Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

16 Aprel 2010 - 14

 

Moskva Dövlət Universitetində gənclərin "Lomonosov-2010" elmi forumu açılıb

Bookmark and Share

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) gənclərin "Lomonosov-2010" ənənəvi 17-ci beynəlxalq elmi forumu açılmışdır.

Forumda  M.V.Lomonosov adına MDU-nun Bakı filialının və Bakı Dövlət Universitetinin (BDU) gənc alimləri, tələbələri və aspirantları iştirak edirlər.

MDU-nun foyesində MDB gənc alimlərinin innovasiya layihələrindən və nailiyyətlərindən ibarət sərgi açılmışdır. Ayrıca stenddə gənc azərbaycanlı alimlərin nailiyyətləri təqdim olunmuşdur.

MDU-nun Fundamental kitabxanasının İntellektual mərkəzinin iclas salonunda forumun təntənəli açılışı olmuşdur. İclası açan MDU-nin rektoru Viktor Sadovniçi Smolensk ətrafında baş vermiş aviaqəzanın qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etmişdir.

V.Sadovniçi ənənəvi xarakter daşıyan tədbirin əhəmiyyətindən danışaraq demişdir ki, bu, olduqca vacib forum və MDB gənclərinin təcrübə, bilik və novator ideya mübadiləsi aparmaları üçün gözəl meydandır. Sonra "Müstəqil Dövlətlər Birliyi: gənclərin baxışı" seksiyasında plenar iclasın açılışı olmuşdur.

Açılış mərasimində MDB ölkələrinin dövlətlərarası orqanlarının rəhbərləri, deputatlar, Milli Təhsil və Elm nazirliklərinin nümayəndəlikləri, diplomatlar, görkəmli alimlər və bir neçə min gənc alim iştirak etmişdir.

MDU-nun Bakı filialının altı tələbəsi elmi tədqiqatlarının nəticələrini geniş auditoriyaya təqdim etmək imkanı qazanmışdır.

Qeyd etmək lazımdır ki, Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bir gün əvvəl konfransın regional mərhələsindən uğurla keçən gənclərlə görüşərək, elmi tədqiqatlardan danışmışdır.

MDB məkanında nüfuzlu və iri forumlardan sayılan "Lomonosov-2010" 2005-ci ildən Gənclərin Beynəlxalq Elmi Forumunun tərkib hissəsidir. Builki forum MDB-də elan edilmiş "Elm və innovasiyalar ili"nə həsr olunmuşdur. Forum elmə can atan gənclərin fəallığını inkişaf etdirmək, onları müasir elmin aktual məsələlərinin həllinə cəlb etmək məqsədi daşıyır.

Forum çərçivəsində şagird və tələbələrin fənn olimpiadaları, 17-ci Lomonosov Beynəlxalq elmi konfransı, elmi işlərin, tədqiqat və innovasiya layihələrinin müsabiqəsi keçiriləcəkdir.

Forumun təşkilat komitəsinin həmsədrləri Rusiyanın təhsil və elm naziri Andrey Fursenko və Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidir.

Bu il forumun təşkilat komitəsinə gənc alimlərdən, MDB ölkələrinin, uzaq 60 xarici ölkənin elmə istiqamətlənmiş gənclərindən 15 mindən yuxarı ərizə daxil olmuşdur. Forumun ilkin mərhələləri MDU-nun Bakı, Sevastopol, Astana, Daşkənd və Düşənbə filiallarında keçmişdir. Bundan əlavə, 15 minədək məktəbli MDU-nun forum çərçivəsində təşkil etdiyi çoxsaylı olimpiadalara qatılacaqdır.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Aprel 2010 - 14
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
İnşa müsabiqəsinin yekun mərhələsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Yaponiya hökuməti azərbaycanlı tələbələrə təqaüd ayıracaq
 
"Mən fransızca danışıram" müsabiqəsinin birinci seçmə turu keçirilib
 
Türkiyənin ölkəmizdəki səfiri Bakı Dövlət Universitetində olub
 
Koreya Respublikasının təhsil ocağında Azərbaycana həsr olunmuş tədbir
 
Moskva Dövlət Universitetində gənclərin "Lomonosov-2010" elmi forumu açılıb
 
Şərurda uşaq bağçası istifadəyə verilib
 
Azərbaycan Dillər Universitetində bədii yaradıcılıq festivalı
 
Auditoriyadan sınaq meydanına
 
İnformatika üzrə olimpiadanın birinci mərhələsi başa çatdı
 
Qambiya Respublikası ölkəmizlə təhsil sahəsində əlaqələr yaradılmasında maraqlıdır Aprelin 13-də təhsil naziri Misir Mərdanov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyində görüş
 
Nazir Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının rəhbərliyini cəzalandırdı
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" mövzusunda konfrans
 
Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq sərgisi keçirildi
 
ABU-da elmi-praktik konfrans
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan məktəbi doğru yoldadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ilə söhbət
 
ADPU-nun pedaqoji fakültəsinin yarıməsrlik salnaməsindən
 
Respublika fənn olimpiadaları qaliblərinin siyahısı
 
"İngilis dilini öyrənirik" mövzusunda "açıq dərs"
 
Həmyerlimizə Avropa Təbiət Elmləri Akademiyasının akademiki adı verilib
 
"Mənim ömür nəğmələrim"
 
"İstedadlı şagirdlərin üzə çıxarılmasında müəllimlərin rolu"
 
Dünya universirtetləri: Şimal-Qərb Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov