəli orta məktəblə bağlı olmuşdur.

Ə.Əsgərovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nəticələrə görə 1973-cü ilin martında "Azərbaycan SSR qabaqcil maarif xadimi" döş nişanına, həmin ilin dekabrında "Azərbaycan SSR-in əməkdar müəllimi" fəxri adına, 1978-ci ildə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.

Əkrəm müəllim ictimai işlərdə də fəal iştirak etmişdir. O, 1962-1975-ci illərdə Gəncə Şəhər Sovetinin deputatı və daimi komissiyanın sədri, 1982-1991-ci illərdə Gəncə Şəhər Nizami Rayon Sovetinin deputatı və icraiyyə komitəsinin üzvü, 1991-ci ildən ömrünün sonunadək isə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Şurasının üzvü olmuşdur.

Əkrəm Əsgərov 1993-1995-ci illərdə Beynəlxalq Məktəb Şuraları Assosiasiyasının vitse-prezidenti (qərargahı Moskva şəhərindədir), sonralar isə idarə heyətinin üzvü, 1988-ci ildə Gəncə Şəhər Təhsil Şurasının sədri, 1993-cü ildə isə Azərbaycan Respublikası Müəllimlər Şurasının üzvü kimi ictimai vəzifələrə seçilmiş və bu vəzifələri layiqincə yerinə yetirməklə ona göstərilən etimadı doğrultmuşdur. Əkrəm müəllim müstəqil Azərbaycan Respublikasının bütün müəllimlər qurultayının nümayəndəsi olmuşdur.

Əkrəm müəllim təcrübə mübadiləsi məqsədi ilə 1950-1980-ci illərdə Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə ezam edilən nümayəndə heyətlərinə başçılıq etmiş, İttifaq (Kiyevdə), Zaqafqaziya (İrəvanda), respublika daxilində (Bakıda, Qubada, Xanlarda) və YUNESKO xətti ilə Bakıda keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış etmiş, iş təcrübəsi keçmiş İttifaq miqyasında "Narodnoye obrazovaniye" (N 7, 1982), "Çelovek i zakon" (N 4, 1974) jurnallarında, "Azərbaycan SSR müəllimlərinin altıncı qurultayı" (Bakı, "Maarif", 1980), "Rassvet narodnoqo obrazovaniya v Azerbaydjane" (Bakı, "Maarif", 1980), "Nəcib peşə sahibləri" (Bakı, "Maarif", 1977), "Bakinskiy raboçiy", "Molodyoj Azerbaydjana", "Panorama Azerbaydjana", "Azərbaycan müəllimi" qəzetlərində işıqlandırılmışdır.

Azərbaycan Respublikası "Təhsil" cəmiyyətinin idarə heyəti 25 aprel 2001-ci il tarixli qərarı ilə Əkrəm Əsgərov adına diplom təsis etmiş, Respublika Ziyalılar Cəmiyyəti isə Əkrəm müəllimi "Fəxri ziyalı" diplomu ilə təltif etmişdir.

Əkrəm Ələkbər oğlu Əsgərov yüksək idarəçilik səriştəsi ilə seçilmiş, onun rəhbərlik etdiyi 4 nömrəli orta məktəb 2008-ci ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Təsadüfi deyil ki, 4 nömrəli orta məktəb bütün respublikada "Çingiz müəllimin məktəbi" kimi tanınmışdır.

Tanınmış müəllim, bacarıqlı təhsil təşkilatçısı Əkrəm Əsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Gəncə Şəhər Təhsil İdarəsi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
9 Aprel 2010 - 13
"İNEPO-EUROASİA" Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları  Heydər Əliyev Fondunda olublar
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə  Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq  Məktəbi üçün bina inşa edilir
 
XI sinif şagirdləri barədə məlumatlar TİMS bazasında yerləşdirilib
 
Tələbələr  yay istehsalat təcrübəsini Almaniyanın Lautsiz ali məktəbində keçəcəklər
 
İslamabadda "Sufizm və sülh" mövzusunda beynəlxalq konfrans
 
Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib
 
"Elektron təhsil" ümumrespublika müsabiqəsinə start verildi
 
Bakıda IV Beynəlxalq Layihə Olimpiadası keçirilir
 
Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin məlumatı
 
Təhsil Nazirliyində görüş
 
Dünya Bankı ilə əməkdaşlıq yüksək qiymətləndirildi
 
Nazir beynəlxalq olimpiada iştirakçılarını qəbul edib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elmin yeni sahələrinin inkişaf etdirilməsi istiqamətlərinə müasir metodoloyi baxışlar
 
Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılıb
 
Xəzər Universitetində məzun gecəsi
 
Nəriman Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri
 
Azərbaycan Dillər Universitetində Amerika günləri
 
Gəncənin orta məktəbləri üçün tədris avadanlığı gətirilib
 
Məktəbəqədər müəssisələr üçün yeni binaların inşası ilə bağlı investisiya proqramı hazırlanıb
 
Beyləqanda məktəb binaları tikiləcək
 
Naxçıvan Dövlət Universitetində videodərs
 
Böyük alim, unudulmaz müəllim
 
Bağça bir yaşını qeyd etdi
 
BDU-da akademik Abdulla Qarayevin 100 illik yubiley tədbiri
 
"Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi"  mövzusunda "dəyirmi masa"
 
Şəhidin doğum günü qeyd olunub
 
İnsan alverinə qarşı mübarizə hamılıqla aparılmalıdır
 
"Vətən mənə oğul desə..."
 
Qəbələdə müxtəlif müsabiqə və idman yarışları keçirilib
 
Birincilərin  "açıq dərs"i
 
Əkrəm Ələkbər oğlu Əsgərov
 
Dünya universitetləri:
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov